10İyl
SAKİNLƏR S EVİNƏCƏKLƏR
Şəhərimizdə 18 ədəd çoxmənzilli yaşayış binasında təmir işləri aparılır. Yaxın günlərdə daha 24 belə binada təmirə başlanılacaq. Sakinlər görülən işlərdən razılıq edirlər.
Yay tətili günlərində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəblərdə təmir işlərinə başlanılıb. Vaxtdan səmərəli istifadə etməklə, bu işləri yeni dərs ili başlananadək başa çatdırmaq nəzərdə tutulub.
Teqlər: Xəbərlər
10İyl
Tərtərin küçə və meydanları günü-gündən abad-laşır. Bu işdə yolçəkənlərin də xüsusi zəhməti var. Hazırda şəhərin Mehdi Hüseynzadə küçəsinə asfalt örtük salınır. M.F. Axundov və onun kiçik qolu olan Zeynəb Əhmədova küçələri də asfaltlanacaq.
Teqlər: Xəbərlər
10İyl
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə rayonun Şıxarx qəsəbəsində yerləşən “Marağa – 150” abidəsinin ətrafı abadlaşdırılır.
Məqsəd ölkəmizə gələn xarici qonaqlara erməni saxtakarlığını əyani surətdə sübut etməkdir.
Teqlər: Xəbərlər
10İyl
İsti yay günlərində Tərtər-Goranboy yolunda əsaslı təmir işləri davam etdirilir. Bu işi 42 saylı yol istismar idarəsinin kollektivi yerinə yetirir. Yolun rahat olması diqqət mərkəzində saxlanılır.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
10İyl

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonunda yerləşən hərbi hissələrdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbirləri keçirildi.
Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, Qarabağ Regional Bilik evinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri Azərbaycan Respublikasının Müdafiə Naziri general–polkovnik Zakir Həsənovun təbrik məktubunu oxudular. Sonra hərbi hissələrin şəxsi heyəti qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri təbrik etdi, çətin və şərəfli işlərində onlara uğurlar arzuladı. Bildirdi ki, ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, ordumuzun maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artmışdır. Daha ətraflı »
Teqlər: Xəbərlər
10İyl
QƏZET ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏNİ YERİNƏ YETİRİR
Qəzetimizin kollektivi cari ilin birinci yarısında görülən işləri müzakirə edib. Bu barədə qəzetin baş redaktoru Tofiq Yusif danışıb. O bildirib ki, birinci yarımillikdə nəzərdə tutulan 18 nömrə qəzet vaxtlı-vaxtında və keyfiyyətlə çap olunaraq “Yeni Tərtər”in oxucularına çatdırılıb. Bu müddətdə iş planında nəzərdə tutulan bütün movzular əhatə olunub.
“Yeni Tərtər”in elektron variantının izləyicilərinin sayı artıb. İndi onu 20-dən çox xarici ölkədə izləyir və rayonumuz haqqında məlumat alırlar.
Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində həmçinin Tərtər rayon qəzetinin keçdiyi şərəfli yol haqqında danışılıb. Qeyd olunub ki, maddi çətinliklər ucbatından 7 il susmağa məcbur olan bu mətbu orqan 2005-ci ildə Azərbaycan Mətbuat Şurasının köməkliyi və rayon rəhbərliyinin qayğısı ilə yenidən işıq üzü gördü. “Yeni Tərtər”ə yeni həyat verən kollektiv bu gün də eyni həvəslə çalışır. Daha ətraflı »
Teqlər: Xəbərlər
10İyl

Mərkəzi meydanda rayon icra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birlikdə çağırışçı gənclərin hərbi xidmətə yolasalma mərasimini keçirib.
Gənclər əvvəlcə Heydər Əliyev Məzkəzində Ulu Öndərin həyat və fəaliyyəti ilə tanış olub, sonra onun abidəsini ziyarət ediblər.
Mərasim elə mərkəzi meydanda davam etdirilib.
Tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi polkovnik–leytenant Ruslan Quliyev açıb. O, əsgəri xidmətə yola salınan 83 gənci və onların valideynlərini təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
10İyl

Köçərli kəndində “Dördyol” adlanan ərazidə müasir tələblərə cavab verən yanacaqdoldurma məntəqəsi istifadəyə verildi. Bu münasibətlə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak etdilər.
Tədbiri Köçərli kənd İƏD üzrə icra nümayəndəsinin müavini Cahangir Məmmədov açdı. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov cəbhə bölgəsi olan Tərtərdə görülən işlərdən, ölkə başçısının tərtərlilərə göstərdiyi qayğıdan, sahibkarlara yaradılan şəraitdən danışdı.
Yanacaqdoldurma məntəqəsinin sahibi Məhəmməd Səfərov ölkəmizdə sahibkarlara yaradılan münbit şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, yanacaqdoldurma məntəqəsində quraşdırılan avadanlıqların hamısı qardaş Türkiyənin istehsalıdır. Burada 30 nəfər gənc daimi iş yeri ilə təmin ediləcəkdir. Daha ətraflı »
Teqlər: Xəbərlər
30İyn

Qarabağ Regional Bilik Evi Tərtər Rayon Təhsil Şöbəsi ilə birgə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirib Tədbirdə rayon icra hakimiyyəti aparatında hüquq şöbəsinin əməkdaşı Çingiz İsayev, polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Ceyhun Əliyev, məktəb direktorları, psixoloqları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və təşkilatçı müavinlər, uşaq birliklə-rinin rəhbərləri iştirak ediblər.
Müasir dövrdə hamını narahat edən məsələ–narkomaniya və onun fəsadları barədə rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev məruzə edib.
Ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin qrup rəhbəri Nigar Məstəlizadə, Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova, aparıcı mütəxəssisi İradə Əkbərli, Umudlu kənd tam orta məktəbinin müəllimi Şəhla Musayeva, Yuxarı Sarıcalı kənd tam orta məktəbinin direktoru Yaşar Məhərrəmov tədbirdə çıxış edərək bu sahədə hər kəsi üzərinə düşən vəzifəni yerinə yetirməyə çağırıblar. Qeyd edilib ki, gənclər arasında maarifləndirmə işlərini genişləndirməklə biz narkomaniyanın qurbanlarının sayını azalda bilərik.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
21İyn

Tərtər rayonunda 15 iyun–Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra tədbir Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının inzibati binasında dəyirmi masa ətrafında davam etdirilib.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Rəhbərlik Moskvanın diktəsi ilə işləyirdi. Belə bir çətin anda xalqımız öz liderinin–Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi.
Xaqlın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar