İlin birinci rübünün yekunları uğurludur
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan şura iclasında rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, Suvarma sistemləri, Tərtərçay Hidroqovşağı İstismarı, rayon Statistika, Gənclər və İdman İdarələrinin, rayon Təhsil şöbəsinin, Mədəniyyət mərkəzinin nümayəndələri və Mərkəzi xəstəxananın Publik hüquqi şəxsi-direktoru iştirak ediblər.
Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Azər-baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixdə keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə ölkə rəhbərinin nitqindən irəli gələn vəzifələr barədə” məruzə etmişdir.
İcra başçısı bildirib ki, ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli, tikinti-quruculuq və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
Rayon rəhbəri 2022-ci ilin 3 ayı ərzində ümumi məhsul buraxılışının həcminin rayonumuzda 45.1 milyon manat olduğunu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.1 faiz artdığını qeyd edib.
Hesabat dövründə kənd təsərrüfatı istehsalı 0.7 faiz artaraq 9.1 milyon manat, sənaye istehsalı 12 faiz arta-raq 4 milyon 198.2 min manat, nəqliyyat xidmətlərinin həcmi 26.1 faiz artaraq 509 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 5.6 faiz artaraq 215.7 min manat, pərakəndə ticarət dövriyyəsinin həcmi 0.4 faiz artaraq 50 milyon 845.2 min manat, əhaliyə göstərilən ödənişli xidmətlər 2.8 faiz artaraq 5 milyon 535.4 min manat, ictimai iaşə xidmətləri 3.8 faiz artaraq 412.5 min manat olmuşdur. Daha ətraflı »


Tərtər rayon icra hakimiyyəti başçısı yanında korrupsiyaya qarşı mübarizə ilə bağlı şura iclası keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Vətən Müharibəsi şəhidi Elnur Abbasovun atası Yaşar Abbasovu xəstəliyi ilə əlaqədar əməliyyat olunub evinə döndükdən sonra ziyarət edib, səhhəti və qayğıları ilə maraqlanıb, Ramazan Bayramı münasibəti ilə ailəyə bayram sovqatı aparıblar.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Mamırlı kəndində səyyar qəbul- görüşü keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Mamırlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Mamırlı kəndindən olan Vətən müharibəsi şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıblar.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
Tərtər Rayon Mədəniyyət Mərkəzində Prezident İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Tərtər rayon Uşaq musiqi məktəbi tərəfindən hazırlanmış yubiley tədbiri keçirilib.
Bu gün narkomaniya müharibələr, pandemiya ilə yanaşı, insanları, xüsusən gəncləri ölümə aparan ən dəhşətli bəlalardan biridir. Buna görə də ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə həyata keçirilir. Bu məqsədlə qanunvericilik bazası təkmilləşdirilir.
Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günü ilə bağlı tədbir keçirilib.
Yeni ismarıclar