09Fev
XOCALI SOYQIRIMI-XX ƏSRİN FACİƏSİ
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan vardı.
Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valide-yinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Daha ətraflı »
Teqlər: Digər
30Yan
Adının əvvəlində BÖYÜK sözünün işlənməsi mütləq olan, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev. O, göylərin Azərbaycan xalqına bəxşişi, Azərbaycan torpağının yetişdirdiyi ən böyük tarixi şəxsiyyət, memar, dilçi, tarixçi, müdrik dövlət xadimi, uzaqgörən siyasətçi və nəhayət, millətinin xilaskarı idi. Hələ keçən əsrin sonlarında Azərbaycan xalqı sovet imperiyasının pəncəsində öz azadlığı uğrunda çarpışdığı vaxtda Azərbaycanın ayrılmaz bir parçası, qədim türk diyarı Naxçıvanın Milli Məclisində Böyük Heydər Əliyevin rəhbərliyi ilə üçrəngli Azərbaycan bayrağı ucaldıldı.
Həmin ərəfədə Azərbaycan da çoxlu qurbanlar bahasına imperiya buxovlarından xilas ola bildi. Artıq Naxçıvanda ucalan bayrağımız vətənimizin hər yerində dalğalanırdı. Bu həmin vaxtlar idi ki, ölkəmizin ərazisi böyük güclərin dəstəyi ilə xarici təcavüzə məruz qalmışdı. Daha ətraflı »
Teqlər: Digər
30Yan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyasında iştirak və çıxış edib.
Prezident İlham Əliyev sessiya ərəfəsində Davosa səfər etmiş bir sıra dövlətlərin və şirkətlərin rəsmiləri ilə görüşüb. Daha ətraflı »
Teqlər: Digər
30Yan
Yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Daha ətraflı »
Teqlər: Digər
30Yan
Dünyanı bürüyən kəskin iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Bu da təbiidir. Çünki hər bir ailədə olduğu kimi, dövlətin, xalqın həyatında da müəyyən çətin dövrlər qaçılmazdır. Əsas məsələ budur ki, hər zaman olduğu kimi, indi də Prezidentimizlə xalq arasında sıx birlik var və dövlət öz vətəndaşlarının rifah halının qorunmasını, süni qiymət artımının qarşısının alınmasını başlıca vəzifəsi hesab edir. Daha ətraflı »
Teqlər: Digər
30Yan

Şəhər 6 saylı tam orta məktəbində 20 Yanvar faci-əsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbir 20 Yanvar faciəsində həlak olmuş şə-hidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb Daha ətraflı »
Teqlər: Digər
30Yan
Azadqaraqoyunlu kənd İn-zibati Ərazi Dairəsi üzrə nümayəndəlik Qapanlı, Ilxıçılar və Azadqaraqoyunlu kəndlərini əhatə edir. İcra nümayən- dəsi Nazim Xəlilov hesabat məruzəsində bildirdi ki, ərazimizin 769 təsərrüfatında 2635 nəfər yerli və 78 ailədə 259 nəfər məcburi köçkün məskunlaşıb. Daha ətraflı »
Teqlər: Digər
30Yan
Həmişə görmüşük ki, müəyyən bir çətinlik yarananda camaat birləşib onu aradan qaldırır. İndi də belə bir çətin vəziyyət ölkəmizdə yaşanır. Dünyanı bürüyən iqtisadi böhran getdikcə Azərbaycana da təsirini göstərir.
Belə bir vəziyyətdən çıxmaq üçün ilk növbədə xalqla dövlətin birliyi vacibdir. İndi biz bu birliyi görür və alqışlayırıq. Prezident İlham Əliyevin antiböhran tədbirləri ilk növbədə əhalinin maddi durumunun stabilləşməsinə yönəldilib.
Bu günlərdə müxtəlif sahələrdə çalışan insanların, o cümlədən müəllimlərin əməkhaqlarının artırılması barədə sərəncamlar imzalanıb. Əhalinin daha çox qayğıya ehtiyacı olan təbəqəsi də diqqətdən kənarda qalmayıb. Onların da təqaüdləri, müavinətləri artırılıb. Bazar qiymətlərinin tənzimlənməsi diqqət mərkəzində sax-lanılır.
Düşünürəm ki, bizim birliyimiz, ölkəmizdəki əminamanlıq müstəqillik illərində qazandığımız ən böyük sərvətdir. Bu sərvəti hər birimiz qorumalıyıq.
Fitat Əliyeva, Qapanlı kənd tam orta məktəbinin direktoru
Teqlər: Digər
30Yan
Son illərdə Azərbaycan Res-publikasında torpaq islahatı-nın müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində yeni torpaq münasibətləri meydana gəlmiş, torpaq münasibətlərinin hüquqi tənzimetmə sistemi formalaşmış, torpaq üzərində fiziki və hüquqi şəxslərin hüquqları genişlənmişdir. Belə ki, qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Daha ətraflı »
Teqlər: Digər
29Yan
İnsan dünyaya bir dəfə gəlir. Azmı, çoxmu yaşayır, bu, insan ömrünün öz ölçüsüdür. Onu isə biz yox, yaradan bilir.Dekabrın otuzu idi. Həmin gün axşamüstü dəhşətli bir xəbər eşitdim. Ağır qəza olub. Üç tələbə və bir məzun həyatını itirib. İnanmadım. İlk zəng etdiyim Alidə müəllimə oldu. Daha ətraflı »
Teqlər: Açılışlar, Digər
Yeni ismarıclar