Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,163
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Noy
    Digər KAMERANIN YADDAŞINA KÖÇÜRÜLƏN DÜNYA üçün şərhlər bağlıdır

    Hazırda həyatımızı internetsiz, sosial şəbəkəsiz təsəvvür etmək qeyrimümkündür.
    Bu şəbəkələrdə yayımlanan videogörüntülərin müəlliflərindən biri də həmyerlimiz Zahir Əsədovdur. Onu bir gün kamerasız təsəvvür etmək mümkün deyildir.
    Bu günlərdə Zahirlə söhbət edib, barəsində yazmaq istədiyimi bildirdim. Məmnunluq göstərərək, imkanlaşdırıb görüşəcəyimizi vəd etdi və işinin çoxluğuna baxmayaraq, dediyi vaxt redaksiyamızın qonağı oldu. Bəzi suallarla ona müraciət etdim.
    –Necə olub ki, məhz bu peşəni seçmisiniz?
    –1998-ci ildə hərbi xidmətdən sonra Rusiyada qardaşımla birgə yaşamalı oldum. Bir rus qonşumuz varıydı. Mənə kamera ilə işləməyi təklif etdi. Gündəngünə artan marağımı görən qardaşım mənə kiçik əl kamerası aldı. Hələ orda ikən kiçik çəkilişlər etməyə başladım. Nəhayət, Azərbaycana qayıtdım. Artıq kamera ilə işləməyi özümə peşə seçdim. Həvəskar kimi gördüyüm iş püxtələşməyimə səbəb oldu və bir də gördüm ki, operatoram. Daha ətraflı »

  • 08Noy
    Digər NARKOMANİYA VƏ ALKOQOLİZM DÜNYANIN BƏLASIDIR üçün şərhlər bağlıdır

    Yaşadığımız dövrün ən ciddi problemləri sırasında narkomaniya və alkoqolizm ön cərgələrdə qərarlaşıb. Son zamanlar bu problem bütün dünya ölkələri arasında geniş yayılmış və ciddi fəsadların yaranmasına səbəb olmuşdur. Əlbəttə, ətraflı fikirləşəndə bir çox ailələrin dağılmasına, xəstəliklərin əmələ gəlməsinə, yol qəzaları, təcavüzlər və bir çox digər cinayət hadisələrinin baş verməsinə səbəb məhz alkoqolizm və narkomaniyadır. Narkotik və alkoqola vərdiş edən insanların övladları problemdən əziyyət çəkir və bu onların sağlamlığına ciddi zərbə vurur. Daha ətraflı »

  • 30Okt

    Digər üçün şərhlər bağlıdır

    Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının
    Prezidenti

  • 30Okt
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    YAXŞI Kİ, ÜMİD VAR!…

    Bu günlərdə redaksiyamıza yaşlı bir kişi gəldi. Bir qədər özündən, ailəsindən, yaşama tərzlərindən danışdı. Övladları haqqında qısa olaraq məlumat verdi. Bir az da küskün olmasını hiss elətdirdi. Onun söhbətindən anladım ki, şəhid atasıdır. Küskünlüyünə səbəb olan da elə oğul itkisidir. Bu qəmli atanın sözlərinə səbrlə qulaq asdıqdan sonra ona nə deyəcəyimi düşündüm. Yaxşı bilirəm ki, bu cür insanlarla söhbət edəndə də gərək hər bir sözə fikir verilsin, çünki sınmış qəlbin təkrarən qırılmasına səbəb ola bilərdim…
    Bir az təskinlik verdim. Oğlunun şəhidliyini, hamımızın, öncə xalqımızın şəhidi olduğunu söylədim. Şəhidlərin heç zaman unudulmadığını, şəhid adının yüksək olduğunu və hər kəsə nəsib olmadığını söylədim. Bu zaman hiss etdim ki, bu dərd köləsi olan atanın əsəbini bir az sakitləşdirdim. Hətta: “Çox sağ ol, ay bala!” –dedi də…
    Bu, şəhid İlham Sarıyevin atası Əli kişi idi.
    İlhamgil ailədə 5 uşaq olublar, Azad, Mübariz, Azər, İlham, İlhamə. Ataları Əli kişi sürücü, anaları Solmaz evdar qadın idi. Sadə, zəhmətkeş bir ailə olublar. Uşaqların hər biri öz qismətini yaşayıb. İlhamın qismətinə isə şəhidlik düşüb.
    İlham 1972-ci il mart ayının 24-də baharın ilk günlərində doğulub. Bütün qardaş-bacısı kimi qayğı ilə böyüyüb. Orta təhsilini Tərtər şəhər 2 saylı tam orta məktəbdə aldıqdan sonra Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağrılıb. Xidmətdən qayıtdıqdan sonra 41 nömrəli səyyar mexanikləşdirilmiş tikinti təşkilatında, sonra isə Tərtər pambıqtəmizləmə zavodunda işləyib. Daha ətraflı »

  • 30Okt
    Digər Əlilərimiz üçün şərhlər bağlıdır

    “İGİD ODUR YARALARA QATLANA”…

    Vətən yolunda fədakarlıqla xidmət göstərən insanlara hər birimiz borcluyuq. Belə oğullar xalqımızın başucalığıdır. Rayonumuzun mərd insanları hər zaman torpaqlarımızın müqəddəsliyini qoruyub, ölkəmizin bütövlüyü uğrunda əlindən gələni əsirgəməyib. Biz mətbuat işçilərinin də borcu ürəkləri vətənpərvərlik hissi ilə döyünən oğullarımızın haqqında fəxrlə danışmaqdır.
    Barəsində yazacağım vətən oğlu torpaqlarımız uğrunda cəsarətlə döyüş tapşırıqlarını yerinə yetirib.
    Məmmədov Ayaz Əvəz oğlu 1975-ci il aprelin 5-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Orta təhsilini həmin kənddə başa vurduqdan sonra 1994-cü ildə həqiqi hərbi xidmətə çağrılıb. Döyüşdə olduğu bölgələrdən: Ağdam, Ağdərənin “Vışqa” yüksəkliyi, Tərtərin Çaylı kəndi, “Donaşen-1”, “Donaşen-2”, Ağdamın Yuxarı Salahlı, Aşağı Salahlı və Qərvənd uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirdi.
    Vətənə olan sevgisi onun mənəvi zənginliyindən irəli gəlir. Xalqa və ölkəmizə sonsuz məhəbbətlə bağlı olan Ayaz döyüşlərdə şücaət göstərib. 1994-cü il aprelin 13-də Marquşevanda (Şıxarx) yaralanıb. Həmin anı belə xatırlayır:
    –Ayaqlarımdan yaralandım. Minaatan mərmisi yanıma düşdü, özüm isə səngərin içinə yıxıldım. Yaralandığımı, qəlpənin ayağımı apardığını hiss etdim. Əllərim qana batdı. Səngərdən çıxıb ayaq üstə durmaq istəyəndə gördüm ki, sol ayağım da yaralanıb. Bədənimin müxtəlif nahiyələrindən qəlpə yarası almışdım. Təzəkənddən döyüşdüyüm bölmənin komandiri leytenant Vilayət Məmmədov əvvəlcə məni Ural maşınına qoyub Tərtər hospitalına gətirdi. Axşam saat 5-6 radələrində əməliyyata götürüldüm. Sağ ayağımdan 6 qəlpə, sidik kisəmdən 2 qəlpə çıxarıblar. Sol ayağım amputasiya olundu. Helikopterlə Bakı Semaşka xəstəxanasına aparıldım, 2 ay orada yatdım. Sonradan döyüşdən tərxis olundum. O döyüşdə 6 nəfərdən 4 nəfər şəhid oldu, 2 nəfər yaralandı. Daha ətraflı »

  • 30Okt
    Digər Ahıllarımız üçün şərhlər bağlıdır

    “QOÇU”LƏQƏBLİ NƏSİB QULİYEV

    Onların sayı çox azdır. Bəlkə də heç on evdən birinə düşmür. Lakin hansı evdə yaşayırlarsa orada bin-bərəkət, hörmət-izzət var. Hər birimiz onları sevir məsləhətlərinə həmişə ehtiyac duyuruq. Keçdikləri həyat yolu bizim üçün örnəkdir. Ali təhsilləri olmasa da, sadə bir peşədə çalışmaları ilə hər bir ailənin qayğıkeşi, böyüyü sayılırlar.
    Belə insanlardan biri də Söylən İƏD üzrə nümayəndəliyin Alışarlı (Qapanlı) kəndində yaşayan Nəsib Heydər oğlu Quliyevdir. Onunla görüşə Qarabağ müharibəsi döyüşçüləri Yaşar Məmmədov, Firidun Tağıyev, fotomüxbirimiz Kənan Hüseynzadə ilə birgə yollandıq. Yaşadığı evində görüşdük. Səhhətindəki narahatlıqla əlaqədar həkim yanına getmişdi. Biz yenicə çatmışdıq ki, oğlu ilə özü də gəldi. Evində qonaqlarını görəndə xeyli sevindi. Sanki doğma adamlarını görürmüş kimi sevindi. Ötüb-keçənləri yada saldı, ömrünün ağlı-qaralı günlərini xatırladı. Bildirdi ki, onun yeniyetməlik və gəncliyi Böyük Vətən müharibəsi illərinə təsadüf edib. O zaman bütün ailələrdə olduğu kimi Nəsib Quluyevin ailəsində də çətinliklər, mü haribənin ağrı-acısı duyulurdu. Lakin, bu çətinliklərə baxmayaraq, hər bir ailədən kolxozlarda çalışanlar, əkin-biçinlə məşğul olanlar varıydı. Belə ailələrdən biri də Nəsib Quluyevin ailəsi idi. O zamanlar evin kişiləri müharibəyə getdiklərindən qadınlar və yeniyetmə oğlanlar çöl işlərində çalışmalı olurdular. Gənc Nəsib də kolxoz işlərində çalışmalı olur. Traktorla yer əkib, pambıq yığırdı. Bir sözlə, zəhmətdən ikiəlli yapışaraq, çörəyini halallıqla qazanırdı. 10 ildən artıq mexanik işləyib. Özü sürütmə kotan düzəldib. Dediyinə görə həvəsi olduğu üçün 12 yaşından traktorla işləyib. Taxıl, pambıq səpini ilə məşğul olub. Becərmədə, yığımda yorulmadan çalışıb. İstəyib ki, həm kolxozun işi irəli getsin, həm də dolanışıqları təmin olunsun. Daha ətraflı »

  • 30Okt
    Digər “BALA KİRPİ”nin sərgüzəştləri üçün şərhlər bağlıdır

    ADAMLARI ABIRA SALMAQ LAZIMDIR

    “Bala kirpi” ilə “Bala Tutuquşu” vədələşib, saat 11-də Tərtər şəhərini gəzməyə çıxdılar. Son 4-5 ildə şəhər simasını büsbütün dəyişmiş, heyrətamiz, əsrarəngiz gözəlliyə qərq olmuşdu. Yeni-yeni müasir binalar tikilmiş, küçələr abadlaşdırılmış, yaşıllıqlar salınmışdır. Hər yanda gül-çiçək bir-birini çağırırdı. Şəhər gəlin kimi süslənmişdi. Ovsunlu gözəlliklərə baxdıqca adamın ruhu təzələnirdi, ovqatında bir rahatlıq, bir xoşhallıq yaranırdı.
    “Bala Kirpi”də,”Bala Tutuquşu”da bu şəhərdə yaşadıqlarına görə daxili bir qürur hissi duyurdular, fərəh keçirirdilər. Erməni quldurları ilə 48 kilometr təmas xəttində yerləşən Tərtər rayonu həm qəhrəman igidlərin diyarı, olduğu cənnəttimsal bir məkana bənzədiyi üçün həqiqətən öyünülməyə layiqdir. Düşmənin bir addımlığında daim atəş təhlükəsi altında yaşayan tərtərlilər qurub-yaradır, heç nədən çəkinmir, öz normal həyatlarını davam etdirirlər. Onlar Azərbaycanın Prezidentinə və qüdrətli ordumuza arxalanır, güvənir və “QƏLƏBƏ GÜNÜ”nün uzaqda olmadığına inanırlar. Daha ətraflı »

  • 18Okt

    Digər üçün şərhlər bağlıdır

    Pambıqçılıq əmək tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

  • 18Okt
    Digər Zəngilanın işğalından 26 il ötür üçün şərhlər bağlıdır

    XARABA YURDUN HARAYI

    Rayon kimi Zəngilan rayonu 1930-cu ildə təşkil olunmuşdur. Rayonun sahəsi 707 kv.km, əhalisi isə 35.351 nəfərdir. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Mərkəzi Zəngilan şəhəridir.
    XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Təqvimimizdə daha bir qara günün sayı artdı – 29 Oktyabr (1993-cü il)
    Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali özümüzünkülərdən gizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyilə mükəmməl silahlanmışdılar.
    Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Hərbi işdən az-çox başı çıxan adam bu reallığı görürdü. Aydınlıq olsun deyə, işğala aparan bu yolda xronoloji ardıcıllığa qısa nəzər yetirək:
    1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur. Evlərə od Daha ətraflı »

    Teqlər:

  • 18Okt
    Digər Payız bolluq fəslidir üçün şərhlər bağlıdır

    BİZİ VƏTƏN HƏSRƏTİNDƏN XİLAS ET!

    Yenə günlər qısalıb, Günəşin hərarəti zəifləyib, çöl-bayır qızılı libasını geyib. Gah isti yayı bizə xatırladan, hərdən də soyuqluğu ilə şaxtalı qışa “muştuluqçu” olduğunu hiss etdirən payız fəslindən, onun bəxş etdiyi təkrarsız gözəllik çalarlarından doyunca zövq almağın vaxtıdır. Ömrümüzün növbəti payızı yurdumuza qədəmlərini qoyub. Bu payız bizə qucağında bağların bəhrəsini, buz bulaqların laylasını, dağların əzəmət və vüqarını, ana təbiətin gözəlliyini gətirib. Payızın kövrəkliyi sanki qəlbimizi də yuxaldıb, daha duyğusal olmağa başlamışıq. Saralıb tökülən yarpaqlar hərəsi bir xatirəyə çevrilir, bir nağıla dönür. Axı, bu, payızın rəngidir, öz simasıdır…
    Qızılı payız günlərində müşahidə olunan duman özündən sonra qarlı, şaxtalı günlərin, ayların gəlişindən xəbər verir, insanlara “tədarükünüzü görün” söyləyir. Qışa hazırlıq fəslidir payız. Ta qədimdən xalqımızın məişətində, milli mentalitetimizdə də payız qiymətli, xətir-hörmətli fəsil olub. Payızın bin-bərəkəti, bolluğu var, təknələrimizin ruzisi, qar-şaxtadan susqun qışımızın hazırlığı, azuqə bolluğu var. Elə ona görə də payıza bədbinlik, ayrılıq, həzinlik, duyğular fəsli deyil, bolluq, bərəkət fəsli, həm də toylar fəsli deyilir.
    Payız günləri həm də kəndlinin qayğılı günləridir. Əkinçiliklə məşğul olan zəhmətkeş insanlar sahələrdəki məhsulu toplayır, bağlardakı meyvələr yığılır. Çeşid-çeşid payız nemətləri dükan-bazarlarda, alış-veriş mərkəzlərinin piştaxtalarının bəzəyinə çevrilir, bolluq rəmzinə dönür. Daha ətraflı »