1948-ci il dekabrın 10-da BMT Baş Məclisi “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” qəbul etdi. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi. “Bəyannamə”ni qısa bir müddətdə dünya ölkələrinin böyük əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzalamışdılar.
Dünya xalqları “Bəyannamə”nin müddəalarından öz hüquqları, sülh, demokratiya və tərəqqi uğrunda mübarizədə istifadə edirlər.
Dünya ictimaiyyəti tərəfindən tanınan yeni növ insan hüquqlarının siyahısı ilbəil artır. Bu gün dünya artıq insanın ekoloji hüququnu tanımaqdadır, gələcək nəsillərin ləyaqətlə və layiqincə yaşamaq hüququ müzakirə edilir. Bu günə qədər insan hüquqları üzrə yeni-yeni sənədlər hazırlanır və qəbul edilir. İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyə etmişdir.
“Yeni Tərtər”


GÜNAHSIZ ŞƏHİDLƏR
Ələsdan kişinin ailəsi Göyçə mahalının Basarkeçər rayonunun Qaraqoyunlu kəndindən Tərtərin Bəyimsarov kəndinə gələndə oğlu Novruzun 13 yaşı vardı.
Cabbarov Əfqan Cabbar oğlu Qarabağ müharibəsi veteranıdır. O, 1955-ci ildə o zamankı “Bakı fəhləsi” kolxozunun Qaradağlı kəndində anadan olub. Gəncliyi Qarabağ savaşının qızğın dövrünə təsadüf edib. Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alırdı. 1992-ci ildə həmin texnikumun iqtisadiyyat fakültəsini bitirdi. Sumqayıt şəhərindəki “TES-2” zavodunda operator vəzifəsində çalışdı. Bir müddətdən sonra hərbi xidmətə yollandı və Belorusiyada 2 il əsgəri xidmət çəkib doğma Tərtərə qayıtdı. Yaşadığı kənddə təsərrüfat işləri ilə məşğul oldu, maşınla pambıq yığdı.
İbtidai siniflərdə oxuyanda, müəllimimiz tez-tez bizi Kəlbəcərə gedən yolun kənarına gətirərdi. Yaz aylarında yolun hər iki tərəfində o qədər lalə bitərdi ki, biz bunların hansını dərəcəyimizi bilmirdik. Ora-bura qaçaraq, bu lalə dənizi ilə birlikdə uzaqda aydınca görünən Murova çatmaq, onun füsunkar gözəlliyinə qovuşmaq istəyirdik. Bir dəfə özümü unudub, möhkəmcə yıxıldım, dizlərim qanadı. Lalələrin üstünə qan töküldükcə, mən ağlayırdım. Birdən başımı qaldırıb Murova baxdım. Üfüqdən boylanan günəş onun ağ örpəyində bərq vururdu. Mənə elə gəldi ki, dağ sakitcə pıçıldayır: “Elə bilirsiniz bura çatmaq asandır? Bundan ötrü məni qorumaq, uğrumda qan tökmək lazımdır”.
“Çox şükür ki, Allah mənim ailəmə, ocağımıza Şələlə kimi mehriban, qocaq bir gəlin qismət edib”. Bu sözlər elə-belə deyilmiş sözlər deyil. Ömrünü yaxşı yaşamış, gözəl günlər görmüş, hazırda ahıl yaşda olan el ağsaqqallarımızdan biri–İsrafil Quluyevin razılıq etdiyi qayğıdan, böyüyə hörmətdən irəli gələn fikirləridir. Axı, ahıl yaşdakı insanlar bir az kövrək olur, hamıdan, hər kəsdən diqqət, qayğı umurlar. Ən əsası da onu övladlarından, gəlinindən, nəvə-nəticəsindən görəndə daha çox duyğulanırlar. O zaman ömür üstə ömür calanır.
Xalqımızın özünəməxsus adət-ənənələri, qanunları var. Bunlar nəsillər tərəfindən qorunub saxlandığı kimi, qanunlarımızın da həyata keçirilməsində dövlət orqanları öz səlahiyyətlərindən səmərəli istifadə etməyə çalışırlar. Belə dövlət orqanlarından biri rayon qeydiyyat şöbəsidir. Doğum tarixi, ad, soyad, valideynlik hüququ, ailə nikah, sağlam ailə hüquqları və nəhayətdə ölümün sənədləşməsi prosesləri əsasən qeydiyyat şöbələrində aparılır. Redaksiyanın iş planındakı mövzuyla bağlı rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən Elşən Quliyevdən və aparıcı mütəxəssis Ayna Niftalıyevadan bəzi məlumatlar aldım.
Yeni ismarıclar