18Avq
10 yaşın mübarək!
1934-cü ildən “ Kolxozçuların varlanması ” uğrunda adı altında nəşrə başlayan Tərtər rayon qəzeti sonralar bir neçə dəfə müxtəlif adlarla –“ Qızıl bayraq “ Tərtər “ və “ Yeni Tərtər ” başlığı altında nəşr olunub. Qəzetimizin 80 illik yubleyi ötən il–2014-cü ildə geniş qeyd olundu.
Yaxşı yadımdadı. 1998-ci ilin oktyabr ayında (o zaman qəzetin redaktoru rəhmətlik Hilal Bayramov idi ) əmək haqlarımızı alandan sonra bildirildi ki, abunə yazılmadığına görə qəzet bu gündən qeyri müəyyən bir vaxta kimi bağlandı. Bu dayanma 2005-ci ilin avqust ayınadək, yəni 7 il davam etdi. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Hörmətli vergi ödəyicisi!
Fəaliyyətiniz zamanı vergi məsələləri ilə bağlı qarşılaşdığınız problemlərlə və vergi orqanları əməkdaşla-rının qanunazidd hərəkətləri ilə rastlaşdığınız halda aşağıdakı ünvanlara müraciət edə bilərsiniz:
Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə “Vergilər nazirinə məktub yaz” http://www.taxes.gov.az/vn/mektub/“Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquq pozma halları barədə məlumat ver”
http://www.taxes.gov.az/vn/korrupsiya/
“Vergi orqanı əməkdaşlarının qeyri-etik davranması barədə məlumat ver”
http://www.taxes.gov.az/vn/etika/for/html
Vergi ödəyicilərinə xidmət mərkəzlərinə
Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)
Vergilər Nazirliyi
Teqlər: Digər
18Avq
Son günlər respublika ərazisində havanın isti və quraq keçməsi nəticəsində biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir. Lakin aparılan araşdırmalar bu yanğınların baş verməsində insanların ehtiyyatsızlığının əsas səbəblərdən biri olduğunu üzə çıxarmışdır. Daha ətraflı »
Teqlər: Digər
07Avq
“İnsan, onun həyatı, səhhəti, hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası ilə ali dəyərlər olduğu bəyan edilir, belə dəyərlərin qorunması dövlətin ən başlıca vəzifəsi kimi təsbit edilir. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin “Şəxsiyyət əleyhinə olan cinayətlər” adı altında “Xüsusi fəsil”ə daxil edilən normalarla insanın həyatı, səhhəti, şərəf və ləyaqəti, hüquq və azadlıqları müdafiə altına alınır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hazırlanan Cinayət Məcəlləsində bütün qorunan başqa dəyərlər içərisində insanın, onun hüquq və azadlıqlarının qorunması ön plana çəkilir. Daha ətraflı »
Teqlər: Digər
06Avq
Salam Sadıqov 1956-cı ildə rayonumuzun Əksipara kəndində doğulub. Orta məktəbi Qarağacı kəndində bitirib. Kursk şəhərində torpaqşünaslıq ixtisası üzrə ali təhsil alıb. Sonra Sumqayıtda polis orqanlarında çalışıb.
Hazırda həmyerlimiz təqaüddədir. Moskva şəhərində yaşayır və bizneslə məşğul olur. İşinin çoxluğuna baxmayaraq, Salam Sadıqov vaxtaşırı doğma kəndinə gəlir, həmkəndlilərilə görüşür. Hər gəlişində eli-obası üçün hansısa bir iş görməyə çalışır: məktəbin təmirinə kömək edir, xeyir-şər mağarı düzəltdirir, qəbristanlığa gedən yolu abadlaşdırır.
Salam müəllim deyir ki, iri şəhərlərdən sonra uşaqlıq və gənclik illəri keçdiyi doğma yerlər onun ruhuna sakitlik gətirir, mənən rahatlıq tapır. Tərtər şəhərinin və onun kəndlərinin abadlaşdırılması, gözəlləşməsi isə çox sevindiricidir.
İnsanların həyatında, məişətində də dəyişikliklər, yeniliklər çoxdur. İndi kənd sakinləri heç də pis yaşamırlar. İşıqlar daim yanır, evlərdə “mavi alov” şölələnir, müasir rabitə-texnologiya vasitələrindən istifadə olunur.
İş adamının ürəyincə olan bir məsələ də var ki, bu da elində-obasında insanların milli-mənəvi dəyərlərimizi daim uca tutmasıdır. O deyir ki, sürətli dəyişikliklər dövründə Əksiparada insanlar arasında saf münasibətlər, böyüyə-kiçiyə hörmət, torpağa, yurda bağlılıq əvvəlki kimi qalmaqdadır.
Ceyran QULİYEVA
Teqlər: Digər
06Avq
Haqqında çox yazılmayan igid oğullarımızdan biri–İsmayılov Mayıl Zakir oğlu Qarabağ müharibəsində qardaşı Əli ilə birlikdə mənfurlara qarşı döyüşürdülər. Əli şəhid olub, Mayıl isə əlildir. Daha ətraflı »
Teqlər: Digər
06Avq
HƏYATIMIZA PƏRÇİMLƏNƏN EYBƏCƏRLİKLƏR
Milli-mənəvi dəyərlərimizin çox hörmətli tutulduğu yaxın keçmişdə kimsə bir səhv iş tutsaydı, ailə üzvlərindən kəndin ağsaqqal-ağbirçəyinə qədər yığılıb onu danlayırdılar ki, niyə bu səhvə yol verib. Bu qınağın tərbiyə prosesində çox böyük təsiri olardı, nöqsana yol verən insan bu tənbehin qarşısında utanardı, qızarardı, “yerə girərdi”, elə tövbələtmə alardı ki, bir daha həmin addımı atmazdı. Və belələrinə: “Ay bərəkallah” deyərdilər. Daha ətraflı »
Teqlər: Digər, Ədəbiyyat
06Avq
İclas salonunda boş yer qalmasa da, tam sakitlik idi. Rəyasət heyətində ən hörmətli adamlar, o cümlədən rayon icra hakimiyyətinin başçısı əyləşmişdilər. Salona daxil olan Loğman bu mənzərəni görüb bir az tutuldu, əlindəki fotoaparatı daha möhkəm sıxaraq irəli addımladı. Burada onun əmək kitabçasına ilk sətirləri yazan insan – “ Yeni Tərtər “ qəzetinin redaktoru əyləş-mişdi. O, gənc fotomüxbiri yanına çağırıb astadan redaksiyada verdiyi tövsiyələri bir daha təkrarladı; “ Sənin vəzifən yalnız şəkil çəkmək deyil , yiğıncağın ən mühüm anlarını oxuculara çatdırmalısan Daha ətraflı »
Teqlər: Digər
06Avq
2005-ci ildə, rayon qəzeti 7 illik fasilədən sonra yenidən fəaliyyətə baş-layanda, rayonumuzda hələ tək-tək gənclər kompüter kurslarını bitirmişdir. Onlardan biri Türkan Ağayeva idi. Orta məktəbdə “əla” və “yaxşı” qiymətlərlə oxumuş Türkan kompüterin sirlərini də az müddətdə mənimsəmişdi. Lakin rayonda münasib iş yeri yox idi. Daha ətraflı »
Teqlər: Digər
06Avq
Ucalığa gedən yol
1958-ci il oktyabr ayının 25-də Qaradağlı kəndinin sakini Arıx Müstafayevin ailəsində bir oğul övladı dünyaya gəldi. Körpənin adını Ramiz qoydular. O, böyüdükcə hər şeyə maraq göstərməsi, nadincliyi ilə öz yaşıdlarından fərqlənirdi. Hələ beş yaşı olarkən əlifbanı və vurma cədvəlini öyrənmiş, müəyyən sözlərin yazılışını mənimsəmişdi. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar