18İyl

Şahlar Allahverdiyev doğulduğu kəndi, onun insanlarını çox sevirdi. Ölümündən 22 il ötsə də, qədirbilən xalqımız igid döyüşçünü unutmayıb. Bu günlərdə Şahların doğma kəndi olan Sarovda, onun adı verilmiş kənd həkim məntəqəsinin həyətində qəhrəmanın barelyefinin açılışı oldu. Bu münasibətlə keçirilən tədbirə rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, Şahlar Allahverdiyevin doğmaları və döyüş dostları toplaşmışdılar.
Sarov kənd İƏD üzrə nümayəndə Ramin Quliyev, keçmiş döyüşçülər Pənah Məmmədov, Şəkidən Xəlil Maqsudov və Aydın Paşayev, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhidin atası Mənsim və qardaşı Niyaz Allahverdiyevlər qəhrəmanın keçdiyi döyüş yolundan qürur hissi ilə söhbət açdılar.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov öz çıxışında bildirdi ki, şəhidlik elə bir zirvədir ki, bu zirvəyə yalnız seçilmişlər ucalırlar. Ölkəmizdə şəhid ailələri dövlətin daimi qayğısı ilə əhatə olunublar. Bu gün Sarov kəndində Şahlar Allahverdiyevin barelyefinin açılışı bunun bariz nümunəsidir.
Sonra rayon rəhbəri və şəhidin atası barelyefin üzərindən örtüyü götürdülər. Qəlblərdə yaşayan qəhrəman yenidən doğma kəndinə döndü, ancaq vətən daşı kimi.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
18İyl

Bu günlərdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev təmas xəttində yerləşən Tərtər rayonunda olmuşdur. Dövlət müşaviri əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül-çiçək dəstələri qoymuşdur. Sonra Kamal Abdullayev və rayon rəhbəri Tərtər Cümə Məscidində olmuş, burada dindarlarla, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər.
Dövlət müşaviri görüşdə iştirak edənləri keçmiş Ramazan bayramı münasibəti ilə təbrik etmiş, Ermənistan-Azərbay-can, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan əməli addımlar, banisi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən tədbirlər haqqında danışmış, dövlətdin münasibətlərindən söhbət açmışdır.
Sonra rayon icra hakimiyyətinin başçısı dövlət müşavirinə Tərtərdə aparılan tikinti-quruculuq işlərindən, aprel döyüşlərində tərtərlilərin göstərdikləri qəhrəmanlıqlardan məlumat vermişdir. Daha ətraflı »
Teqlər: Xəbərlər
18İyl

Rayonumuzda sosial-iqtisadi problemlər həll olunduqca, əhalinin rayon rəhbərliyinə müraciətlərinin sayı da azalır. Bunun bir səbəbi də rayon icra hakimiyyəti başçısının kəndlərdə keçirdiyi səyyar görüş–qəbullardır. Belə görüşlər zamanı sakinlərin bir çox problemləri elə yerindəcə həllini tapır.
Bu günlərdə belə tədbirlərdən biri Sarov kəndində keçirilib. Səmimi və açıq söhbət şəklində keçən görüşdə sakinlərdən Əbülfəz Kərimov, Mehman Səfərov, Rəhbər Şirinov, Məhbubə Əhmədova və başqaları yay aylarında sahələrin suvarılmasında üzləşdikləri su qıtlığından, işıq dirəklərinin köhnə olduğundan bəhs ediblər. Tədbirə gələnlər eyni zamanda son illərdə kənddə görülən işlərə görə, xüsusən də evlərə mavi yanacağın verilməsi, yolların abadlaşdırılması, əkinçiliyin və heyvandarlığın inkişafına dövlət dəstəyinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Sakinləri diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sonda aidiyyati idarə və müəssisə rəhbərlərinə lazımı tapşırıqlar verib.
Teqlər: Xəbərlər
18İyl

İyulun 2-də xarici jurnalistlər –Fransadan İlan Sialom (Le Nouvel Observateur) və Patrisis Lalonde (Huffington French), Almaniyadan Seda Serdar (Deutsche Welle) Tərtər rayonunda səfərdə olmuşlar.
Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər.
Rayon rəhbəri jurnalistlərə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışmış, qeyd etmişdir ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb.
Sonra qonaqlar Tərtər şəhərində, Qapanlı kəndində erməni artillerliyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, sakinlərlə söhbət etmiş, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olmuş, rayon ərazisində yerləşən N. saylı hərbi hissədə əsgərlərlə görüşmüşlər.
Teqlər: Xəbərlər
18İyl

Bu günlərdə rayonumuzda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə Heydər Parkında təntənəli mərasim keçirilmişdir. Çağırışçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmiş, sonra mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış olmuşlar. Mərasim Heydər Əliyev Mərkəzinin önündə davam etmişdir.
Rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, yerli qurumların rəhbərlərinin, ziyalıların, veteranların, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Ruslan Quliyev vətəni qorumağın hər bir gəncin borcu olduğunu vurğulamış və çağırışçılara xidmətdə uğurlar arzulamışdır.
Sonra Böyük Vətən Müharibəsi, Silahlı Qüvvələr və Hüquq Mühafizə Veteranları təşkilatının sədri İman Almuradov, Qarabağ müharibəsi veteranı, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhid atası Bəhruz İsgəndərov, əsgər atası Azər Quliyev, çağırışçı gənc Elvin Məhərli, əsgər anası Mərziyyə Quliyeva çıxış edərək öz ürək sözlərini bildirmişlər. Daha ətraflı »
Teqlər: Xəbərlər
05İyl

Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonunda yerləşən hərbi hissələrdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbirləri keçirilmişdir.
Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirlərdə əvvəlcə hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri Azərbaycan Respublikasının Müdafiə Naziri general polkovnik Zakir Həsənovun təbrik məktubunu oxumuşlar.
Sonra hərbi hissələrin şəxsi heyəti qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri təbrik etmiş, çətin və şərəfli işlərində uğurlar arzulamışdir. Bildirilmişdir ki, ordu quruculuğu sahəsin-də dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, ordumuzun maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artmışdır. 1-5 aprel döyüşləri bir daha sübut etdi ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanın güclü or-dusu var. Ordu və xalq birliyi vəhdət təşkil edir. Məhz bu birliyin nəticəsində aprel döyüşlərində düşmənə qalib gəldik, bir neçə strateji əhəmiyyətli yüksəklikləri ələ keçirdik. Daha ətraflı »
Teqlər: Xəbərlər
05İyl
Bu günlərdə Avropa Şurası və Azərbaycan Mətbuat Şurası birlikdə “İfadə Azadlığı və Şəxsi Həyata Hörmət” mövzusunda seminar kecirmişlər.
Tədbirdə müstəqil ekspert Ələsgər Məmmədli “İfadə Azadlığı və Şəxsi Həyata Hörmət sahəsində Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyası standartları”, “Azərbaycan Respublikasının qanunvericiliyində ifadə azadlığı və şəxsi həyata hörmət”, Azərbaycan Mətbuat Şurasının nümayəndəsi Müşviq Ələsgərli” Media və şəxsi həyata hörmət”, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi Sevinc Əliyeva “Azərbaycan jurnalistikasında ifadə azadlığı və şəxsi həyata hörmət”, “Mingəçevir İşıqları” qəzetinin redaktoru Fərman Nəbiyev “Azərbaycanda regional qəzetlər və onlayn me-dia” mövzularında seminar iştirakçılarını ətraflı məlumatlandırmışlar.
Diskussiya şəraitində davam edən seminarda Yevlax şəhərində çıxan “Kür”qəzetinin şöbə müdiri Ramiz Həmidov, “Mingəcevir işıqları” qəzetinin şöbə müdiri Yeganə Nəbiyeva, “Zaman” qəzetinin əməkdaşı Esmira Hidayətova, “Space” televiziya kanalının bölgə müxbiri Zakir Muradov, “Mingəcevir” qəzetinin müxbiri İlahə İsmayılova və başqaları yaxından iştirak etmişlər.
Tədbirdə Müşviq Ələsgərli ilə birlikdə Avropa Şurası və Avropa İttifaqının birgə layihəsinin rəhbəri Pərvanə Bayramova iştirak etmişdir.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
05İyl
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin müdir müavini Oliver Tuholske və sahə məsələləri üzrə baş məsləhətçi Elsevər Ağayevi qəbul etmişdir. BMT QAK-ın nümayəndələri aprel ayında gedən döyüşlər zamanı rayona dəymiş zərərin necə aradan qaldırılması ilə maraqlanmışlar.
Rayon rəhbəri bildirmişdir ki, respublika Prezidenti cənab İlham Əliyevin Tərtərə səfərindən sonra dağılmış evlərin bərpası, dəymiş zərərin aradan qaldırılması üçün rayona 3 miliyon manat vəsait ayrılmışdır. Hazırda həmin vəsaitlə dağılmış evlər bərpa olunur, dəymiş ziyan aradan qaldırılır. Sonra rayon rəhbəri qonaqları maraqlandıran suallara cavab vermişdir.
Teqlər: Xəbərlər
05İyl

BMT-nin Uşaq Fondunun (UNICEF) fövqəladə hallar üzrə rəhbəri Robert Makkarti, fövqəladə hallar üzrə mütəxəssisi Asim Rəhman, Fondun Azərbaycandakı nümayəndəliyinin yeniyetmə və gənclərlə iş üzrə mütəxəssisi Aida Aylarova Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə UNICEF-in birgə həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” çərçivəsində Tərtər rayonunda səfərdə olublar.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon haqqında qonaqlara məlumat verib, cəbhə xəttində yerləşən yaşayış məntəqələri və orada yaşayan yeniyetmə və gənclərin həyat şəraiti ilə bağlı fikirlərini bölüşüb.
Sonra BMT Uşaq Fondunun rəsmiləri və BAMF-ın təmsilçiləri rayon icra hakimiyyətində “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsində iştirak edən Tərtər, Bərdə, Goranboy rayonlarının icra hakimiyyəti rəsmiləri, Gənclər və İdman idarələrinin rəhbərləri və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri ilə birlikdə “dəyirmi masa”da müzakirələr aparıblar. Müzakirələr zamanı cəbhə xəttində yerləşən yaşayış məntəqələrində yaşayan yeniyetmə və gənclərin təhsil almaları, asudə vaxtlarını keçirmələri ilə bağlı fikirlər səsləndirilib. İcra hakimiyyətinin nümayəndələri ilə qonaqlar yeniyetmə və gənclərin fövqəladə hallar zamanı keçirdikləri psixoloji sarsıntı və bu problemlərin həlli yollarını müzakirə ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
05İyl

Prezident İlham Əliyevin təmas xəttində yaşayan insanlara
davamlı diqqət və qayğısı böyük minnətdarlıqla qarşılanır
Aprel hadisələrində Tərtər rayonunun düşmənlə təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulması nəticəsində çox sayda yaşayış evlərinə ziyan dəymişdi.
Ermənilər törətdikləri bu təxribatın layiqli cavabını aldılar. Canlı qüvvə və xeyli döyüş texnikası itirən düşmən geri otuzduruldu. Ancaq bu da faktdır ki, rayonun cəbhə xəttinə yaxın ərazilərdə yaşayan əhalinin rahatlığı pozulmuş, evləri yararsız vəziyyətə düşmüşdü. O ağrılı günlərdə Prezident İlham Əliyev bölgəyə səfər etmişdi. Ağdam və Tərtər rayonlarında yaranmış vəziyyətlə yerindəcə tanış olmuşdu. Ağır gündə, bərk ayaqda öz rəhbərini yanında görən insanların keçirdiyi hissləri təsəvvür etmək çətin deyil. Bölgə əhalisi ilə səmimi və unudulmaz görüşün sabahı günü Prezident xüsusi sərəncam imzaladı, müharibədən zərər çəkən evlərin təmiri və bərpası üçün dövlət büdcəsindən yetərincə vəsait ayırdı. Daha ətraflı »
Teqlər: Sosial
Yeni ismarıclar