Suqovuşanın adı çəkiləndə hər birmiz həm sonsuz qürur hissi keçirir, həm də bu torpaq uğrunda qan tökən, şəhid olan oğullarımızı xatırlayırıq. Hər qarışı igidlərimizin qanına boyanan Suqovuşan kəndi 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk ərazilərimizdəndir.
3 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır.
Bu gün Suqovuşana yeni həyat qayıdıb. Öz doğma sakinlərinə qucaq açan kənd yenidən tikilib, abadlaşıb. Burada idman yarışları keçirilir, həmçinin Suqovuşan Su Anbarının suyundan ətraf rayonların kənd təsərrüfatı əkinlərinin suvarılmasında istifadə olunur.

Suqovuşan (işğal dövründə Madagiz) Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində yerləşən kənddir. Etimologiyaya görə Tərtər və Torağayçay çaylarının birləşdiyi ərazi olduğu üçün adı Suqovuşandır.
1943-cü ildə Suqovuşan kəndinə şəhər tipli qəsəbə statusu verilmişdir. 1949-cu ildə qəsəbə ərazisində mebel fabriki, əhəng istehsalı sexi fəaliyyət göstərirdi. 1953-cü ildə orta məktəb açılmışdır. 1970-ci ildə şəhər tipli qəsəbədə 271 nəfər yaşayırdı.
Sözügedən ərazidə Qarı körpüsü deyilən qədim körpü var. Ermənilər isə bu körpüləri Paravi (tərcümədə qoca qarı) adlandırırdılar. Nəzərinizə çatdırım ki, Ağdərə rayonunda 3 Qarı körpüsü mövcud olmuşdur (Cavid Bağırzadə. Ağdərə IV-XIII əsrlərdə. Bakı 2014. 126 s. s.46). Birinci Qarı körpüsü Sərsəng dərəsində indiki su bəndinin qurulduğu yerdə qalıb. Maraqlı burasındadır ki, əsatir və əfsanələrdə varlı qarının öz şəxsi hesabına inşa etdirdiyi və bəndin altında qalmış o körpü elə etibarlı yerdə tikilib ki, 70-ci illərdə bənd tikilərkən məhz Qarı körpüsünün yerində inşa olunması planlaşdırılıb. Çünki həmin hissədə və ərazidə Tərtər çayının sağ və sol sahili sərt qayalardan və gələcəkdə yol çəkilə biləcək əlverişli coğrafi mühitdən ibarətdir. Daha ətraflı »


Tərtər şəhər Rafiq Nuriyev adına 6 nömrəli tam orta məktəbdə Tərtər Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin və Tərtər Təhsil sektorunun təşkilatçılığı ilə peşəyönümü ilə bağlı təlim keçirilib.






Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin və FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsi mövzusunda tədbir keçirilib.
Təsərrüfat işlərinin qızğın çağında suyu ilə pay torpaqlarımızı suvardığımız subartezian quyusu sıradan çıxmışdı. Bu vəziyyət kənd sakinlərini çox narahat edirdi.
Bu gün rayonumuzda nəinki şəhərdə, kəndlərdə də yollar abad və rahatdır. Buna baxmayaraq, diqqətdən kənarda qalan yerlər də var.
Su həyatdır, ancaq Nizami Gəncəvi demiş, artıq olanda o da dərd verir. Şəhər sakinləri Təley arxına suyun gəlməsini nə qədər səbirsizliklə gözləsələr də, yağışlı günlərdə arxda su çoxalanda, yaxınlıqdakı evlərə təhlükə yaranır.
Yeni ismarıclar