Tərtərdə 22 noyabr- Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri və YAP rayon Təşkilatının sədri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb. Bu tarixi günün ulu öndər Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti bu gün möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub. Daha ətraflı »


Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr–Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Bala Kəngərli kəndində keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 80 şagird yerlik Bala Kəngərli ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Ağacəkmə aksiyası Tərtər rayonunun Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən Bağı”nda keçirilib.
Sarıcalı kənd tam orta məktəbində Zəfər Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Azərbaycanın himni səsləndirildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Vəsilə Mehdiyeva Azərbaycan Ordusunun Şanlı Zəfərindən, əsgər və zabitlərimizin misilsiz hünərindən, Ali Baş Komandanın “dəmir yumruq”lu bir sərkərdə olmasından danış-dı və nəticədə tariximizin unu-dulmaz gününün əldə olunma-sını söylədi.
Noyabrın 20-də xalqımız qürur hissi ilə Ağdamın işğaldan azad olunduğu günü qeyd edir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qapanlı kəndində keçirilib.
Noyabrın 15-də Tərtər rayon Seydimli kənd tam orta məktəbinin 10-cu və 11-ci sinif şagirdləri arasında “Narkomaniya-Əsrin bəlası” və “Erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında rayon rəhbəri Müstəqim Məmmədovun sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib.
Yeni ismarıclar