16Dek
Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə “Yeni Tərtər” qəzeti redaksiyasında “Ulu Öndər Heydər Əliyev və mətbuat” mövzusunda tədbir keçirilib.
Qəzetin baş redaktoru Tofiq Yusif mövzu ilə bağlı məruzə edib. Məruzədə əvəzolunmaz dahi lider parlaq zəka sahibi, dünya miqyaslı şəxsiyyət, geniş masştablı görkəmli rəhbər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olundu. Sonra onun Azərbaycan mətbuatının inkişafındakı xidmətlərindən, azad fikir və açıq söz uğrunda apardığı mübarizədən və bu istiqamətdə həyata keçirdiyi önəmli tədbirlərdən bəhs olundu.
Qəzetin əməkdaşları Əvəz Nəsirov, Elfuzə Vəliyeva və Bəxtilə Əliyeva öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi titanik fəaliyyətdən və mətbuatımıza bəslədiyi səmimi qayğıdan danışdılar.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
16Dek
Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar “Gedən cismimdir, ruhum sizinlədir” mövzusunda “Dəyirmi masa” keçirildi. Tədbirdə Tərtər Elektromexanika zavodunun keçmiş kollektivinin nümayəndələri və mədəniyyət işçiləri iştirak edirdilər.
Tədbir iştirakçıları öncə Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoyub, xatirəsini yad etdilər.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Səlimə Yusibova açdı və “Dahi Şəxsiyyət” haqqında ətraflı məruzə ilə çıxış etdi.
Sonra əvvəllər Elektromexanika zavodunun direktoru vəzifəsində çalışmış rayonumuzun ziyalısı, Rauf Həsənzadə Ulu Öndər haqqında, xatirələrini danışdı, Heydər Əliyevin Tərtərdə dəfələrlə olmasından, bu rayon üçün göstərdiyi xidmətlərdən bəhs etdi. Daha ətraflı »
Teqlər: Xəbərlər
16Dek

Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tut bağlarının salınması məqsədi ilə Çindən Azərbaycana gətirilən tut tinglərinin 30 mini bölgü əsasında Tərtər rayonuna göndərilib.
Gətirilən tinglər rayonun Buruc, Əskipara, İsmayılbəyli, Yuxarı Qapanlı, Qarağacı və İrəvanlı kəndləri ərazisində, həmçinin Tərtər Bölgə Təcrübə Stansiyasında əvvəlcədən hazırlanmış sahələrə əkilib.
Çin Xalq Respublikasından gələn mütəxəssislər tinglərin əkildiyi sahələrdə olub, öz tövsiyələrini verib.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə rayon ərazisində 1357 ədəd tut tingi əkilib.
Qeyd edək ki, Tərtər rayonunda baramaçılıqla məşğul olan kümçülər bu il 1 ton barama istehsal ediblər. Gələn il isə 4 ton barama istehsalı gözlənilir.
Teqlər: Xəbərlər
16Dek
Bu günlərdə Tərtər rayon Məşğulluq Mərkəzi işaxtaran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə növbəti “Əmək yarmarkası” keçirdi.
Tədbiri məşğulluq mərkəzinin direktoru Azər Ağayev açdı. Bildirdi ki, bugünkü “Əmək yarmarkası”nda idarə, müəssisə və təşkilat təmsilçiləri ilə birlikdə 150 nəfər iştirak edir.
“Əmək yarmarkası”na 16 idarə, müəssisə və təşkilatdan 118 boş iş yeri çıxarılmışdır. Həmin boş (vakant) iş yerlərindən 34-ü fəhlə, 84-ü qulluqçu kateqoriyasına daxil olan iş yerləri olmuşdur.
Keçirilən “Əmək yarmarkası”nda 20 nəfər işaxtaran vətəndaşa işə göndəriş vərəqəsi verilmişdir.
Mirzə Nəsir
Teqlər: Xəbərlər
06Dek
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfərə gəldİlər.
Dövlət başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri
qoydular. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.
__________________________________________________________________________________
Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük. Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar. Magistral yolların, kənd yollarının çəkilişi, qazlaşdırma ilə bağlı böyük infrastruktur layihələri icra edilir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Xəbərlər
06Dek
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına və xanımına layihə
haqqında məlumat verdi.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra edilən bu layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakinin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.
Qeyd olundu ki, layihənin icrasına 2015-ci ilin mayında başlanılıb. Şəhəri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün ümumi məhsuldarlığı saniyədə 200 litr olan 9 subartezian quyusu qazılıb, 3,6 kilometr uzunluğunda quyulararası xətt inşa edilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
06Dek
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etdi.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə tanış oldu.
Məlumat verildi ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Binanın foyesində Ulu Öndər Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Binanın foyesində “Rəşadətli Azərbaycan Ordusu” fotostendi quraşdırılıb. Fotostenddə erməni işğalçılarının təxribatları zamanı dinc əhaliyə, onların əmlakına, həmçinin təsərrüfatlarına dəyən ziyanı əks etdirən fotolar var. Stenddəki fotolar aprel döyüşlərində düşmənə layiqli cavab verən Azərbaycan Ordusunun qüdrətini, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin bu hadisələr zamanı xalqın və ordunun yanında olduğunu, onlara dəstəyini nümayiş etdirir. Daha ətraflı »
Teqlər: Xəbərlər
06Dek

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının
açılışında iştirak etdilər.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Şahmat idmanının Azərbaycanda sürətli inkişafı və kütləviləşməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın əksər şəhər və rayonlarında şahmat məktəbləri inşa edildi. Bu gün beynəlxalq şahmat yarışlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bu ilin sentyabrında 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsi bunu bir daha sübut etdi. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində respublikamızın müxtəlif bölgələrində yeni şahmat məktəbləri inşa edilib. Bu məktəblər bütün zəruri avadanlıqla təchiz edilib. Tərtərdə yüksək zövqlə inşa edilən Uşaq-Gənclər Şahmat Məktəbinin binası da bu qəbildəndir. Daha ətraflı »
Teqlər: Xəbərlər
06Dek

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtər şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak etdilər.
Hazırda ölkəmizdə uşaqların təlim-tərbiyəsinin təşkili və onların sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində mühüm layihələr icra olunur. Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyümələri naminə gördüyü işlər çərçivəsində mövcud körpələr evi-uşaq bağçalarının əsaslı təmiri ilə yanaşı, çoxlu sayda yeni belə müəssisələrin yaradılması geniş vüsət alıb. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi işinə dövlətimizlə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində həyata keçirilən layihələr bu baxımdan çox mühüm rol oynayır. Uğurla icra edilən bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir. Daha ətraflı »
Teqlər: Xəbərlər
06Dek
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonunun Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün açılışında iştirak etdilər.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Bərdə-İstisu avtomobil yolunun 10-cu kilometrliyində inşa edilmiş körpü barədə məlumat verdi. Bildirildi ki, körpünün inşası Tərtər rayonunun strateji əhəmiyyətli ərazidə yerləşməsi və bu ərazidə 1947-ci ildə tikilən mövcud körpünün istismar müddətini başa vurması nəzərə alınaraq həyata keçirilib. Körpünün tikintisinə 2016-cı ilin iyununda başlanılıb və qısa müddətdə başa çatdırılıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 metrdir. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdir. Piyadaların körpüdə rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər bir istiqamət üzrə 1,75 metr enində səkilər də tikilib. Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr uzunluğunda yanaşma yolları və ümumi uzunluğu 56 metr olan beş dairəvi borunun tikintisi aparılıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar