YARIMÇIQ QALMIŞ ARZULAR

Şəhidlərimiz haqqında yazmaq olduqca çətindir. Hər biri barədə yazanda o acını yaşamaq gərəkdir. Düşündükcə onların ölümlə nəticələnən acı talelərinin şahidi oluram. Hamısı Vətən, Torpaq, Namus, Qeyrət uğrunda şirin canlarından keçərək, ömürlərini, arzularını yarımçıq, doğmalarını gözü yaşlı qoyublar. Zəhmətkeş, öz alın təri ilə dolanan ailələrin övladları olub bir çoxu.
Belə şəhidlərimizdən biri də Məhərzadə Taleh Oqtay oğludur.
O, həmişə mənfur erməniləri ürəyində lənətləyərək tezliklə ərazilərimizin bütövləşəcəyinə inanırdı. Odur ki, 21 sentyabr 2020-ci ildə qismən səfərbərlik zamanı hərbi xidmətə yazıldı. Arzusu torpaqlarımızın azad olunmasında Ordumuzun tərkibində düşmənə qarşı sonədək mübarizə aparmaq və qələbəmizdən sonra ailə qurmaq idi. Anası ilə telefonla əlaqə saxlayan zaman istəyini bildirmişdi. Daha ətraflı »



30 il idi ki, torpaqlarımız erməni işğalçılarının əsarəti altında inləyirdi. Gözəl Şuşamız, Laçınımız, Füzulimiz, Kəlbəcərimiz, ümumiyyətlə, 20 faiz torpaqla-rımız işğalçıların tapdaq yeri olmuşdu. Bu hər bir Azərbaycanlı üçün çəkilməz dərd sayılırdı. Qədirbilən xalqımız, mərd oğullarımız hər an torpaqlarımızın işğaldan azad olunacağı günün arzusu ilə yaşayırdılar. Nəhayət 27 sentyabr 2020-ci il bu iztiraba son qoyulmasının başlanğıc günü oldu.
Rayonumuzun Sarıcalı kəndində bir ana yaşayır. Qara günlərlə, min cür əzab əziyyətlə, od-ocaqsız daxmada “bir qarnı ac, bir qarnı tox” 2 övlad böyüdən ana! 1 qız və 1 oğlunu atalıykən atasız böyüdən, bu gün şəhid Mehdinin anası kimi tanınan Laləzar ana. O, ailə həyatı quranda öz həmkəndlisi Elçini seçdi, xoşbəxt günləri onunla olacağını düşündü. Lakin nə özü ər qazancı görə bildi, nə uşaqları ata çörəyi yeyə bildi. 4-5 il baldızı Kəmalənin yanında uşaqlarını saxladı, Elçin Qazaxıstanda oldu. Bu cür həyata dözməyən Laləzar uşaqların da götürüb kəndə ata-anasının yanına qayıtdı. Bir müddətdən sonra ata-anasının məsləhəti ilə əl damı kimi bir otaq tikib, uşaqlarını ora yığdı, öz zəhməti ilə

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək bildirib ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir.
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin martaprel aylarında yaşanmışdı.
Əsgər Azər Abdullazadə Bakı şəhərində “N” saylı hərbi hissədə xidmət edirdi. Tərtər rayonunun Cəmilli kəndində öz zəhməti ilə dolanan ailələrdən biri olub Azərgilin ailəsi. Xidmət etdiyi hərbi hissədə ağıllı, mərd, Vətənpərvər, qorxmaz bir oğlan kimi tanınmışdı. Hərbi xidmətinin başa çatmasına çox az qalmışdı. Azər yaxşı bilirdi ki, ermənilər tərəfindən torpaqlarımızın da, insanlarımızın da müəyyən hissəsi əsir götürülüb. İnanırdı ki, bir gün onların geri qaytarılması, əsirlikdən qurtarılması üçün Vətənpərvər insanlarımız səfərbər olacaq. Artıq belə bir gün çatdı. 2020-ci il sentyabrın 27-i illərin həsrətinin başa
İllər idi ki, torpaqlarımızla bərabər təbiətimiz də– meşələrimiz, çaylarımız dərdlərə dərman bulaqlarımız mənfur qonşularımızın işğalı altında qalmışdır. Sərsəng və Suqovuşan su anbarlarından gələn suların, həmçinin həm insanlarımıza, həm təbiətimizə məlhəm olan yüzlərlə sularımızın qarşısı kəsilərək mənfurların əyləncə və istirahət yerlərinə çevrilmişdir. Ali Baş Komandanın möhkəm iradəsi və Müzəffər Ordumuzun 44 günlük şücaəti sayəsində bütün bunlara son qoyuldu. İşğal dövrünədək Madagiz adlandırılan su anbarı 3 oktyabr 2020-ci il tarixdə azad olunaraq Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Və qurumuş arxlarımıza axar su buraxıldı, həm də həmin gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə tarixi adı bərpa olunaraq Suqovuşan qoyuldu.
Ali Baş Komandan Cənab İlham Əliyev martın 16-da Şuşa şəhərində səfərdə olarkən bildirib ki, erməni vandalları işğal nəticəsində bütün bina və məscidləri dağıdıb, məscidlərdə heyvan saxlayıblar. Müqəddəs abidələrimizi, su elektrik stansiyalarını dağıdıblar. Dağlıq Qarabağın qədim azərbaycanlı kəndlərindən olan Tuğ kəndini də viran ediblər. Pənahəli Xanın sarayını, digər tarix-memarlıq komplekslərini işğal zamanı dağıdıb viran ediblər.
Martın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli və Xocavənd rayonlarında səfərdə olarkən bildirib ki, bu gün azad edilmiş torpaqlara gələrkən Qaraxanbəyli kəndindən keçdik. Qaraxanbəyli kəndi müharibənin ilk günündə – sentyabrın 27-də azad edildi. Bax, biz məhz buradan, o istiqamətdən öz şərəfli missiyamızı icra etməyə başladıq və düşməni torpaqlarımızdan qovduq. İndi isə quruculuq işləri ilə məşğuluq. İndi isə həyatımızın yeni dövrü başlayır – quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü. Səfər çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyan cənab prezident vurğulayıb ki, bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.
Yeni ismarıclar