18Avq
REDAKSİYANIN ƏVVƏLKİ KOLLEKTİVİ
2005-ci ildə rayon qəzeti “Yeni Tərtər” adı ilə yenidən nəşr olunmağa başlayanda, mən hələ tələbə idim. BDU-nun jurnalistika fakültəsinin qiyabi şöbəsində təhsil alırdım. Atam bu xəbəri evimizdə deyəndə, sevincimin həddi-hüdudu olmadı. Ona görə ki, redaksiyanın fəaliyyət göstərməsi universitetdə öyrəndiklərimi təcrübədə təsdiq etmək üçün gözəl fürsət yaradırdı.Qəzetin redaktoru Tofiq Yusifdən aldığım ilk tapşırığı heç zaman unutmaram. Yazını yazıb ürək çırpıntıları ilə redaktorun o zaman bələdiyyə binasındakı otağına daxil oldum. Digər əməkdaşlar–Svetlana Bağırova, Svetlana Əzizova, kompüterçi Türkan da burada idilər. Gözləyirdim ki, redaktor yazını oxuyub onların yanında məni danlayacaq. Amma belə olmadı. Əksinə, Tofiq müəllim xoş bir təbbəssümlə yazını Türkana uzadıb dedi:
–Al, Şəlalə qızımızın yazısını çapa hazırla. Yaxşı qələmi, tamamilə yenl və fərqli üslubu var.
Sonradan universiteti bitirdim və redaksiyada işə başladım.
İndi mən bank işçisiyəm. Redaksiyada topladığım təcrübə, yiyələndiyim biliklər daim köməyimə çatır. “Yeni Tərtər” doğma qəzetim, “Yeni Tərtər”- cilər əziz adamlarımdır.
Şəlalə,
Qarağacı kəndi
Teqlər: Digər
18Avq
REDAKSİYANIN BUGÜNKÜ KOLLEKTİVİ
Mən mətbuatla daim maraqlanan, daim ona bağlı olan insanlardanam. Demək olar ki, özümü mətbuatsız təsəvvür etmirəm. Hələ sovet dönəmində oxuduğum maraqlı qəzetlər– “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Kommunist”, “Bakı” və başqa qəzetlər arasında “Qızıl Bayraq” və “Tərtər” özünəməxsus yer tuturdu. Qəzetlərin ən birincisi rayonumuzun həyatını əks etdirən rayon qəzetimizdir. Yaxşı bilirəm ki, qəzet çox keşməkeşli yollardan keçərək bu günümüzə kimi gəlib çatmışdı.
Mən deyərdim ki, qəzetin yaşamasında rayon rəhbərliyinin köməkliyi ilə yanaşı onun əməkdaşlarının, başda redaktoru olmaqla gərgin zəhmətləri durur. Mən əvvəllər qəzetlə sıx əlaqə saxlayırdım, tez-tez redaksiyanın qonağı olurdum. Şeirlərimin çap olunmasında şəxsən baş redaktor Tofiq Yusifin və başqa əməkdaşların zəhmətlərini heç zaman unuda bilmərəm.
Xatirimdədir ki, uzun fasilədən sonra qəzet 2005-ci ildə yenidən “Yeni Tərtər” adı ilə fəaliyyətinə başladı və bu gün də üzərinə düşən missiyası –oxucu tələbinə və marağına səbəb olan yazıları ilə fərqlənir. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Hamıya məlumdur ki, bu gün təhsilimizdə irəliyə doğru böyük addımlar atılmışdır. Atılmış addımlar həm müəllimlərimizin, həm də şagirdlərimizin uğurlarından xəbər verir. Bu uğurlarımızın xalqa çatdırılmasında rayonumuzun güzgüsü adlandırılan “Yeni Tərtər” qəzetinin çox böyük rolu vardir. Mən deyərdim ki, bu qəzet həm oxunaqllığı, həm də rayonumuzun gündəlik həyatından xəbərləri ilə diqqəti cəlb edir. “Yeni Tərtər” qəzeti oxucusunu maraqlandırmağı və düşündürməyi bacarır. Çalışdığım orta məktəbin kollektivində bunun şəxsən şahidi oluram. Onun hər bir nömrəsi maraqla oxunur. Bu da o deməkdir ki, qəzetdə çalışan əməkdaşlar başda redaktor Tofiq Yusif olmaqla üzərlərinə düşən işin məsuliyyətini dərindən dərk edirlər. Oxucu–mətbuat əlaqəsini yaşatmağa nail olublar. Bu gün sevimli qəzetimizin –“Yeni Tərtər”in yeniyetməlik çağıdır. Onun müdriklik yaşına qədər uzunömürlü olmasını arzulayıram.”Yeni Tərtər”in zəhmətkeş əməkdaşları, sizin hər birinizə tükənməz enerji, iti qələm arzulayıram. Yaşınız ulu, uğurunuz tükənməz olsun.
Zülfiyyə Abdullayeva,
müəllim, Tərtər şəhəri
Teqlər: Digər
18Avq
Apteklərdə eyni dərmanlar müxtəlif qiymətlərə satılır
“Bala Kirpi” “Yeni Tərtər” qəzeti redaksiyasından müxbir Mirzə Nəsiri və fotomüxbir Kənanı götürüb, şəhərin apteklərini gəzməyə çıxdı ki, görsün bu “dərman evləri”ndə nə var, nə yox.
Bəri başdan qeyd edim ki, Tərtər şəhərində 10 aptek ola, ya olmaya. Di gəl ki, bu apteklərdə satılan eyni adlı, eyni tərkibli dərmanların qiymətləri eyni deyildir. Respublika Tarif Şurası beş gündən bir dərmanların yeni qiymətlərini təsdiq etsə də, aptek sahibləri öz kefləri istəyən kimi camaata sırıyırlar. Elə də mümkün deyil ki, apteklərin hamısını gəzəsən, harada ucuzdur, oradan alasan. Satıcılarda isə insaf yox, mürvət yox. Xəstələr də ki, əlacsız və naçar. Onlar canlarının ağrısından borc da olsa tapıb, həkimlərin buyurduqları dava-dərmanı almalı-dırlar. Bəs aptekçilərin vicdanlarına nə gəlib? Qəribədir ki, vacib olan dərmanların bir çoxu qəhətə çəkilib, tapılmır. Ya piştaxta altından çox baha qiymətə satırlar, ya da güya “Depo”ya zəng edib, sifariş verməlidirlər ki, bu sifarişin də qiyməti gəlir dərmanın onsuz da baha olan qiymətinin üstünə. Satışı apteklərdə qadağan olunan dərmanlar satılır, lakin vacib olan bir çox dərmanlar tapılmıır. Daha ətraflı »
Teqlər: Digər
18Avq
“Azərsu” ASC “Birləşmiş Su-Kanal” MMC-nin Tərtər Su-Kanal İdarəsində Nurəddin Əmirovun adı kollektivin qabaqcılları sırasında çəkilir. On ildən artıqdır ki, o, su kəməri təsərrüfatında nəzarətçi işləyir. Hər bir sahədə olduğu kimi, onun peşəsi də məsuliyyət və işgüzarlıq tələb edir. Tapşırılan işə məhz bu cür münasibətin nəticəsidir ki, Nurəddin Əmirov daim tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir.
Kollektivdə olduğu kimi əhali arasında da hörmət qazanan qabaq-cıl su işcisi həm də Qarabağ müharibəsi veteranıdır. Torpaqlarımız uğrunda döyüşlərdə iştirak edib. Oğlu isə bu yaxınlarda əsgəri xidmət borcunu yerinə yetirərkən əlil olub.
Nurəddin Əmirov deyir ki, müharibə zamanı da, dinc quruculuq işlərində də hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirməlidir.
Kənan Hüseynzadə
Teqlər: Digər
18Avq
Hər gün hava yollarından ortalama 10 milyon adam istifadə edir.
Pirat disklər orijinal disklərin gəlirlərini 52% azaldır.
Son 3 ildə Azərbaycanda ən çox satılan maşın “Mercedes”dir
İndiyənə qədər 1 aprel zarafatlarından 1000-ə qədər adam dün-yasını dəyişib.
Yaponiyada küçələrin adları olmur.
Kosmosda astronavtlar qışqıra bilmir, çünki orda cazibə qüvvəsi yoxdu, həmçinin onların gözlərindən yaş da gəlmir
Indoneziyada bazarlıq edərkən satıcı pulu yerə atsa, son qiymət mənasına gəlir, yəni artıq razılaşıb.
Hərbi salamı sol əllə vermək bütün dünyada qadağandır.
İlk metro stansiya 1860-ci ildə Londonda acılıb.
İlanlar eşitmir.
Qarışqalar yatmır.
Kirpilər suda batmır.
Qütb ayıları solaxaydır.
Teqlər: Digər
08Avq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı demişdir: “Ötən altı ayın nəticələri göstərir ki, Azər-baycan 2016-cı ili də uğurla başa vuracaq” . Prezident giriş nitqində bildirmişdir ki, aprel aylnda təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısı ordumuz tərəfindən igidliklə alınmış, əks hücum əməliyyatı nəticəsində 2000 hektar ərazi, eləcə də strateji əhəmiyyətli bir neçə yüksəklik düşməndən azad edilmişdir. Azərbaycan Ordusu azad edilən ərazilərdə öz hərbi mövqelərini möhkəmləndirmişdir.
Ölkə rəhbəri nitqində Dağlıq-Qarabağ münaqişəsinin beynalxalq hüququn norma və prinsipləri, həm-çinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdır: “Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır,“ – deyən dövlətimizin başçısı buna nail olmaq üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərmələrinin vacibliyini diqqətə çatdırmışdır. Daha ətraflı »
Teqlər: Digər
08Avq
Cəmiyyət inkişaf etdikcə, təkmilləşdikcə, bu dəyişikliklərin əsas Qanunumuz olan Konstitusiyamızda da öz ək-sini tapması zərurəti meydana çıxır. Dövlət quruluşunun təməl prinsiplərini müəy-yənləşdirən Konstitusiya həm də cəmiyyət həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını, bu sahədəki dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir.
Azərbaycan Respublikası-nın Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı sonuncu referendum 2009-cu il martın 18-də keçirilib. Ötən 7 ildə ölkəmizin həyatında böyük dəyişikliklər baş vermişdir.
Məhz bunlar nəzərə alınaraq Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə növbəti ümumxalq səs-verməsi keçiriləcək. Dəyi-şikliklərin böyük qismi sırf insan hüquq və azadlıqları ilə bağlıdır və bunlar mütərəqqi xarakter daşıyır.
İnanıram ki, həmişə olduğu kimi, sentyabrın 26-da keçi-riləcək referendumda da tər-tərlilər fəal iştirak edəcəklər. Biz Azərbaycanın gələcək yüksəlişinə, daha firavan həyatımıza səs verəcəyik.Ona görə ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin demokratik və sivil yolla inkişafına ən başlıca təminatdır.
Səlimə Yusibova,
Heydər Əliyev Mərkəzinin direktoru
Teqlər: Digər
08Avq
Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri və, mən hesab edirəm ki, ən mütərəqqi-si, gənclərin dövlət quruculuğunun bütün sahələrində fəal iştirakına şərait yaradılmasıdır. Belə ki, artıq hakimlikdən deputatlığa, nazir postundan Prezidentliyə qədər heç bir vəzifəyə yaş senzi olmayacaq. Yəni, seçkilərdə iştirak hüququ olan hər bir şəxs, xüsusən də 18 yaşından etibarən gənclər seçkili orqanlarda öz şanslarını sınaya biləcək, yaxud da fərasətli, bacarıqlı, istedadlı ali təhsilli gənclər yüksək vəzi-fələrə təyinat alacaqlar. Bu təklif gənclər hərəkatına yeni töhfə olacaq .
Zabil Süleymanoğlu,
Umudlu kənd tam orta
məktəbinin direktoru
Teqlər: Digər
08Avq
Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər dövlətimizin bundan sonra daha da güclənməsinə, xalqımızın mil-li maraqlarına xidmət edəcək. Ona görə də inanıram ki, xalqımız bu dəfə də Prezidentimizlə həmrəy olduğunu və onu dəstəklədiyini nümayiş etdirəcək.
Bir təhsil işçisi kimi düşünürəm ki, Konstitusiyaya edilən dəyişikliklər Azərbaycan gənc- liyinə daha geniş imkanlar yaradacaq. Bu gün gəncləri-miz olduqca fəaldırlar.Onların yaxşı təhsil almaları, cəmiy-yətin fəal üzvlərinə çevril-mələri üçün ölkəmizdə hər cür şərait yaradılıb. Təklif olunan dəyişikliklər onların özlərini həyatda daha yaxşı doğrultmalarına şərait yaradacaq.
Fitat Əliyeva, Qapanlı kənd tam orta mək
Teqlər: Digər
Yeni ismarıclar