Öz ünvanımı – doğma Tərtərimi tarixə çevirən “Yeni Tərtər”im! 90 yaşın mübarək!
Sənin hər səhifəni müqəddəs yazı kimi qoruyub saxlayanlar elinə, obasına bağlı olan qəhrəman tərtərlilərdir. Daha ətraflı »
|
|
|
|
|
|
Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 6,237
Saytda ismarıcların sayı - 0
Öz ünvanımı – doğma Tərtərimi tarixə çevirən “Yeni Tərtər”im! 90 yaşın mübarək!
Sənin hər səhifəni müqəddəs yazı kimi qoruyub saxlayanlar elinə, obasına bağlı olan qəhrəman tərtərlilərdir. Daha ətraflı »
Əziz həmkarlar! Bu gün sizin üçün çox əlamətdar bir gündür. Bütün həyatınızı, yaradıcılığınızı sevə-sevə həsr etdiyiniz, yaşadığınız diyarın az qala hər gününü səhifələrində əks etdirdiyiniz, bu yolda rastlaşdığınız saysız-hesabsız çətinliklərə boyun əyməyərək işinizi davam etdirdiyiniz, son qəpiyinizi belə onun çapına həsr edərək onu yaşatdığınız “Yeni Tərtər”inizin 90 yaşı tamam olur. Bu hissləri bizlər də yola saldığımız 2023-cü ildə keçirdiyimiz üçün sizin sevincinizin başqa sevinclərlə müqayisə edilə bilmədiyini yaxşı bilirik. “Zaqatala” qəzeti də ötən il öz fəaliyyətinin 100 illiyini qeyd etdi. Əslində, bir rayon qəzetinin öz işini belə uzun müddət davam etdirməyi bacarmasının səbəbi orada çalışan jurnalistlərin fədakarlığı, vətən sevgisi, mətbu işə olan sonsuz bağlılıqları olub. Bunu bu gün olmasa da gələcək nəsillər bir qəhrəmanlıq kimi qiymətləndirəcəklər. Çoxları buna dodaq büzərək “öz işinizi görmüsünüz” deyir. Lakin, rayon qəzetləri öz işlərini o qədər çətin şəraitdə davam etdirib ki, bunu yalnız orada çalışanlar bilirlər. Daha ətraflı »
Yeni Tərtər” mənim üçün bir məktəbdir, jurnalistlik fəaliyyətimin ilk cığırı, media yaradıcılığımın təməl beşiyidir.
Sovet dönəmində “Qızıl Bayraq” adlandırılan bu qəzetdə ilk məqaləm 1983-cü ildə dərc olunmuşdu.
Həmişə hər yerdə, hətta efirdə də, vurğulamışam ki, jurnalistlik yaradıcılığımın ilk müəllimi Svetlana Əzizova olub. Əgər o, məni həvəsləndirməsəydi, özünəinam hissimi gücləndirməsəydi, bəlkə bu yolu yarımçıq buraxardım. Daha ətraflı »
Bu gün doxsan yaşı tamam olan, qalib ölкənin, qalib bir xalqın əyalət qəzеti кimi dünyamızın bir varlığı, tariximizin bir mövcudiyyəti sayılan «Yеni Tərtər» qəzеtinin həyatında şad gündür. Bеlə əlamətdar, fərəhli bir gündə nə qədər sеvinir, nə qədər şadlanırıq.
Ötən əsrin 30-cu illərində fəaliyyətə başlamış, müxtəlif adlarla nəşr olunmuş, bu gün «Yеni Tərtər” adı ilə bizlərə doğma olan bu qəzеtin 90 yaşını hər iкi üzümüzdə sеvinc və fərəhlə qarşılayırıq. Daha ətraflı »
“Yeni Tərtər” qəzetinin redaksiyasına, Svetlana Bağırovaya təbrik məktubu
Hörmətli Svetlana xanım, imzanız ötən əsrin 70-ci illərindən mənə tanışdır. Bu gün də yaradıcılığınızı böyük maraqla izləyirəm. Respublika mətbuatında rus dilində çıxan yazılarınızı da oxumuşam. Əslində baxanda Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində eyni dövrdə təhsil almışıq. Qəzetdə işləyə-işləyə ikimiz də qiyabi təhsil almışıq. Məsələ ondadır ki, ali məktəbi Sizdən bir il sonra – 1976-cı ildə bitirmişəm.
Yadımdadır, illər keçəndən sonra Bakıda rastlaşdıq. Hər ikimiz Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yazı müsabiqəsində birinci yeri tutmuşduq. İki il sonra isə 2023-cü il dekabrın 26-da Medianın İnkişaf Agentliyinin təşkilatçılığı ilə regionda fəaliyyət göstərən media nümayəndələrinin Şuşaya səfərində rastlaşdıq. Qəzetinizin 90 illiyinə hazırlaşdığınızı da orada eşitdim və belə qərara gəldim ki, mən də təbriklərə qoşulum. Daha ətraflı »
Azərbaycanın mətbuat tarixində öz dəsti-xətti ilə seçilmiş “Yeni Tərtər” qəzeti 90 illik yubileyini qeyd edir. Bu münasibətlə nəşrin Baş redaktoru Svetlana Bağırovanı və kollektivini təbrik edir, ən xoş arzu və istəklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu qəzet Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət ruhunu aşılaması ilə geniş oxucu auditoriyası qazanıb. Qəzetin taleyüklü hadisələrə münasibətdə tutduğu obyektiv mövqe ona cəmiyyətin ən müxtəlif təbəqələrinin dərin rəğbətini formalaşdırıb.
Qəzetdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları, Bəyanatları, səfərləri ilə bağlı məlumatlar, bununla bağlı vətəndaşların fikirləri yer alır. Həmçinin, rayonun ictimai-siyasi həyatının bütün sahələri, kənd təsərrüfatı, təhsil, mədəniyyət xəbərləri ilə yanaşı, rayonun tanınmış şəxsləri, tarixi haqqında araşdırma yazılar, şəhidlərimiz, qazilərimiz haqqında məqalələr mütəmadi olaraq qəzetdə işıqlandırılır ki, bu da oxucular tərəfindən yüksək rəğbətlə qarşılanır. Daha ətraflı »
Tərtər rayonunda nəşr edilən “Tərtər” ictimai-siyasi qəzetinin və eyni adlı saytın Baş redaktoru Svetlana xanım Bağırovaya.
Şəxsiyyətinə hörmət bəslədiyim, şəxsən tanıdığım, həmkarım, yorulmaz jurnalist Svetlana xanım.
Bu yaxınlarda mətbuatdan öyrəndim ki, “Yeni Tərtər” qəzetinin 90 yaşı tamam olacaq.
Qeyd edim ki, Sovet dövründə də, indinin özündə də “Yeni Tərtər” qəzetinin hər nüsxəsi Bakı şəhərində çap olunduqdan sonra bizim də redaksiyaya göndərilir. Təbii ki, rayonda görülən işlər, tədbirlərlə qəzet vasitəsilə tanış oluruq. Artıq Masallının “Yeni həyat” qəzeti redaksiyasında Svetlana xanım, Sizin qəzetin qovluğu vardır. Verilən materiallar səlistdir, jurnalistikanın tələblərinə cavab verir, operativdir, oxunaqlıdır. Hiss olunur ki, Tərtər rayonunun qəzet əməkdaşları redaksiyada işini günün tələbləri səviyyəsində qurublar. Bu, yaxşı haldır, müasir oxucunu sevindirir, əhvalını xoş edir. Daha ətraflı »

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da birgə mətbuat konfransı keçiriblər. Prezident İlham Əliyev mətbuat konfransında çıxışı edərək bildirib ki, İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Daha ətraflı »

Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik.
24 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı bəyanatında bildirib: “Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Daha ətraflı »
Yeni ismarıclar