14Mar
Sizi əziz Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və uğurlar arzulayıram. Novruz bayramı mənşəyini uzaq keçmişimizin ən dərin qatlarından alıb Azərbaycan xalqının mənəviyyat aləminin zənginliyini günümüzədək layiqincə yaşadır. Tanrının misilsiz hikmətlə yaratdığı təbiətə sonsuz sevgi və yüksək ehtiramın parlaq təzahürü olan bu bayramda ulu babalarımızın minilliklərin sınağından çıxmış həyat fəlsəfəsi dolğun təcəssümünü tapıb.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
14Mar

Bu günlərdə Qızıl Aypara cəmiyyəti yaranmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirildi.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri qoydular.
Sonra tədbir Qızıl Aypara Cəmiyyəti Tərtər Rayon bölgəsində davam etdirildi. Mərasimi giriş sözü ilə açan bölmənin sədri Etibar Heydərov geniş məruzə ilə çıxış etdi və görülən işlərdən danışdı. Bildirdi ki, hazırda QAC Tərtər bölməsinin 35 nəfər üzvü var. Burada cəmiyyətin hər bir üzvü üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır.
Yığıncağa Etibar Heydərov yekun vurdu.
Teqlər: Digər
14Mar
95 saylı Tərtər Seçki Dairəsi üzrə:
Tərtər şəhəri
Qapalı şərait üçün Mədəniyyət mərkəzi
Açıq şərait üçün Tərtər şəhər stadionu
Təşviqat üçün Seçki məntəqələri ərazisində
quraşdırılmış lövhələr
Azad Qaraqoyunlu kənd İƏD-nin Azad Qaraqoyunlu kəndi
Qapalı şərait üçün Müvafiq yer yoxdur
Açıq şərait üçün Poçt binasının qarşısındakı meydan
Təşviqat üçün Seçki məntəqəsi ərazisində
quraşdırılmış lövhə
Azad Qaraqoyunlu kənd İƏD-nin İlxıçılar kəndi
Qapalı şərait üçün Müvafiq yer yoxdur
Açıq şərait üçün Kəndin mərkəzindəki meydan
Təşviqat üçün Seçki məntəqəsi ərazisində
quraşdırılmış lövhə Daha ətraflı »
Teqlər: Digər
07Mar
Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir.
Heydər Əliyev,
Ümummilli Lider
Qədim zamanlardan bəri vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüz illər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatı-mızda mövqeyini və simasını müəyyən edir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
07Mar
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edildi. Bu baxımdan Azərbaycan üçün yeni təcrübə olduğuna görə vitse-prezidentlik institutunun yaradılması ötən il ölkəmizdə siyasi yenilik kimi tarixə düşdü.
Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakıda ziyalı ailəsində anadan olub. O zaman heç kəsin ağlına da gəlməzdi ki, vaxt gələcək Mehriban xanım ən nüfuzlu siyasətçi qadınlardan biri olacaq. 1988-ci ildə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.
Zahirən kövrək bir qadın olan Mehriban Əliyeva bütün həyatını ictimai fəaliyyətə və insanlara kömək işinə həsr edib. O, dörd ildən artıq müddətdə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib, sonra, 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” adlı xeyriyyə fondunu yaradıb və ona rəhbərlik edib, “Naslediye-İrs” adlı mədəni-tarixi jurnal təsis edib və bu nəşrin redaktoru olub.
2004-cü ildə Heydər Əliyev Fondu yaradılan vaxtdan Mehriban Əliyeva bu Fondun prezidentidir. Mehriban Əliyevanın siyasi karyerası və ictimai fəaliyyəti dövründə onun dəstəyi ilə yüzlərlə məktəb və xəstəxana tikilib. O, ehtiyacı olanlara həmişə kömək əlini uzadır. Daha ətraflı »
Teqlər: Digər
07Mar
8 Mart bayramının tarixi 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsindən başlanır.
1908-ci il martın 8-də isə Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın daha qısa iş günü, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ uğrunda nümayiş keçirib. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə edirdi.
İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu-Yorkda baş tutmuşdur.
1910-cu ildə isə Klara Setkin adlı alman qadının təklifi ilə qadın mübarizəsinin genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 Mart gününü bütün dünyada Qadınlar Günü kimi qeyd etmək qərara alınmışdır. Daha ətraflı »
Teqlər: Digər
07Mar
BİZ O GÜNÜ GÖRƏCƏYİK
Qarabağ savaşında neçə-neçə şəhid verdik. Çox sayda vətən oğulları döyüşlərdə sağlamlığını itirdi. Döyüşlərin birində mən də ağır yaralanıb huşumu itirdim. Xəstəxanada ayılanda hiss etdim ki, ayağım kəsilib. Qolumdan və sinəmdən də ağır yaralar almışdım. Sağ qalmağım Allahın möcüzəsi idi.
O vaxtdan uzun illər keçsə də, məni döyüş bölgəsindən çıxarıb xəstəxanaya çatdıran əsgər dostlarımın fədakarlığını, həkimlərin qayğıkeşliyini minnətdarlıqla xatırlayıram.
Dövlət tərəfindən vətənimizə xidmət göstərən, lazım gələndə bu yolda canından keçənlər, sağlamlıqlarını itirənlər heç vaxt unudulmur, yaddan çıxmır. Onların sırasında mən də varam.
Məhz belə qayğı sayəsində İran İslam Respublikasında dövlət vəsaiti hesabına müalicə olunmuş, xaricdə istehsal edilmiş protezlə təmin edilmişəm. İldə iki dəfə tibbi müayinədən pulsuz keçirəm. Mənə təmənnasız minik avtomobili verilib. Ailəm dövlət hesabına geniş və rahat mənzillə təmin olunub. Aldığım təqaüd zəruri ehtiyaclarımızı ödəyir. “Vətən naminə” və “Vətənpərvərlik işində xidmətinə görə” medalları ilə təltif olunmuşam. Daha ətraflı »
Teqlər: Digər
07Mar
O GECƏ DƏHŞƏT YAŞADI XOCALI
26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyid-ləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin… Daha ətraflı »
Teqlər: Digər
07Mar
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Daha ətraflı »
Teqlər: Digər
07Mar
Mübariz, sən Vətənimizin fəxrisən. Sən əsl qəhrəmansan. Azərbaycanın hər bir guşəsində məktəblilər səni anırlar.
Bu gün təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində sənin qəhrəmanlığından danışırlar.
Sən bilə-bilə şəhidliyə doğru getdin. Şəhid oldun ki, biz rahat yaşayaq və yaxşı oxuyaq. Biz səni heç zaman unutmayacağıq.
Günay ƏLİZADƏ,
şəhər 1 saylı tam orta məktəbin III sinif şağirdi
Teqlər: Digər
Yeni ismarıclar