23Fev

Rayon tarix-diyarşünaslıq muzeyində Gənclər Günü münasibəti ilə “Gənclərlə irəli” adlı tədbir keçirilib. Fəal tərtərli gənclərin iştirakı ilə keçirilən toplantını müzeyin direktor əvəzi Aybəniz Məmmədova açıb. Fond müdiri Pəri Yusifli Gənclər Gününə həsr olunmuş məruzə ilə çıxış edib. O bildirib ki, bugünkü gənclər cəmiyyətdə fəal iştirakı, hərtərəfli bilikləri, təşəbbüskarlıqları ilə seçilirlər. Onlar dövlətin qayğısı ilə əhatə olunublar. Gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qızıl Aypara Tərtər rayon təşkilatının üzvü Aytən Qarayeva, rayon uşaq-gənclər idman şahmat məktəbinin direktoru Emin Quliyev, məktəbin metodisti Azər Musayev, “Ca qroup”un (SCAG) rəhbəri Coşqun Aslanov, musiqi məktəbinin müəllimi Müşfiq Ağayev çıxış edərək gənclərin üzərinə düşən məsul vəzifələrdən danışıblar.
Kənən HÜSEYNZADƏ
Teqlər: Xəbərlər
23Fev

Tərtər şəhərində təşkil edilən satış-yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib. Məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılıb. Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin öz məhsullarını bazara çıxarmasına kömək etmək, bazarlarda süni qiymət artımının qarşısını almaq, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaqdır.
Şəhərin Mehdi Hüseynzadə küçəsində, əhalinin gediş-gəlişinin sıx olduğu yerdə təşkil edilən yarmarkaya alma, mandarin, apelsin, qoz və fındıq ləpəsi, yerli soğan, kartof, pendir və şor, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb. Alıcılar yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər. Satış-yarmarkanın hər həftənin şənbə və bazar günləri təşkil edilməsi nəzərdə tutulur.
Teqlər: Xəbərlər
23Fev

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2014-cü ildən başlayaraq hər il fevral ayının 12-dən mayın 1-dək əhali pulsuz olaraq tibbi müayinədən keçirilir.
Bununla bağlı mərkəzi rayon xəstəxanasında baş həkimin müavini Sevda Əliyeva ilə əlaqə saxladıq. Həkim bildirdi ki, ötən illərdə olduğu kimi bu il də pulsuz tibbi müayinəyə insanlar həvəslə gəlir, bu kampaniyada yaxından iştirak edirlər.
Rayon icra hakimiyyəti tərəfindən təsdiq edilmiş cədvələ əsasən rayon mərkəzi xəstəxanasında vətəndaşların pulsuz müayinəsi davam edir.
Ümumiyyətlə, rayon üzrə əhalinin kütləvi müayinə olunması üçün 6 həkim briqadası fəaliyyət göstərir. Bununla yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da əhalinin tibbi müayinədən keçirilməsi işləri mütəşəkkilliklə təşkil olunub. Daha ətraflı »
Teqlər: Xəbərlər
23Fev
“Hərəyə bir ağac əkək!” kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının YAP Tərtər Rayon Təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tərtər rayonunun Buruc–Hüləbətli kəndləri ərazisində yerləşən meşə zolağının daha 2,5 hektar sahəsində 3 min ədəd ağac əkilmişdir. Beləliklə, YAP rayon təşkilatı ümumilikdə meşə zolağında 7 min ədəd ağacın əkinini başa çatdırmışdır.
Ağacəkmə kampaniyasında rayonun idarə, müəssisə və təşkilatlarında çalışan yüzlərlə YAP üzvü böyük həvəslə iştirak etmişdir.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
09Fev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtər rayonundakı Gənclər Mərkəzində bölgə vətəndaşlarını qəbul edib.
Nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də iştirak etdikləri qəbulda Tərtər, Ağdam, Bərdə rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
09Fev
Tərtər rayonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyilə həyata keçirdiyi “Regionlarda məcburi köçkün gənclərin Vətəndaş Cəmiyyəti quruculuğunda iştirakının dəstəklənməsi” layihəsinin bağlanış tədbiri keçirilib.
Rayona səfər edən qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Rayon rəhbəri cəbhə xəttində yerləşən Tərtər rayonunun sosial—iqtisadi inkişafı haqqında onlara geniş məlumat verib. BAMF-ın Tərtər rayonunda gördüyü sosial-humanitar işləri də yüksək qiymətləndirib. Rayon rəhbəri ölkədə kənd təsərrüfatına göstərilən qayğının nəticəsində Tərtərdə pambıqçılığın, baramaçılığın, meyvə-tərəvəz istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib. Daha ətraflı »
Teqlər: Xəbərlər
09Fev
Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi və şəhər kitabxanalarında “Kitabxana çay evi” fəaliyyətə başlayıb.
“Kitabxana çay evi”nin yaradılmasında məqsəd əhalinin asudə vaxtının səmərəli təşkili, oxucuların, xüsusən yeniyetmə və gənclərin kitabxanalara cəlb edilməsi, onların mütaliəyə marağının artırılmasıdır.
“Kitabxana çay evi” oxucuların böyük marağına səbəb olub.
Teqlər: Xəbərlər
09Fev

Rayonda Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
Tədbirin davamı rayon Mədəniyyət Mərkəzində olub.
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq, gəncləri bayram münasibəti ilə təbrik edib. Sonra dövlətimiz tərəfindən gənclərimizə göstərilən qayğıdan ətraflı bəhs olunub, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayon gənclərinin sosial-iqtisadi inkişafda tutduqları fəal mövqedən geniş söhbət açılıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
31Yan

Tərtər rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir Şəhidlərin abidəsi önündən başlandı. Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxudu. Tərtərlilər abidənin önünə gül-çiçək dəstələri qoydular.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin əl işlərindən ibarət 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. O bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 28 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Daha ətraflı »
Teqlər: Xəbərlər
31Yan
ŞƏHƏRİN İQTİSADİYYATI MÖHKƏMLƏNİB

Rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov məruzə ilə çıxış etdi. Göstərdi ki, ötən ilin yekunları Tərtər şəhəri üçün də uğurlu olmuşdur.
Həyata keçirilən məqsəd-yönlü tədbirlər nəticəsində şəhərin iqtisadiyyatı daha da güclənmiş, əhalinin ya-şayış səviyyəsi yüksəlmiş, tikinti-abadlıq, quruculuq işləri geniş vüsət almışdır.
Sevindirci haldır ki, ölkə Prezidenti İlham Əliyev ötən il Tərtərdə olmuş, bir sıra obyektlərin açılışında iştirak etmişdir. Sahib Hə-sənov bildirdi ki, son illər görülən məqsədyönlü tədbirlər nəticəsində şəhərdə qaz, su, elektrik enerjisi sahəsində heç bir problem qalmayıb. 2017-ci ildə şəhərdə daha 2 ədəd transformator yenisi ilə əvəz edilib.
İcra nümayəndəliyi şəhərin təmizliyinin təmin edilməsi, yaşıllıqların genişləndirilməsi və qorunub mühafizə edilməsi üçün ardıcıl tədbirlər görmüşdür. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar