Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Noy
    Digər GƏNCLƏR YAP-ın SİYASƏTİNİ DƏSTƏKLƏYİRLƏR üçün şərhlər bağlıdır

    Noyabrın 14-də Bakıda, Heydər Əliyev Məzkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində Prezident İlham Əliyev YAP-ın fəaliyyəti barədə belə demişdir: “Bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər”.
    Partiyanın həyata keçirdiyi siyasəti gənclər də bəyənir və dəstəkləyirlər. Təsadüfi deyil ki, öz sıralarında 700 mindən çox insanı birləşdirən YAP-ın üzvlərinin 40 faizi gənclərdir.
    Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən bəhrələnən gənclər təhsildə, ictimai fəaliyyətlərində, əmək sahəsində, idmanda sevindirici nailiyyətlət əldə edirlər. Ölkəmizin iqtisadi gücü artdıqca, bu uğurların da sayı artır.
    Prezident İlham Əliyevin dediyi kimi, əldə edilmiş uğurlar bizə əlavə stimul verir.
    Azərbaycanın hər bir bölgəsində olduğu kimi, qəhrəman Tərtərimizin gəncləri də ölkənin ümumi inkişafına öz töhfələrini verirlər.

    Rəşad ŞAHBAZOV,
    Cəmilli kənd tam orta
    məktəbinin direktoru

    Teqlər:

  • 30Noy
    Digər GƏLƏCƏK NƏSİLLƏRİN LAYİQİNCƏ YAŞAMASI NAMİNƏ üçün şərhlər bağlıdır

    f51f4e1948-ci il dekabrın 10-da BMT Baş Məclisi “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” qəbul etdi. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi. “Bəyannamə”ni qısa bir müddətdə dünya ölkələrinin böyük əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzalamışdılar.
    Dünya xalqları “Bəyannamə”nin müddəalarından öz hüquqları, sülh, demokratiya və tərəqqi uğrunda mübarizədə istifadə edirlər.
    Dünya ictimaiyyəti tərəfindən tanınan yeni növ insan hüquqlarının siyahısı ilbəil artır. Bu gün dünya artıq insanın ekoloji hüququnu tanımaqdadır, gələcək nəsillərin ləyaqətlə və layiqincə yaşamaq hüququ müzakirə edilir. Bu günə qədər insan hüquqları üzrə yeni-yeni sənədlər hazırlanır və qəbul edilir. İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyə etmişdir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 30Noy
    Digər “Yeni Tərtər”ə cavab verirlər üçün şərhlər bağlıdır

    NÖQSANLAR ARADAN QALDIRILIB

    Qəzetimizin 20 oktyabr 2017-ci il tarixli sayında “Bala Kirpi”nin sərgüzəştləri” rubrikası altında “Yanpörtü yeriş” sərlövhəli tənqidi məqalə dərc olunmuşdu. Məqalədə Tərtərin Mərkəzi Bazarında (“Zülfüqaroğlu” MMC) hökm sürən antisanitariyadan, özbaşınalıqdan söhbət gedirdi.
    Bu günlərdə “Zülfüqaroğlu” MMC-nin direktoru Bəxtiyar Mehdiyevdən qəzetin tənqidi çıxışına cavab məktubu almışıq. Məktubda deyilir: “Yazıb Sizə bildiririk ki, “Yeni Tərtər”in 20 oktayabr 2017-ci il tarixli 29 nömrəli sayında cəmiyyətimiz haqqında dərc etdiyiniz məqalədən nəticə çıxararaq, nöqsanları aradan qaldırmışıq. Yenidən bizimlə birlikdə bazarda reyd keçirib, ictimaiyyətə həyata keçirdiyimiz tədbirlər barədə məlumat verməyinizi xahiş edirik”.

    Teqlər:

  • 30Noy
    Digər Unudulmayan insanlardı şəhidlər üçün şərhlər bağlıdır

    VipTalisman33GÜNAHSIZ ŞƏHİDLƏR

    Yenə fikirlərim şəhid ruhları ilə yüklənib, yenə duyğularım şəhidləri arayır. Doğma Tərtərimin şəhidləri haqqında çap olunmuş “Tərtər şəhidləri” kitabını vərəq-vərəq, sətir-sətir oxuyuram. Hər biri qan yaddaşımızdır. Əlinə silah alıb vətənin müdafiəsinə qoşulan da, o zamankı döyüşçülərə yardım edən də şəhid olub. Axı, onlar odun üstünə addım-addım deyil, yüyürərək gediblər, ölüm barədə düşünmədən vətən yanğısı ilə, dillərində Azərbaycan vətənimdir deyərək şəhid olublar.
    Bir qrup şəhidimiz də var ki, nə güllə atıblar, nə də əli silahlı düşmən üstə yeriyiblər. Amma, düşmən gülləsinin qurbanına çevrilərək şəhid olublar.
    Kimdir bu günahsız şəhidlərimiz? Vəliyev Samir Əmrah oğlu (Qarağacı), Hüseynov Əfqan İsmayıl oğlu (Qarağacı), Paşayev Firdovsi Ənur oğlu (Tərtər şəhəri), Əhmədova Zərifə Oruc qızı (Tərtər şəhəri), Qurbanova Cahan Səməd qızı (Cəmilli), Məmmədov Yavər Seyfəddin oğlu (Əksipara), Abbasov Üzeyir Hilal oğlu (Dəmirçilər) və s. Bu şəhidlərimizin 12, 14, 15, 19, 23, 25 yaşları olsa da döyüşdə, səngərdə deyil, öz həyət-bacalarında, təsərrüfatlarında çalışarkən qanlarına qəltan ediliblər. Nəydi onların günahı? Bu yeniyetmələr, gənclər yaşadıqları qısa ömürdə kimsənin ayağına bir daş vurmayıblar, silah nədir bilməyiblər, xəyanətkarların fitnəsinin qurbanına çevriliblər. Daha ətraflı »

    Teqlər:

  • 30Noy
    Digər CƏMİ 19 YAŞI VARDI… üçün şərhlər bağlıdır

    DSC_5509 (Копировать)Ələsdan kişinin ailəsi Göyçə mahalının Basarkeçər rayonunun Qaraqoyunlu kəndindən Tərtərin Bəyimsarov kəndinə gələndə oğlu Novruzun 13 yaşı vardı.
    Novruzgil ailədə 8 uşaq olublar. 4 oğlan, 4 qız. Erməni vandallarının torpaqlarımızı işğal etdiyini görən Novruz da 1993-cü ilin sonlarına yaxın müharibəyə qatıldı. Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində gedən döyüşlərin birində 1994-cü ildə, atəşkəs rejiminə az qalmış şəhidlik zirvəsinə ucaldı. O vaxt Novruzun cəmi 19 yaşı vardı.
    Bu yaxınlarda Bəyimsarov kəndində olarkən şəhidin anası ilə görüşüb söhbət etdik. Oğlunun böyüyün-kiçiyin yerini bilməsindən, qoçaq, qorxmaz bir cavan olmasından nisgillə danışdı. Onu da dedi ki, ailədə Novruzu hamımız çox istəyirdik. Elə atası Ələsdan kişi də Novruz həsrəti ilə dünyasını dəyişdi. Daha ətraflı »

    Teqlər:

  • 30Noy
    Digər Müharibə veteranları üçün şərhlər bağlıdır

    BU GÜN DƏ DÖYÜŞ RUHUNDADIR

    новый-2Cabbarov Əfqan Cabbar oğlu Qarabağ müharibəsi veteranıdır. O, 1955-ci ildə o zamankı “Bakı fəhləsi” kolxozunun Qaradağlı kəndində anadan olub. Gəncliyi Qarabağ savaşının qızğın dövrünə təsadüf edib. Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alırdı. 1992-ci ildə həmin texnikumun iqtisadiyyat fakültəsini bitirdi. Sumqayıt şəhərindəki “TES-2” zavodunda operator vəzifəsində çalışdı. Bir müddətdən sonra hərbi xidmətə yollandı və Belorusiyada 2 il əsgəri xidmət çəkib doğma Tərtərə qayıtdı. Yaşadığı kənddə təsərrüfat işləri ilə məşğul oldu, maşınla pambıq yığdı.
    Bu söylədiklərimi Əfqan Cabbarov danışıb. Özü haqqında məlumatları verdikdən sonra Qarabağ uğrunda gedən döyüşlərdəki xidmətindən söz açmasını xahiş etdim. O dedi:
    –Nə danışım, 90-cı illərin əvvəllərində güclü ordumuz yox idi, ölkədə hərc-mərclik hökm sürürdü. Nə qədər igid oğullarımız şəhid oldu, itkin düşdü, əlil oldu. Üstəlik torpaqlarımızın yad əllərə keçməsi adamı sarsıdır. Daha ətraflı »

    Teqlər:

  • 30Noy
    Digər Bizə yazırlar üçün şərhlər bağlıdır

    KƏNDİMİZDƏ POLİS MƏNTƏQƏSİ YARADILIB

    Yaşadığımız Dəmirçilər kəndi mənfur qonşularımızla yaxın təmas xəttində yerləşir. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 5 yaşayış məntəqəsini–Bala-kəngərli, Cəmilli, Ağkənd, Dəmirçilər, Kovdadıq kəndlərini birləşdirən müasir magistral yol bu kənddən də keçir. Kəndlərimizin hamısı müasirləşir, işıq, qaz və içməli su sarıdan korluğumuz yoxdur. Hər kənddə 2-3 subartezian quyusu qazılıb. Həyətlərə su xətləri çəkilib. Kəndimiz gecə işıqlandırması ilə də təmin olunub. Bunların hamısı insanların rahatlığı üçündür. Son zamanlar isə kəndimizdə polis məntəqəsi yaradılıb. Bu məqsədlə müasir üslubda yaraşıqlı bina inşa olunub. Polis işçiləri sutka ərzində kəndimizin ərazisində keşik çəkirlər. Bu, xüsusən gecə vaxtlarında daha vacib məsələdir və camaatın təhlükəsizliyini qorumaq məqsədini daşıyır.
    Buna görə biz kənd sakinləri ölkə Prezidentinə minnətdarlıq edirik.

    Əjdər HƏSƏNOV,
    Dəmirçilər kəndinin sakini

    Teqlər:

  • 30Noy
    Digər İŞƏGÖTÜRƏNLƏRİN NƏZƏRİNƏ! üçün şərhlər bağlıdır

    İşəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalı, bundan sonra əmək müqaviləsinin məlumatlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edərək onun hüquqi qüvvəyə minməsi üçün müvafiq bildiriş əldə etməlidir.
    Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənin və ya onun səlahiyyət verdiyi şəxsin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmzası olmalıdır. ASAN İmza SİM kartını mobil operatorların (Azercell, Bakcell, Nar Mobile) nümayəndəliklərindən əldə edib, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə ASAN İmza sertifikatı ala bilərsiniz.
    İşəgötürən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi isə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur:
    Qanun pozuntuları
    Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə (Vergi Məcəlləsi, maddə 58.10) Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Digər KƏLBƏCƏRƏ GEDƏN YOL… üçün şərhlər bağlıdır

    kenanİbtidai siniflərdə oxuyanda, müəllimimiz tez-tez bizi Kəlbəcərə gedən yolun kənarına gətirərdi. Yaz aylarında yolun hər iki tərəfində o qədər lalə bitərdi ki, biz bunların hansını dərəcəyimizi bilmirdik. Ora-bura qaçaraq, bu lalə dənizi ilə birlikdə uzaqda aydınca görünən Murova çatmaq, onun füsunkar gözəlliyinə qovuşmaq istəyirdik. Bir dəfə özümü unudub, möhkəmcə yıxıldım, dizlərim qanadı. Lalələrin üstünə qan töküldükcə, mən ağlayırdım. Birdən başımı qaldırıb Murova baxdım. Üfüqdən boylanan günəş onun ağ örpəyində bərq vururdu. Mənə elə gəldi ki, dağ sakitcə pıçıldayır: “Elə bilirsiniz bura çatmaq asandır? Bundan ötrü məni qorumaq, uğrumda qan tökmək lazımdır”.
    O vaxtdan uzun illər ötüb. Mən yenə Tərtərdən keçib Kəlbəcərə gedən yoldayam. Əlbəttə ki, indi burada lalələr bitmir. Müharibə gedən ərazidir. Hər qarışı şəhid qanına boyanıb. Amma cəmi bir il ərzində buralar necə də dəyişib! Müasir, gözəl şəhərcik salınıb. İnsanların rahatlığı üçün nələr yoxdur burada: tam orta məktəb, uşaq bağçası, musiqi məktəbi, bir sözlə, bütün lazımi infrastruktur. Payız girəndən isə həm şəhərciyin özündə, həm də yol kənarlarında o qədər yaşıllıq salınıb ki, insan baxdıqca bu mənzərədən doymur. Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Digər Ahıllarımız üçün şərhlər bağlıdır

    “ÖMÜR ÜSTƏ ÖMÜR CALANAR, GƏLİNİN YAXŞI OLSA…”

    DSC_5919“Çox şükür ki, Allah mənim ailəmə, ocağımıza Şələlə kimi mehriban, qocaq bir gəlin qismət edib”. Bu sözlər elə-belə deyilmiş sözlər deyil. Ömrünü yaxşı yaşamış, gözəl günlər görmüş, hazırda ahıl yaşda olan el ağsaqqallarımızdan biri–İsrafil Quluyevin razılıq etdiyi qayğıdan, böyüyə hörmətdən irəli gələn fikirləridir. Axı, ahıl yaşdakı insanlar bir az kövrək olur, hamıdan, hər kəsdən diqqət, qayğı umurlar. Ən əsası da onu övladlarından, gəlinindən, nəvə-nəticəsindən görəndə daha çox duyğulanırlar. O zaman ömür üstə ömür calanır.
    İsrafil Quluyev o ahıllarımızdandır ki, həyatın ən gözəl anlarını zəhmətə bağlayıb. Harada olmasına baxmayaraq, çalışıb, qabaqçıllar sırasında olub. Bu iş-güzarlıq, məsuliyyət hissi onun qanına atası Rzaqulu kişinin, anası Güllər xalanın verdiyi tərbiyədən hopub. Ailədə tərbiyə alan 7 övladın hamısı eyni ruhda böyüyüb. Sadə bir kolxozçu ailəsinin övladlarından biridir, İsrafil müəllim. Əslən Laçın rayonundan olsalar da, uzun illərdir ki, Tərtər rayonunun Nərimaniya kəndində yaşayırlar. Bu kənddə doğulub, burada boya-başa çatıb İsrafil Quluyev. Daha ətraflı »

    Teqlər: