Məsələnin kiçikliyindən-böyüklüyündən asılı olmayaraq, vətəndaşları narahat edən və həlli mümkün olan hər bir müraciətə həssaslıqla yanaşılmalıdır. Tərtər rayonunda icra başçısının keçirdiyi səyyar qəbul-görüşlərin əsas məqsədi belədir. Bu görüşlərdə rayon rəhbəri ilə yanaşı idarə və müəssisə, təşkilat rəhbərlərinin iştirakı hər bir müraciəti dərhal araşdırıb operativ tədbir görməyə kömək edir.
Bu günlərdə kəndimizdə keçirilən qəbul-görüş zamanı mən yuxarıda deyilənlərin şahidi oldum.
Belə ki, xeyli vaxt idi ki, evimin yaxınlığında qəzalı vəziyyətdə olan elektrik dirəkləri və naqilləri küləkli havada təhlükə törədirdi. Mənim müraciətim əsasında operativ olaraq 2 elektrik dirəyi dəyişdirildi, yararsız naqillər yenisi ilə əvəz olundu, elektrik naqillərinə toxunan ağaclar isə budanaraq ərazidən təmizləndi.
Xırda məsələlərin vaxtında həlli böyük problemlərin yaranmasının qarşısını alır.
Elbrus Muradov,
Tərtər rayonu, Səhlabad kəndinin sakini



Prezident İlham Əliyev cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə çıxış edib. O bildirib ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib.



Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyevin təşkilatçılığı və dəstəyilə Tərtər rayon Ağsaqqalar Şurası üzvlərinin bir qrupu bu günlərdə işğaldan azad olunmuş Şuşa şəhərinə və Laçın rayonuna səfər ediblər.
Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər şəhəri, Şah İsmayıl Xətai küçəsində suvarma kanallarının ətrafında təmizlik aksiyası keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat kollektivləri, İƏD üzrə nümayəndələr və rayon polis şöbəsi-nin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik etdi, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxudu, Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər saldı, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Bildirdi ki, Azərbaycan Polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. 

Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Yuxarı Qapanlı kəndində keçirilən növbəti səyyar qəbul-görüşündə səhiyyə, təhsil, mədə-niyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nü-mayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu günlərdə rayonumuzda “Sərbəst danışıq” psixoloji və nitq inkişafı mərkəzinin açılışı olub. Açılışda Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zabil Paşayev, Təhsil Sektorunun psixoloqu Gülxar Abbasova, media və ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP ra-yon təşkilatının inzibati binasında 26 iyun-Narkomaniya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Yeni ismarıclar