Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbay-cançılıq məfkurəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbir iştirakçıları əvvəlcə mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Sonra “dəyirmi masa” ətrafına toplanıblar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023 -cü ilin “Heydər Əliyev İli” elan olunması, bununla baglı “Tədbirlər Planı”nın təsdiq olunması və respublikamızda Ulu Öndərin 100 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilməsi barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev daima azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir.
Qeyd olunub ki, azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Daha ətraflı »
-
17MarXəbərlər “Heydər Əliyev və Azərbaycan məfkurəsi” mövzusunda dəyirmi masa üçün şərhlər bağlıdır
-
17MarXəbərlər “Xəmsə” milli intellektual oyunu üzrə rayon turniri üçün şərhlər bağlıdır
Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin “Heydər Əliyev İli” münasibətilə təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Tərtər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun 16 pilot məktəbinin şagirdləri arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon turniri keçirilib.
Əvvəlcə turnirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirdə Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək bildiriblər ki, “Heydər Əliyev İli” çərçivəsində rayonumuzda keçirilən tədbirlər Heydər Əliyev şəxsiyyətinin dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun daha dərindən tədqiq olunması, onun ideyasiyasi xəttinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının yeni nəslə aşılanması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsi, bütövlükdə müasir Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu münasibətlə də rayonumuzda müxtəlif səpkili tədbirlər həyata keçirilir.
Yarışda l yeri Umudlu kənd tam orta məktəbin “Volunteers” (3801 xal) , ll yeri Səhlabad kənd tam orta məktəbin “Zəfər” (1199 xal), lll yeri şəhər 2 saylı məktəb-liseyin “Gənclər” (550 xal) və Seydimli kənd tam orta məktəbin “Fatehlər” komandaları (550 xal) tutaraq Tərtər rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif edilib. -
17MarXəbərlər “Fiqan” adlı kitabın təqdimatı olub üçün şərhlər bağlıdır
Xoruzli kənd tam orta məktəbində məktəbin məzunu, hal-hazırda Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 17 yaşlı gənc yazar Əfqan Məmmədovun “Fiqan” adlı kitabının təqdimatı keçirilib.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti yanında İc-timai Şuranın üzvləri – Svetlana Bağırova, Orxan Mustafazadə, Xoruzlu kənd İƏD üzrə nümayəndə Elçin Qasımov, məktəbin direktoru Elşən Səfərov, müəllimlər, şəhid valideynləri və qazilər, kənd sakinləri iştirak ediblər.
Kitab haqqında məlumat verən Orxan Mustafazadə bildirib ki, Əfqan Məmmədovun “Fiqan” kitabında qələmə aldığı hadisələr insanı düşündürür. Gənc yazarın kitaba maraq göstərməsi, həm keçmişin, həm də bugünümüzün reallıqlarına müraciət etməsi təqdirəlayiqdir.
Sonra şəhid valideynləri Əhliman Hüseynov, Avaz İsmayılova, I Qarabağ müharibəsi qazisi Ayaz Məmmədov, icra nümayəndəsi Elçin Qasımov, məktəbin direktoru Elşən Səfərov, müəllimlər və başqaları çıxış edərək, gənc müəllifə qədəm qoyduğu çətin və şərəfli yolda uğurlar arzulayıblar. Qeyd olunub ki, hər hansı bir əsəri ərsəyə gətirib, onu oxucuların ixtiyarına vermək böyük məsuliyyət, zəhmətsevərlik və inadkarlıq tələb edir. Əfqan bu işin öhdəsindən gələ bilib. Əlbəttə, gələcəkdə o, öz üzərində daha çox işləməli və daim öyrənməlidir.
Tədbir müəllifin iştirakçılara kitab təqdim etməsilə yekunlaşıb.“Yeni Tərtər”
-
10MarXəbərlər Tərtərlilər ağacəkmə aksiyalarına həvəslə qoşulublar üçün şərhlər bağlıdır
Çıxışlarının birində Ulu Öndər Heydər Əliyev deyib: “İnsan qurmalıdır, yaratmalıdır… hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız…”
Ümumiyyətlə, ekoloji siyasət Ümummilli Liderin çoxcəhətli fəaliyyətinin mühüm tərkib hissəsidir. Hazırda bu siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Ulu Öndərin tövsiyələrinə və dövlət başçısının tapşırıqlarına həvəslə əməl edən tərtərlilər son illərdə şəhərimizin prospekt və küçələrində, parklarda magistral və kənd yollarında minlərlə yeni ağac əkmiş, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Şıxarx qəsəbəsində “Vətən bağı” salmışlar.
Bu iş elliklə görülür. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və aparatın əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, İƏD üzrə nümayəndələr, şəhər sakinləri ağacəkmə işlərində yaxından iştirak edirlər.
“Heydər Əliyev ili” çərçivəsində növbəti ağacəkmə aksiyası zamanı şəhərin Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə, Şıxəli Qurbanov, Mahir Əsədov küçələrində və Sabir parkında 700 ədəd eldar şamı, 1000 ədəd qızılgül və 100 min ədəd həmişəyaşıl təkgöz kolu əkilib.
Rayonun kənd yaşayış məntəqələrində də ağacəkmə aksiyalarına start verilib.
Paralel olaraq mövcud yaşıllıqlara qulluq işləri həyata keçirilir.“YENİ TƏRTƏR”
-
10MarXəbərlər Şəhid ailələri və qazilər üçün tibbi müayinə keçirilib üçün şərhlər bağlıdır
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqrımı ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, TƏBİB-in, Tərtər Rayon İcra Hakimiyyətinin, “Servier” dərman şirkətinin dəstəyi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Tərtər, Bərdə, Ağdam rayonlarından olan şəhid ailələrinə və qazilərə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim mütəxəssisləri tərəfindən kardioloji, endokrinoloji və nevroloji xidmətlər göstərilib.
Aksiya çərçivəsində Tərtər, Bərdə, Ağdam rayonlarından olan 200-dən artıq şəhid ailəsi, qazi və müharibə iştirakçısı tibbi müayinədən keçirilib, onlara müvafiq təyinatlar verilib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Rayon Mərkəzi Xəstəxanasında olub, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Gülnaz Dadaşova, kardioloq həkimlər Təranə Cabbarova, Mədinə Əzimova, Təvəkkül Yusifov, Rafiq Yusifli, Lətafət Eyvazova, Elmira Həsənova, Aytən Quliyeva, nevropatoloqlar Sürəyya Qasımova, Fatma Osmanova, Fəridə Yaqubova, EXOKQ həkimləri Nigar Qabiyeva, Fidan Əzizova, Şahzadə Abdullayeva və müayinəyə gələn şəhid ailələri, qazilərlə görüşüb. Onlarla səmimi söhbət zamanı icra başçısı müstəqil Azərbaycanımızın suverenliyi və ərazi bütövlüyü uğrunda həyatlarından keçmiş şəhidlərin ailələrinə, sağlamlıqlarını itirmiş qazilərə, müharibə veteranlarına mütəmadi surətdə dövlət tərəfindən, Daha ətraflı » -
10MarXəbərlər Narkomaniya və erkən nikahla bağlı maarifləndirici tədbirlər davam edir üçün şərhlər bağlıdır
“Ağ ölüm” sərhəd tanımır
Növbəti tədbir Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbində keçirilib. Tədbirdə rayon polis şöbəsinin rəisi polis polkovniki Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov, Tərtər təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, narkoloq həkim Rima Axundova və “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova iştirak ediblər.
Əvvəlcə qonaqlar məktəbin həyətində Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ehtiramla yad edib, önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, Umudlu məktəbinin kollektivi uzun illər doğma kənddən uzaq düşsə də, burada Umudlunun ənənələri yaşadılır. Bunu şagirdlərin təhsildə qazandıqları uğurlar da sübut edir. Belə ki onlar nəinki rayon miqyasında, həm də respublika səviyyəli müxtəlif müsabiqələrdə, yarışmalarda uğur qazanırlar.
Bununla belə, həyatda heç kim xoşagəlməyən hadisələrdən sığortalanmayıb. Xüsusilə “ağ ölüm” adlanan bəla sərhəd tanımır. Onu yaxın buraxmamaq üçün isə maariflənmək, məlumatlı olmaq lazımdır.
Polis rəisi Elçin Qasımov öz məruzəsində şagirdlərə narkomaniya və onun törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək, onları ayıq-sayıq olmağa çağırdı, rastlaşdıqları mənfi hallarla bağlı polis əməkdaşlarına müraciət etməyi tövsiyə etdi.
Tədbir iştirakçıları digər çıxışçıların da məsləhətlərini diqqətlə dinlədilər. Belə nəticəyə gəlindi ki, “Narkotiklərə yox!” demək üçün birgə mübarizə aparmaq lazımdır. Burada valideynlərin, məktəbin və şagirdlərin özlərinin üzərinə böyük məsuliyyət düşür.
Tədbirdə Rima həkim erkən nikahla bağlı valideyn məsuliyyətinin vacibliyini önə çəkdi. Çünki hər şey ailədən başlayır. Uşaqların taleyi ilə bağlı sonrakı peşimançılıq fayda vermir.
Sonda qonaqlar müzakirə olunan mövzularla bağlı şagirdlərin suallarını cavablandırdılar. Narkomaniyanın zərərli təsirlərinə həsr olunmuş videoçarx nümayiş etdirildi.“Yeni Tərtər”
-
03MarXəbərlər Tərtər rayonunda ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə təbliğat xarakterli materiallar yerləşdirilib üçün şərhlər bağlıdır
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 23 dekabr 2015-ci il tarixdə 1045 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 9.2.1 bəndinə əsasən ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdirmək nəzərdə tutulmuşdur.
Bununla bağlı olaraq Tərtər Rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin könüllüləri rayonun fəal gəncləri ilə birlikdə ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdirib.
-
20FevXəbərlər HEYDƏR ƏLİYEV İLİ–2023 üçün şərhlər bağlıdır
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları peşə bayramlarında Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Rayon icra hakimiyyətinin və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları öz peşə bayramlarında Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Tədbir iştirakçıları öncə mərkəzdə Ümummilli Liderin büstünün önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla anıblar.
Sonra onlar mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisinə baxıblar.
Ziyarətçilər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin həyatının hər bir mərhələsi böyük məktəb, gənclər üçün örnəkdir. Muzeydə toplanmış eksponatlarla tanış olduqca, bu dahi şəxsiyyətin xalqımızın xoşbəxtliyi yolunda əvəzolunmaz fəaliyyəti bir daha gözlərimiz önündə canlanır. -
20FevXəbərlər İlk ağacəkmə aksiyası keçirilib üçün şərhlər bağlıdır
Bu günlərdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində ilk ağacəkmə aksiyası keçirilib. Aksiyadan öncə prospektdə abadlıq işləri aparılıb, telekommunikasiya xətləri qaydaya salınıb, gecə işıqlandırılması lampaları yenisi ilə əvəz olunub.
Tərtərlilər Ümummilli Liderin adını daşıyan prospektdə ilkin olaraq 100 ədəd şam ağacı, eyni zamanda Heydər Əliyev prospektində, Şıxəli Qurbanov küçəsində və Sabir parkında 5 min ədəd həmişəyaşıl təkgöz kolu əkiblər.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ”Heydər Əliyev ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının ekoloji tarazlığın qorunmasında mühüm rol oynadığını, Ulu Öndərin Azərbaycanın – doğma Vətənimizin hər qarışına verdiyi dəyərin unudulmadığını, daim yaşayacağını təbliğ etdiyini bildirib.“Yeni Tərtər”
-
20FevXəbərlər Tərtərlilərin yardımı Gəncə şəhərində yerləşən Türkiyə konsulluğuna təhvil verilib üçün şərhlər bağlıdır
Tərtər rayonundan Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə göndərilən humanitar yardım Gəncə şəhərində yerləşən Türkiyə konsulluğuna təhvil verilib.
Yardımı çatdıran “Vətən Müharibəsi Qəhrəmanı” şəhid, Anar Əliyevin atası Vaqif Əliyev, ”Vətən Müharibəsi Qəhrəmanı” qazi Azər Abdullazadə və “Azərbaycan Bayrağı” ordenli Elnur Salahov, Vətən müharibəsi veteranı Xəyyam Hüseynov konsulluqda qəbul ediliblər. Onlar xatirə kitabına öz ürək sözlərini yazıblar. Azərbaycan xalqının Türkiyə ilə Ulu Öndərin dediyi kimi “bir millət, iki dövlət” olduğunu, həmişə yaxşı gündə də, çətin məqamlarda da Türkiyənin yanında olduqlarını bildiriblər.
Tərtərli nümayəndələr zəlzələdə halak olan türk qardaş və bacılarımıza rəhmət, yaralılara tezliklə öz sağlamlıq-larına qovuşmağı diləyiblər.* * *
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən insanların müvəqqəti yaşaması üçün hər çür şəraiti olan 4 ədəd müasir modul tipli ev birbaşa qardaş Türkiyəyə göndərilib.
Yeni ismarıclar