
Axşam saatlarında Tərtər rayonuna yağan aramsız yağış daşqınlara səbəb olub.
Güclü yağışla əlaqədar yaranan sel nəticəsində rayonunun Dəmirçilər, Ağkənd və Çaylı kəndlərində fərdi təsərrüfatlara, taxıl, arpa, yonca, meyvə bağlarına və digər kənd təsərrüfatı təyinatlı bitkilərə ziyan dəymişdir.
Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon fövqəladə hallar komissiyası tərəfindən təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılmış, ötürücü su arxları təmizlənərək, kəndlərə daxil olan sel sularının qarşısının alınması işləri aparılır.
Həmçinin rayonun Həsənqaya, Çaylı, Qaynaq, Yuxarı Qaradağlı, Qaraağacı, Qapanlı, Düyərli, İrəvanlı, İsmayılbəyli, Səhlabad, Yuxarı Qapanlı, Qazyan, Soyulan və Əskipara kəndlərinə yağan güclü dolu nəticəsində vətəndaşlara məxsus təsərrüfatlara və əkin sahələrinə də ziyan dəymişdir.
Mövcud vəziyyətlə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti idarə, təşkilat rəhbərləri ilə birgə sel hadisəsi baş verən Dəmirçilər və Ağkənd kəndlərində olmuş, fəsadın aradan qaldırılması ilə bağlı təcili tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələrini vermişdir.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Prezident İlham Əliyevin hər bir sözünün arxasında konkret, real işlər dayanır. Torpaqlarımız işğaldan azad ediləndən sonra onun xalqa verdiyi növbəti vədi bu yerlərə tezliklə Böyük Qayıdışın başlanması olmuşdu. İndi budur, erməni vandallarının viran qoyduqları doğma yurdlara qayıdış başlayıb. Bu torpaqlarda irimiqyaslı layihələr həyata keçirilir, evlər tikilir, vətəndaşlarımızın rahat yaşaması üçün infrastruktur yaradılır. Belə yaşayış məntəqələrindən biri də rayonumuzun Talış kəndidir.
Tərtər rayonunun Həsənqaya kəndində sakinlər arasında mina təhlükəsizliyinə dair növbəti maarifləndirmə tədbiri keçirilib.
Bakı Dövlət Universiteti (BDU) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Tərtər şəhər 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərinə kompüterlər hədiyyə edilib.
Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi, professor-müəllim heyəti Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Tərtər şəhər 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərin şagirdləri ilə görüşüb.
Bu il rayonda 2439,7 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
Aprelin 1-də Tərtər Rayon İcra Hakimiyyətində Tərtər rayonu ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və suvarma suyunun əkin sahələrinə verilməsinə nəzarəti gücləndirmək məqsədilə yaradılmış rayon qərargahının növbəti tədbiri keçirilib.
Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən növbəti iməcilik keçirilib.
Tərtərlilər 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə kompleksini ziyarət edib, Ümummilli Liderin, soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Yeni ismarıclar