Prezident İlham Əliyev 2021-ci il 28 sentyabr tarixində “France-24” televiziya kanalına müsahibə vermişdir. Müsahibə əsasən Ermənistan-Azərbaycan münaqişəsinin həllini tapması və gələcəkdə regionda sülhün bərqərar olması kimi müddəalarla yadda qaldı. Fransa jurnalistinin qərəzli suallarına cənab Prezident adekvat cavablar verərək bir daha informasiya cəbhəsində haqq səsimizi beynəlxalq aləmə çatdırdı.
Ölkə başçısı bildirdi ki, müharibə artıq bitib, münaqişə öz ədalətli həllini tapıb və sülh və regionun inkişafı naminə Azərbaycan danışıqların aparılmasına hazırdır. Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Daha ətraflı »


Zəngəzurun Ermənistana verilməsindən 101 il ötür. 1920-ci ilin 1 dekabrında Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verildi. Bu mahalda məskunlaşanların böyük hissəsi azərbaycanlılar olub. Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri və Kürdüstan qəzasından (Zəngilan, Qubadlı və Laçını) ibarət mahalda XX əsrin əvvəllərində 149 türk, 91 kürd və 81 erməni kəndi var idi.
Beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısını ala bilərdi. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Bu fikirləri Prezident İlham Əliyev 2021-ci ilin 27 sentyabr tarixində Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəsində bildirmişdir.
Vətən müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il tarixindən bir il keçir. Məhz bu tarixdə ermənilərin cəbhdəki növbəti təxribatlarının qarşısının alınması üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Müharibənin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq işğalçı qüvvələri torpaqlarımızdan qovmağa, mənfurları ərazilərimizdən təmizləməyə başlayan rəşadətli ordumuz adını dünya hərb tarixinə qızıl hərflərlə yazmağı bacardı. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən, 27 sentyabr tarixi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətiolaraq ölkəmizdə Anım Günü kimi qeyd edilir.
BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tarixi zəfərdən sonra qalib ölkəmizin regionda yaratdığı yeni reallıqlar fonunda dünyaya və beynəlxalq ictimaiyyətə bir sıra mühüm mesajlar verdi.
Sentyabr ayının 24–də Rusiya Federasiyasının nüfuzlu “Nasionalnaya oborona” jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalın baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko ilə müsahibəsi çap edilib. Bu müsahibə nəinki Pusiya, eləcə də dünyanın bir sıra ölkələrinin mətbuatında geniş şəkildə işıqlandırılıb, bütün aparıcı mətbuat orqanları Azərbaycan Liderinin müsahibəsindən mühüm məqamları ön səhifələrə çıxarıblar. Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinin gedişinin, aparılan danışıqların, üçtərəfli Bəyanatın imzalanmasının detalları, azad olunmuş ərazilərdə quruculuq işləri barədə fikirləri rusiyalı və xarici ölkələrin rusdilli oxucularına təqdim olunub.
Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Əsası XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Ermənilər bu mənfur prosesdə ən qəddar rolu ifa edən vasitə olmuşlar. Kütləvi deportasiyaların və soyqırımı aktlarının yeganə məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman və türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi.1920-ci ilin axırlarında Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər əsrlərlə
Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. İnsanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran bu gün BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında quraşdırılan “Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin bütün dünya xalqlarına hədiyyəsi olan bu zəngin üzərində yazılmış “Yaşasın Mütləq Dünya Sülhü” sözləri sanki bəşəriyyətin qorunması, silahların susdurulması, sa-kini olduğumuz dünyamızda əmin-amanlığın təminatı üçün həyəcan siqnalıdır. Məhz bu gündə həmin zəng çalınaraq qan-qada gətirən döyüşləri 24 saat ərzində dayandırmağa, münaqişə və müharibələr zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına çağırış edir.
XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində azərbaycanlılara qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Ana-doluda əldə etdikləri təcrübəyə əsaslanırdı. “Hnçak” və “Daşnaksutyun” partiyalarının silahlı dəstələri azərbaycanlı kəndlərinə hücum edir, qırğınlar törədir, boşaldılmış kəndlərdə Türkiyədən gələn erməni ailələrini məskunlaşdırırdılar.
Azad olunmuş torpaqlarımızda dağıdılmış yaşayış məntəqələrinin, şəhərlərin, kəndlərin bərpası surətlə davam edir. Tez-tez informasiya vasitələrindən burada görülən işlər insanlar tərəfindən diqqətlə izlənilir. Cənab Prezident şəxsən özü görülən işlərlə yerində tanış olmaq məqsədilə rayolara səfərlər edir. Bir məqam da diqqət çəkir ki, mədəniyyət abidələri əvvəlki formasında yenidən restavrasiya olunur. Mədəni, tarixi irsimiz bərpa olunmaqla qorunub saxlanılr. Bu qəbildən olan abidələrdən biri kimi İlham Əliyev Molla Pənah Vaqifin məqbərəsinin bərpa edildikdən sonra açılışında iştirak etməsi əlamətdar hadisədir. 30 avqust 2021-ci ildə məqbərənin önündə həm də Vaqif Poeziya Günləri tədbiri keçirildi.
Yeni ismarıclar