SAKİTLİYİ KOMBAYNLARIN SƏSİ POZUR
Taxılçıların gərgin günləri başlayıb. Ötən ilin payızından üzübəri görülən işlərə yekun vurulur, bərəkətli sünbülləri ilə gözoxşayan qızılı zəmilərin məhsulu biçilir.
Tərtərli fermerlərin də ovqatı yüksəkdir. Ötən illərin təcrübəsindən bacarıqla bəhrələnən taxılçılar elmin qabaqcıl nailiyyətlərini əkin-biçində tətbiq etməklə uğurlarının sayını artırırlar. Ərzaq təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir edən amillərdən biri də torpaqlarımızın işğaldan azad edilməsinin yaratdığı qürur hissidir. Bu torpağı qanı, canı bahasına qoruyan insanlar onun əkilib-becərilməsində də fədakarlıq göstərirlər. Vətənpərvər insanlar torpağın hər qarışının dəyərini bilir, ondan daha çox məhsul götürmək üçün inamla çalışırlar.
2023-cü ilin məhsulu üçün rayon üzrə 5,2 min hektarda buğda, 3,6 min hektarda arpa əkilmişdir. Məhsuldarlıq buğda üzrə 44,3, arpa üzrə 42,5 sentner olmuşdur. Cari təsərrüfat ilində isə taxıl əkin sahələri xeyli genişləndirilib. Belə ki, bu mövsüm 8,8 min hektarda buğda (bunun 4947 hektarı dəmyə, 3850 hektarı suvarılan ərazidə yerləşir), 5,1 hektarda arpa (40 hektar dəmyə, 5092 hektarı suvarılan ərazi) əkilib.
Rayonda 6 toxumçuluq təsərrüfatı var. İlk növbədə illər uzunu nəinki tərtərli fermerləri, həm də qonşu rayonların təsərrüfatlarını məhsuldar toxumlarla təmin edən Bölgə Təcrübə Stansiyasının adı qeyd olunmalıdır. Bundan başqa, Fərman Qurbanovun, Emin Qurbanovun, Fazil Vəliyevin, Mirzə Cümşüdovun təsərrüfatları da toxumçuluq üzrə ixtisaslaşıblar.
Rayonda, əsasən, “Qırmızı gül”, “Murov-1”, “Murov-2”, “Qobustan” buğda, “Qarabağ-33”, “Qarabağ-22” arpa sortları əkilir. Əkin sahələrinin genişləndirilməsi, o cümlədən düşməndən azad edilmiş ərazilərdə taxıl əkilməsi yeni, susuzluğa davamlı növlərin sınaqlardan keçirilməsinə imkan yaradıb. Daha ətraflı »


Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Cəmilli kənd sakini Qasımov Vilayət İsgəndər oğlu müraciət edərək evinin yaxınlığından keçən “Qaramanlı” arxının daşaraq evinə və həyətyanı sahəsinə ziyan vurduğunu bildirərək, su arxının təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişdir.


Ağsaqqallar Şurasının hesabat iclasında Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, aparat rəhbəri Ramin Həsənli, rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvləri, ziyalılar iştirak ediblər.
Tərtərdə Meliorasiya və Su Təsərrüfatı İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əlaqədar qurumlar tərəfindən su ehtiyatlarından səmərəli istifadə ilə bağlı müvafiq işlər görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib.
Tərtər rayon İcra Hakimiyyətinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şıxarx qəsəbəsində yerləşən Klub İcma Mərkəzində şəhər 5 saylı körpələr evi-uşaq bağçası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
“YAŞAT” Fondunun təşkilatçılığı, “Nar”ın dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Hədiyyə Karvanı” layihəsi həyata keçirilib.
Suqovuşanın adı çəkiləndə hər birmiz həm sonsuz qürur hissi keçirir, həm də bu torpaq uğrunda qan tökən, şəhid olan oğullarımızı xatırlayırıq. Hər qarışı igidlərimizin qanına boyanan Suqovuşan kəndi 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk ərazilərimizdəndir. 
Suqovuşan (işğal dövründə Madagiz) Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində yerləşən kənddir. Etimologiyaya görə Tərtər və Torağayçay çaylarının birləşdiyi ərazi olduğu üçün adı Suqovuşandır.
Yeni ismarıclar