Gənclər Mərkəzində “İşsizlikdən Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrlə əlaqədar “İşəgötürənlərin məlumatlandırılması” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən 30 idarə, müəssisə və təşkilatın nümayəndələri, rayon icra hakimiyyəti aparatının, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin və medianın nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Tərtər rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev açıb və müzakirə edilən mövzu barədə iştirakçılara məlumat verib.
Sonra mərkəzin işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun müdiri Tağı Məmmədov “İşsizlikdən sığorta haqqında” Qanunun maddələri, əsas anlayışları, işsizlikdən sığortanın prinsipləri, hüquq və vəzifələri, sığorta haqqının hesablanması barədə danışıb. Daha ətraflı »
-
18MayXəbərlər İŞƏGÖTÜRƏNLƏRİN MƏLUMATLANDIRILMASI üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
18MayXəbərlər ŞUŞANIN İŞĞALI GÜNÜ YAD EDİLDİ üçün şərhlər bağlıdır
Tarix-diyarşünaslıq muzeyində “Şuşasız şuşalılar” adlı tədbir keçirilib. Tədbirdə yeni qəsəbədə yerləşən məktəbin müəllim və şagird kollektivi, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açaraq məruzə edib.
Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Qarabağ savaşının döyüşçüsü Əkbər Mirzəzadə, muzeyin işçisi Aybəniz Şahbazi, Umudlu folklor evinin direktoru Könül Niftalıyeva çıxış ediblər.
Sonda iştirakçılar muzeyi ziyarət edib və xatirə şəkli çəkdiriblər.Teqlər: Xəbərlər
-
08MayXəbərlər “AÇIQ ƏYLƏNCƏLİ FUTBOL MƏKTƏBİ” LAYİHƏSİ üçün şərhlər bağlıdır
Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində təşkil olunan “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbirində 170 uşaq və yeniyetmə iştirak edib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Sahib Alıyev və İlham Məmmədov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni iştirak ediblər.
Laçın rayonunun Qorçu kənd tam orta məktəbinin idman müəllimi Babək Orucov, Şıxarx 2 saylı tam orta məktəbin şagirdi Murad Budaqov və Laçın rayonunun Çaylı kənd tam orta məktəbin şagirdi Hikmət Əliyev çıxış ediblər.
Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub. Sonra xüsusi idman forması geymiş uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
08MayXəbərlər Redaksiyamızın qonaqları üçün şərhlər bağlıdır
QƏZETİMİZİN 8-ci REDAKTORU İLƏ YENİDƏN GÖRÜŞ
1934-cü ildən çap olunan Tərtər rayon qəzetinin indiyədək 11 redaktoru olub. Zöhrab Məmmədov 8-ci redaktor idi. O, 1972-ci ildən 1974-cü ilədək o zaman “Qızıl bayraq” adlanan qəzetimizə redaktorluq edib.
Rayon qəzetinin 84 illiyi ərəfəsində Zöhrab Məmmədov redaksiyamızın qonağı olub, kollektivlə görüşüb, keçmiş təəssüratlarını danışıb və gənclərə öz tövsiyələrini verib.
Zöhrab müəllim həmçinin qəzetin baş redaktorunun müavini Svetlana Bağırovanı əmək fəaliyyətinin 50 illiyi və “Ömrün mətbuatda keçən 50 ili” kitabının çapdan çıxması münasibətilə təbrik edib. Redaksiyada keçən səmimi görüşdə Zöhrab Məmmədovla birlikdə qəzetimizin keçmiş əməkdaşı, hazırda rayon icra hakimiyyəti aparatının məsul işçisi Svetlana Əzizova iştirak edib.
Maraqlı görüşə görə qəzetimizin indiki baş redaktoru Tofiq Yusif 8-ci redaktor Zöhrab Məmmədova öz adından, Svetlana Bağırovanın və kollektivin adından dərin təşəkkür edib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
08MayXəbərlər HÖRMƏTLİ ZİYALI REDAKSİYAMIZDA üçün şərhlər bağlıdır
Qəzetimizin yaxın dostları arasında məsul vəzifələrdə işləmiş, həmçinin rayonumuzdakı elektromexanika zavodunun uzun müddət direktoru olmuş, hörmətli ziyalı, rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü Rauf Həsənzadə də vardır.
Bu günlərdə Rauf müəllim redaksiyamızın qonağı olub.
O, qəzetin kollektivini rayon qəzetinin ilk sayının çapdan çıxmasının 84-cü ildönümü, baş redaktorun müavini Svetlana Bağırovanı isə əmək fəaliyyətinin 50 illiyi münasibəti ilə təbrik edib və maraqlı xatirələrini danışıb, Svetlana xanımın yaradıcılığından bəhs edib, onun “Payız yarpağı” adlı etüdünün insanlarda necə dərin təəssürat yaratdığını söyləyib.
İşıqlı ziyalı, zəngin biliyə və həyat təcrübəsinə malik Rauf Həsənzadə onun şəxsi arxivində saxlanılan qəzetimizin keçmiş nüsxələrini, müxtəlif fotoşəkilləri və digər hədiyyələri təqdim edib. Svetlana xanıma isə ayrıca təbriknamə və maraqlı bir təbiət tablosu bağışlayıb.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
08MayXəbərlər NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLİB üçün şərhlər bağlıdır
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.
Monitorinq insidentsiz başa çatıb.Teqlər: Xəbərlər
-
08MayXəbərlər 2018-ci il “Xalq Cümhuriyyəti İli”dir üçün şərhlər bağlıdır
HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ
Rayonumuzdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Mərasim iştirakçıları öncə Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə bahar gülləri düzüb, Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olublar. Sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş sərgiyə baxılıb.
Mərkəzin direktoru Səlimə Yusibova heç zaman unudulmayan tariximizin şanlı səhifələrinə həsr olunmuş məruzə söyləyib.
Şəhər 1 saylı tam orta məktəbin müəllimi Elçin Məhərrəmov, Hacıqərvənd kənd tam orta məktəbin müəllimi Bəxtiyar Səmədov, Mamırlı kənd tam orta məktəbin müəllimi Səbuhi Kərimov və şəhər 6 saylı tam orta məktəbin müəllimi Xalidə Quliyeva cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikasının fəaliyyətindən danışıblar.
Sonda Sarıcalı kənd tam orta məktəbi şagirdlərinin ifasında kompozisiya nümayiş etdirilib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
08MayXəbərlər TARİX-DİYARŞÜNASLIQ MUZEYİNDƏ üçün şərhlər bağlıdır
Tərtər Tarix-Diyarşünaslıq muzeyində Xalq Cümhuriyyətinin yubileyinə həsr olunmuş tədbir keçirildi. Mərasimi açan muzeyin direktor əvəzi Aybəniz Məmmədova bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması xalqımızın keçmişinə olan böyük ehtiramın nümunəsidir.
Muzeyin elmi işçisi Xuraman Məmmədova öz məruzəsində tariximizin şanlı səhifələrini bir daha vərəqlədi.
Rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü Rauf Həsənzadə, şəhər 6 saylı tam orta məktəbin müəllimi Xalidə Quliyeva, Mamırlı kənd tam orta məktəbin müəllimi Səbuhi Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova öz maraqlı çıxışları ilə Vətən fədailərinin əziz xatirələrini bir daha yad etdilər. Səbuhi Kərimov özünün hazırladığı “Azərbaycan Xalq Cümhuriyyəti–100” albomunu muzeyə bağışladı.
Sonda şəhər 5 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda kompozisiya ilə çıxış etdilər.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
27AprXəbərlər “ŞƏHADƏT” SƏNƏDLİ FİLMİ NÜMAYİŞ ETDİRİLİB üçün şərhlər bağlıdır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Qazyan kənd tam orta məktəbində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Tərtər RİH başçısı Aparatının İctimaisiyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umudov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imam cüməsi Sadiq Cəfərov, Tərtər rayon Qazyan kənd tam orta məktəbinin direktoru Rəfail Abbasov, pedaqoji işçilər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər RİH nümayəndəsi Elvin Umudov tədbirin əhəmiyyətindən danışıb.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov radikal dini cərəyanların fəaliyyətindən və onlara qarşı mübarizənin başlıca üsullarından danışıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
27AprXəbərlər YAŞILLIQ TƏRTƏRİ GÖZƏLLƏŞDİRİR üçün şərhlər bağlıdır
Mənfur qonşularımız olan ermənilərlə 48 kilometr təmas xəttində qərar tutan Tərtərimizdə quruculuq, abadlıq işləri ilə yanaşı yaşıllaşdırma işləri də daim diqqət mərkəzində saxlanılır. Salınan yaşıllıqlara qayğı ilə qulluq edildiyindən, həmin sahələr sanki sıx meşəliyi xatırladır.
Yaşıllıqların bolluğu təmiz hava, sağlam həyat tərzi deməkdir. Onsuz da gözəl iqlim şəraitinə malik və Murovdağın ətəyində yerləşən rayonumuzu bu yaşıllıqlar daha da yaraşıqlı göstərir.
Rayonda ekoloji tarazlığın qorunması məqsədilə cari ilin ilk üç ayında Bərdə, Ağdam və Gəncə istiqamətlərində asfalt yolun kənarlarında, rayonun yaşayış məntəqələrində və meşə zolaqlarında 9 minə yaxın müxtəlif növ ağaclar, 1500 ədəd gül kolları və 500 min ədəd həmişəyaşıl kolları əkilmişdir. İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Hərəyə bir ağac əkək!” aksiyası Tərtər rayonunda bu gün də öz aktuallığını saxlayır. Ona görə də rayon mərkəzində və kəndlərdə yaşıllaşdırma işləri prioritet bir vəzifə kimi qarşıya qoyulur və bu sahə həmişə həm rayon rəhbərliyinin, həm də vətəndaşların diqqət mərkəzində saxlanılır.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar