Ali Baş Komandan Cənab İlham Əliyev martın 16-da Şuşa şəhərində səfərdə olarkən bildirib ki, erməni vandalları işğal nəticəsində bütün bina və məscidləri dağıdıb, məscidlərdə heyvan saxlayıblar. Müqəddəs abidələrimizi, su elektrik stansiyalarını dağıdıblar. Dağlıq Qarabağın qədim azərbaycanlı kəndlərindən olan Tuğ kəndini də viran ediblər. Pənahəli Xanın sarayını, digər tarix-memarlıq komplekslərini işğal zamanı dağıdıb viran ediblər.
Cənab prezident vurğulayıb ki, dünya tarixində buna oxşar vəhşiliklər bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidələrini dağıdasan.
Bütün dünyanın bu vəhşilikləri daha aydın görməsi üçün işğaldan azad edilmiş ərazilərə Daha ətraflı »


Martın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli və Xocavənd rayonlarında səfərdə olarkən bildirib ki, bu gün azad edilmiş torpaqlara gələrkən Qaraxanbəyli kəndindən keçdik. Qaraxanbəyli kəndi müharibənin ilk günündə – sentyabrın 27-də azad edildi. Bax, biz məhz buradan, o istiqamətdən öz şərəfli missiyamızı icra etməyə başladıq və düşməni torpaqlarımızdan qovduq. İndi isə quruculuq işləri ilə məşğuluq. İndi isə həyatımızın yeni dövrü başlayır – quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü. Səfər çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyan cənab prezident vurğulayıb ki, bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.
26 il əvvəl – 1995-ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər.
Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma, eyni zamanda çox şərəfli, hörmətli peşədir.
Nəriman Nərimanzadə Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının ilk fəallarından biri olan Kərrar Bayramovun oğ-ludur. O Vətənə, partiyaya sevgini elə ailəsindən öyrənib, doğulduğu ocaqda formalaşıb cəmiyyət arasına çıxıb. Hələ orta məktəbdə təhsil aldığı zaman valideynlər bu oğulları ilə fərəhlənirdilər. İnanırdılar ki, Nəriman gələcəkdə onların zəhmətini itirməyəcək, layiqli bir övlad olacaqdır. Bu inam – Nəriman Bakı şəhərində Təfəkkür Universitetinin İqtisadiyyat fakültəsində oxuduğu, ədliyyə nazirliyi Pentensial Xidməti Mühafizə Alayında əsgəri xidmətini çəkdiyi vaxtlarda özünü doğrultmuşdu. Hərbidən qayıtdıqdan sonra ixtisasına uyğun fəaliyyətə başlamışdır. Bərdə “KredAqro” MMC-də kredit mütəxəssisi, sonra isə Tərtərdə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edərək operator vəzifəsində çalışıb. Üç ildən sonra müqavilə müddəti bitdikdə gənclər və idman idarəsində aparıcı məsləhətçi işləyib. 2020-ci ilin martından isə hal-hazıra kimi Borsunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş mühasib vəzifəsində işləyir. Məqsədim onun çalışdığı sahələri sadalamaq deyil. Nəriman işlədiyi sahədən asılı olmayaraq məsuliyyətini dərk edərək, üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışıb.
2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında göstərilmişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
Cari ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş giriş və yekun nitqi söyləmişdir. Dövlət başçısının nitqində ölkəmizin sosial-iqtisadi inkişafında və beynəlxalq siyasi arenada qazandığı uğurlarda YAP-ın oynadığı əsas roldan və digər məsələlərdən ətraflı bəhs edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, 1990-cı illərin əvvəllərindəki gənc müstəqil Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var – ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması.
Yeni ismarıclar