Tərtər şəhər Rafiq Nuriyev adına 6 nömrəli tam orta məktəbdə Tərtər Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin və Tərtər Təhsil sektorunun təşkilatçılığı ilə peşəyönümü ilə bağlı təlim keçirilib.
Təlimdə 84 nəfər yuxarı sinif şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin müdiri Ağamoğlan İsma-yılov açaraq, şagirdlərə düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi, işəgötürənlər tərəfindən tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verib.
Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Svetlana Əzizova, Təhsil sektorunun nümayəndəsi Müsaməddin Qurbanov, təlim-tərbiyə işləri üzrə direktor müavini Zülfiyyə Abdullayeva peşə seçimi ilə bağlı şagirdlərə tövsiyələr veriblər. Qeyd olunub ki, texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inki-şafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə məcburiyyət kimi qarşıya qoyur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin karyera məsləhətçisi Pərviz Quluzadə yuxarı sinif şagirdlərinə peşəyönümü ilə bağlı təlim keçib, əmək bazarında mövcud vəziyyətlə bağlı təqdimatlar edilib. Şagirdlərlə müsahibə keçirilib, onların fikirləri dinlənilib, tövsiyələr verilib.