YAXŞI Kİ, ÜMİD VAR!…
Bu günlərdə redaksiyamıza yaşlı bir kişi gəldi. Bir qədər özündən, ailəsindən, yaşama tərzlərindən danışdı. Övladları haqqında qısa olaraq məlumat verdi. Bir az da küskün olmasını hiss elətdirdi. Onun söhbətindən anladım ki, şəhid atasıdır. Küskünlüyünə səbəb olan da elə oğul itkisidir. Bu qəmli atanın sözlərinə səbrlə qulaq asdıqdan sonra ona nə deyəcəyimi düşündüm. Yaxşı bilirəm ki, bu cür insanlarla söhbət edəndə də gərək hər bir sözə fikir verilsin, çünki sınmış qəlbin təkrarən qırılmasına səbəb ola bilərdim…
Bir az təskinlik verdim. Oğlunun şəhidliyini, hamımızın, öncə xalqımızın şəhidi olduğunu söylədim. Şəhidlərin heç zaman unudulmadığını, şəhid adının yüksək olduğunu və hər kəsə nəsib olmadığını söylədim. Bu zaman hiss etdim ki, bu dərd köləsi olan atanın əsəbini bir az sakitləşdirdim. Hətta: “Çox sağ ol, ay bala!” –dedi də…
Bu, şəhid İlham Sarıyevin atası Əli kişi idi.
İlhamgil ailədə 5 uşaq olublar, Azad, Mübariz, Azər, İlham, İlhamə. Ataları Əli kişi sürücü, anaları Solmaz evdar qadın idi. Sadə, zəhmətkeş bir ailə olublar. Uşaqların hər biri öz qismətini yaşayıb. İlhamın qismətinə isə şəhidlik düşüb.
İlham 1972-ci il mart ayının 24-də baharın ilk günlərində doğulub. Bütün qardaş-bacısı kimi qayğı ilə böyüyüb. Orta təhsilini Tərtər şəhər 2 saylı tam orta məktəbdə aldıqdan sonra Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağrılıb. Xidmətdən qayıtdıqdan sonra 41 nömrəli səyyar mexanikləşdirilmiş tikinti təşkilatında, sonra isə Tərtər pambıqtəmizləmə zavodunda işləyib. Daha ətraflı »
Yeni ismarıclar