Rayonumuzda pandemiya şəraitinin tələblərinə uyğun olaraq “Qarabağ sahibkarlarına maarifçilik dəstəyi: Tərtərlə başlanan yol” mövzusunda “Dəyirmi masa” keçirilib. Tədbir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə reallaşdırılıb.
Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyublar. Daha ətraflı »
-
29OktXəbərlər MAARİFLƏNDİRİCİ TƏDBİR üçün şərhlər bağlıdır
-
29OktXəbərlər SEMİNAR KEÇİRİLİB üçün şərhlər bağlıdır
Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası ilə bağlı tarla seminarı keçirilib
Tərtər rayonunun Şıxarx qəsəbəsində Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda tarla seminarı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib.
Tədbir iştirakçıları sonra Şəhidlər abidə kompleksi qarşısına tər çiçəklər düzüb, respublikamızın ərazi bütövlüyü uğrunda Daha ətraflı » -
08OktXəbərlər MEDİA NÜMAYƏNDƏLƏRİ RAYONUMUZDA üçün şərhlər bağlıdır
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) dəvəti ilə ölkəmizdə səfərdə olan İstanbul Medya qrupun başqanı Ali Rıza Yıldızın rəhbərlik etdiyi nümayəndə heyyəti Tərtər rayonunda səfərdə olub.
Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə Milli Məclisin deputatı Sahib Alıyev və İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli də iştirak edib.
Rayon rəhbəri 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyan və onun aradan qaldırılması istiqamətində görülmüş işlər barədə qonaqlara məlumat verib.
Sonra qonaqlar 44 günlük Vətən müharibəsində Tərtər rayonuna dəymiş ziyanı əyani əks etdirən fotoşəkil və stendlərlə tanış olub, rayon rəhbəri ilə birlikdə Daha ətraflı » -
08OktXəbərlər BMTİP-in REZİDENT NÜMAYƏNDƏSİ TƏRTƏRƏ SƏFƏR EDİB üçün şərhlər bağlıdır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə Tərtərdə istifadəyə verilmiş İcma Resurs mərkəzinin fəaliyyəti ilə tanış olmaq üçün Tərtərə səfər ediblər.
Qonaqları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. O qeyd edib ki, Qələbə sevincini yaşayan Azərbaycanda tamamilə fərqli bir ab-hava var. Bu müddət ərzində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsasən öz ədalətli və haqlı mövqeyini ortaya qoydu. 44 gün ərzində ərazilərini işğaldan azad edərək şanlı zəfər tarixini yazdı.
Daha sonra icra başçısı qonaqlara Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri və Tərtər rayonuna da müharibənin törətdiyi Daha ətraflı » -
08OktXəbərlər AĞACƏKMƏ AKSİYASI üçün şərhlər bağlıdır
Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə yeni salınmış “Vətən bağı-Şəhidlər” parkında ağacəkmə aksiyası keçirilib.
İcra başcısı Müstəqim Məmmədov ağacəkmə aksiyasında iştirak edən şəhid ailələri ilə söhbət apararaq, onların qayğıları ilə maraqlanıb.
Aksiya çərçivəsində yeni salınmış parkda 3000 ədəd müxtəlif növ meyvə ağacı, 750 ədəd Eldar şamı və 200 ədəd sərv ağacı əkilib. -
08OktXəbərlər MÜBARİZ İBRAHİMOV KÜÇƏSİNİN TƏMİRDƏN SONRA AÇILIŞI OLUB üçün şərhlər bağlıdır
Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Tərtər rayonunda qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən küçədə əsaslı təmir işlərindən sonra baralyefinin açılışı olub.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Mübariz İbrahimovun qəhrəmanlığı haqqında ətraflı danışıb.
Ölkə başçısının müvafiq sərəncamı ilə ölümündən sonra Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Sonra şəhidin adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb.
Tədbir iştirakçıları barelyefin önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Tədbir şəhidin adını daşıyan küçədə ağacəkmə aksiyası ilə davam edib. Aksiya çərçivəsində küçəyə 235 ədəd Eldar şamı və 50 min ədəd təkgöz kolu əkilib. -
08OktXəbərlər ŞƏHİDLƏRİN İL MƏRASİMLƏRİ KEÇİRİLİB üçün şərhlər bağlıdır
44 gün davam edən Vətən müharibəsi müddətində Tərtərlilərdən də şəhidlik zirvəsinə ucalanlar az olmamışdı. Onların arasında həm hərbi, həm də mülki şəhidlər olmuşdu.
Bu günlərdə rayonumuzun hərbi şəhidlərindən Məhərzadə Taleh Oqtay oğlunun, Hacıyev Qubad Cəmil oğlunun, Aslanov Xəyal Qüdrət oğlunun, Əliyev Elməddin İlqar oğlunun, Əzizov Ayşad Qaryağdı oğlunun, Hüseynov Eşqin Cəsarət oğlunun və mülki şəhidər Əliyev Mehman Sovet oğlunun, Abbasov Xaliq Asif oğlunun, Abbasov Elşən Asif oğlunun il mərasimləri keçirilmişdir.
Mərasimlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. -
08OktXəbərlər ŞƏHİD BULAQLARININ AÇILIŞI üçün şərhlər bağlıdır
Rayonumuzun Qazyan kəndində Şəhid Hacıyev Rüstəm Firqani oğlunun, Qaradağlı kəndində Şəhid Hüseynov Aslan Malik oğlunun və Tərtər şəhərində Aslanov Xəyal Qüdrət oğlunun adlarına tikilmiş Şəhid bulaqlarının açılışları olub.
Açılışlarda Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, Milli Məclisin deputatı Sahib Alıyevin köməkçisi, İctimai Birliklərin nümayəndələri, qazilər, müharibə veteranları iştirak ediblər.
Şəhidlərin ailə üzvləri onların övladlarının xatirələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. -
08OktXəbərlər PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır
Tərtərdə prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirmiş, prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Daha ətraflı » -
30SenXəbərlər TÜRKİYƏNİN BAŞ KONSULU TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Səfər çərçivəsində qonaq Tərtər rayon İcra Hakimiyyətinin İnzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri konsula rayon haqqında məlumat verməzdən öncə Ulu Öndərin “Azərbaycan ilə Türkiyənin bir millət, iki dövlət olması” fikrini dilə gətirdi.
Sonra rayon rəhbəri bildirdi ki, müharibənin vurduğu ciddi ziyanlara baxmayaraq Tərtər rayonu günü-gündən böyüyür, gözəlləşir, rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir. Yaşıllıq zolaqları salınır, yollar çəkilir.
Sonra konsul hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışdı. Səmimi qəbula və ətraflı məlumata görə öz minnətdarlığını ifadə etdi.
Baş Konsul Tərtər rayon Tarix-diyarşünaslıq müzeyinə baş çəkib. İcra başçısı muzeydə Nuru Paşanın 1918-ci ildə Tərtərə gəlməsindən və onun burda təmtəraqla qarşılanmasından, sonra Tərtər rayonunda yerləşən 24 tarixi abidənin 1-i olan dünya əhəmiyyətli Bor-sunlu kurqanlarından danı-şıb. Görüş səmimi və yaddaqalan keçib. Daha ətraflı »
Yeni ismarıclar