Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Sen
    Xəbərlər ŞƏHİD AİLƏSİNƏ QAYĞI üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sumqayıt Şəhər İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər ilə birlikdə Vətən müharibəsinin şəhidi Verdiyev İsax Ədalət oğlunun Sumqayıt Şəhidlər xiyaba-nındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
    Sonra şəhidin ailəsinin yaşadığı mənzilə gələrək onlarla səmimi söhbət edib, qayğıları ilə maraqlanıb. Rayon icra hakimiyyəti tərə-findən ailəyə maddi yardım olunub.
    Vətən müharibəsi şəhidi Verdiyev İsax Ədalət oğlu 21 sentyabr 1997-ci ildə Tərtər şəhərində anadan olub. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində fəal iştirak edib. O, oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 7 oktyabr 2020-ci ildə yaşadığı Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Daha ətraflı »

  • 10Sen
    Xəbərlər ŞƏHİDLƏRİN MƏZARI ZİYARƏT OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər ilə birlikdə Bakı şəhərində “Şəhidlər Xiyabanına” gedərək Tərtər rayonundan olan şəhidlər Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun və Evaris Paşayevin, ikinci Fəxri Xiyabanda isə Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, polkovnik Şükür Həmidovun, Sumqayıt Şəhidlər Xiyabanında polkovnik-leytenant Raqif Orucovun məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub, xatirələri böyük ehtiramla yad edilib.

  • 10Sen
    Xəbərlər İCRA BAŞÇISI ŞƏHİD AİLƏLƏRİNİ QƏBUL ETDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Hüsənli kəndindən olan şəhid Mehralı Əliyevin və Qaradağlı kəndindən olan şəhid Sərdar Ələkbərovun ailə üzvlərini qəbul edib, onların problemləri, qayğıları ilə maraqlanıb və müraciətlərini dinləyib. Hüsənli kənd sakini, şəhid övladı Elman Qənimətli ev növbəsi, şəhid oğlu Qaradağlı kənd sakini Ruslan Ələkbərov isə məşğulluq problemi ilə bağlı müraciət ediblər.
    Qənimətli Elman Mehralı oğluna anası Həsənova Raziyyə Həbib qızının ev növbəsinə götürülməsi ilə bağlı məlumat verilib, Ruslan Ələkbərovun məşğulluq probleminin həll olunması Məşğulluq Mərkəzinə tövsiyə edilib.
    Rayon rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın Milli Ordusunun qazandığı qələbədən, torpaqlarımızın işğaldan azad olunmasından, dövlət səviyyəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açıb, Daha ətraflı »

  • 10Sen
    Xəbərlər MEDAL TƏQDİM EDİLDİ üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Köçərli kənd sakini, ll qrup Vətən müharibəsi qazisi Hacıyev Ruslan Rafiq oğlu Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 2374 nömrəli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
    Bu münasibət ilə qazi rayon icra hakimiyyətinə dəvət olunub. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəis müavini Ramil Qarayevlə birlikdə qazini qəbul edib.
    Rayon rəhbəri Ruslan Hacıyevi Ali Baş Komandan tərəfindən Vətən müharibəsində göstərdiyi “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması münasibəti ilə təbrik edərək, medalı sahibinə təqdim edib.
    Qazi qazilərə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

     

  • 10Sen
    Xəbərlər HESABAT KONFRANSI üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib. Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü müdrik və milli maraqlara söykənən siyasət müstəqil Azərbaycanımızın daha da çiçəklənməsinə, regionların yeniləşməsinə, əhalinin rifah halının yüksəlməsinə yol açıb. Həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Azərbaycanı dünyanın ən qüdrətli dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən yaxın tərəfdaş qismində qəbul olunmasını şərtləndirib. Daha ətraflı »

  • 30Avq
    Xəbərlər Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

                           HACIZADƏ CEYHUN İFRAYİL OĞLUNUN 29 YAŞI TAMAM OLDU

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər şəhidin məzarını ziyarət etdilər. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlandılar.
    Hacızadə Ceyhun İfrayıl oğlu 16 avqust 1992-ci ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 44 günlük Vətən müharibəsində iştirak edib və 2020-ci il oktyabrın 7-də Suqovuşan istiqmətində qəhrəmancasına şəhid olub.
    Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

     

  • 30Avq
    Xəbərlər ŞƏMİLOV AZƏR ELYAS OĞLUNUN DOĞUM GÜNÜ üçün şərhlər bağlıdır

    Şəhid Azər Elyas oğlu Şəmilovun doğum günü münasibəti ilə Tərtər və Bərdə Rayon İcra Hakimiyyətlərinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər.
    Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Alışarlı kəndində anadan olub.
    1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edib.
    Azər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı şəhid olub. Bərdə rayo-nunun Kələntərli kəndində dəfn edilib.
    Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

  • 30Avq
    Xəbərlər QASIMZADƏ AZƏR YAQUB OĞLUNUN ÖVLADI YUSİFİN AD GÜNÜ üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Yenikənd kəndindən olan, 44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan şəhidimiz Qasımzadə Azər Yaqub oğlunun övladı Yusifin 6 yaşı tamam oldu.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri, şəhid anası Maya Quluyeva, qazilər şəhidin ailəsinin yaşadığı evdə olublar. 6 yaşının tamam olması münasibəti ilə Yusifi təbrik etdib, xoş arzularını çatdırıblar, ailəsinə, vətəninə layiqli övlad olmasını arzulayıb, hədiyyələr bağışlayıblar.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və qonaqlara öz minnətdarlıqlarını bildiriblər.

  • 30Avq
    Xəbərlər MƏMMƏDOV ELMAN BƏHMƏN OĞLUNUN AD GÜNÜ üçün şərhlər bağlıdır

    Bu münasibətlə ictimaiyyət nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
    Məmmədov Elman Bəhmən oğlu 17 avqust 1991-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Elman Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alıxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
    Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

  • 20Avq
    Xəbərlər ŞƏHİDİN MƏZARI VƏ AİLƏSİ ZİYARƏT OLUNDU üçün şərhlər bağlıdır

    Şəhidimiz Əlizadə Elşən Faiq oğlunun cənnətdəki ilk doğum günü münasibətlə Tərtər Ra-yon İcra Hakimiyyəti, SHXÇDX-nin Tərtər rayon şöbəsi, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
    Əlizadə Elşən Faiq oğlu 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-dən ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib və qəhrəmancasına şəhid olub. 16 oktyabr 2020-ci ildə doğulduğu İsmayılbəyli kənd qəbristanlığında dəfn edilib.
    Ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.