Əsrin əvvəllərində Azərbaycanın Zəngəzur vilayətində üç Sultanbəy nəsli böyük fəaliyyətdə idi. Onların əllərində Qafan mis mədənləri, Bərkuşad çay axarı inkişaf etmiş kənd təsərrüfatı, Çalbayır maldarlıq mülkləri cəmləşmişdi. Ulu Sultanbəylər nəslindən bu günlərə möhtəşəm
qalalar, böyük körpülər, geniş meşələr qalmaqdadır.
İndiki Laçın rayonunun Kurdhacı kəndində yaşayan Sultanbəy maldarlıq sahəsində xüsusi ad çıxarmışdı . Onun Çalbayır yaylaqlarında on minlərlə davarı, qara malı saxlanılırdı, Sultanbəyin Kürdhacıda tikdirdiyi yağ-pendir zavodu nəhəng qurğular sistemini xatırladırdı. Süd yaylaqlardan zavoda dağların döşü ilə saxsı borularla axıdılırdı. Yağ və pendirin zavod üsulu ilə keyfiyyətli istehsal edilməsi xəbəri Şərq və Avropa ölkələrində də yayılmışdı.
Haçısamlı, Şəlvə, Kurdhaçı meşələrinin qırmızı palıdını konyak istehsal edən zavodlara daşıtdıran Fransa tacirləri Sultanbəyin yağ-pendir zavodunun məhsullarının da böyük müştəriləri idilər. Bu vaxt Kurdhacı Qafqazda Rus ordusunun yağ-pendir anbarına çevrilmişdi . Daha ətraflı »
-
16DekDigər SULTANBƏY KİM OLUB? üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
16DekDigər Aprel hadisələri haqqında üçün şərhlər bağlıdır
QƏHRƏMANLIQ SALNAMƏSİ
Nankor qonşularımız olan ermənilər tarix boyu dəfələrlə xalqımıza qarşı soyqırım törətmişlər. Ötən əsrin sonlarından isə davam edən Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bugünədək öz həllini tapmayıb. Cari ilin aprel ayında baş verən döyüşlər münaqişənin dönüş nöqtəsi oldu.
Hadisələrin əvvəlində növbəti erməni təxribatı dayanırdı. Dönüşü isə Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri yaratdı. Ordumuzun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən öz mövqelərini, silah və sursatlarını ataraq qaçmağa məcbur oldu. Erməni hücumlarının qarşısının alınması və əkshəmlə əməliyyatları zamanı Azərbaycan Silahlı Quvvələri Ağdərə, Füzuli və Cəbrayıl rayonlarında vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad etdi. Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi ermənilərdən təmizləndi. İşğaldan azad olunmuş torpaqlarda, o çümlədən Lələtəpə yüksəkliyində indi Azərbaycan bayrağı dalğalanır. Daha ətraflı »Teqlər: Digər
-
16DekDigər Məzahir Daşqının anadan olmasının 110 illiyi qarşısında üçün şərhlər bağlıdır
BİZİM ELİN DAŞQINI
Şeir dünyasında silinməz izləri olan, elimizin şair oğlu Məzahir Həmzə oğlu Axundov 1906-cı ildə Tərtərimizin Borsunlu kəndində anadan olmuşdur. Şifahi xalq ədəbiyyatından qidalanan Məzahir Aşıq Ələsgəri və Molla Pənah Vaqifi də çox mükəmməl öyrənmişdir. Səməd Vurğunla həmyaşıd olan Daşqın onun istedadına heyrət etmiş, xalq şairi ilə dəfələrlə görüşmüşdü. Məzahirin ailəsi 1937-ci ilin repressiyası zaman Qazaxıstana sürgün edilmişdi. Sürgündən qaçaraq, az qala dünyanı dolaşan Məzahir gənclik illərindən lirik, məhəbbət şeirləri yazmış, Daşqın təxəllüsü ilə qürbətdə külliyat yaratmışdır. Böyük Vətən Müharibəsi dövründə şairin cəbhə yolu Təbrizdən keçib.
Təbriz əhli onun istedadına heyran qalır. Krımın müdafiəsində əsir düşür, əsirlikdə də qələmini yerə qoymur. Şair əsir düşərgəsindən də qaçaraq yad ölkələrə üz tutur. Yad ölkələrdə həsrət dolu şeirlər yaradır. Borsunludan bizim kəndə gələn bacısı Şövkətə dönə-dönə yazdığı həsrət məktublarındakı şeirləri mən də oxuyurdum.
Nəhayət, 1956-cı ildə Məzahir Daşqın Vətənə dönür. İlk gəlişində Səməd Vurğunun məzarını ziyarət edir. Anasının, kəndinin görüşündən sonra Gəncə folklor evində işləməyə başlayır. Daha ətraflı »Teqlər: Digər
-
16DekDigər Əlillər Günü üçün şərhlər bağlıdır
CƏSUR DÖYÜŞÇÜNÜN ƏLİL GÜNLƏRİ
Bölgəmizin sakinləri erməni faşizminin törətdiyi cinayətlərdən həmişə əziyyət çəkiblər. Gah yurd həsrəti, gah doğmaların itkisi, gah da döyüşlər zamanı aldıqları yaralar insanlarımızın ağrı-dərd yerinə çevrilib. Bəzi soydaşlarımız cəbhədəki müsbət dəyişiklikdən, uğurdan təsəlli-təskinlik tapır. Bəziləri isə hələ də həsrət içində qalıblar. Doğrudur, bu insanlara dövlət və rayon rəhbərliyi tərəfindən qayğı, diqqət göstərilir. Lakin vurulan zərbənin ağırlığı və ağrısından bunlarla kifayətlənmək mümkünsüz olur. Ona görə də belə dərdli insanlarımız ümidə bel bağlayaraq, inamla sonu və nəticəni gözləyirlər.
Belə insanlardan biri–1963-cü ilin iyul ayının 19-da Dəmirçilər kəndində doğulmuş Sultanov İnqilab Həmid oğludur. Çox sadə bir ömür yolu var onun. Hələ o zamanlar ermənilərin aranı qatdığı vaxtlarda kəndin başqa sakinləri kimi o da narahat olurdu. Fikirləşirdi: “Axı erməniyə təslim olmaq bizlərə yaraşmaz” Ata-babalarımız xəyanətkar ermənini heç zaman bağışlamayıb. Kəndin cavanları söz birliyi yaradaraq 32 nəfəri bir yerə topladılar. Beləliklə kəndin düşməndən qorunması üçün özünümüdafiə dəstəsi yaradıldı. İnqilab da həmin dəstənin tərkibində oldu. O vaxt 47 saylı SMD-nin nəzdində olan SMD 58 adlanan tikinti təşkilatında çalışırdı. Gənc ailəsi vardı. Bir müddətdən sonra, 1992-ci ilin may ayının 2-də 703 saylı hərbi hissəyə daxil oldu. Daha ətraflı »Teqlər: Digər
-
06DekXəbərlər AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ XANIMI MEHRİBAN ƏLİYEVA TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfərə gəldİlər.
Dövlət başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələriqoydular. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.
__________________________________________________________________________________
Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük. Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar. Magistral yolların, kənd yollarının çəkilişi, qazlaşdırma ilə bağlı böyük infrastruktur layihələri icra edilir.
İlham Əliyev,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Xəbərlər
-
06DekXəbərlər DEKABRIN 3-DƏ “TƏRTƏR ŞƏHƏRİNİN İÇMƏLİ SU TƏCHİZATI VƏ KANALİZASİYA SİSTEMLƏRİNİN YENİDƏN QURULMASI” LAYİHƏSİNİN BAŞA ÇATMASI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLDİ üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına və xanımına layihəhaqqında məlumat verdi.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra edilən bu layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakinin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.
Qeyd olundu ki, layihənin icrasına 2015-ci ilin mayında başlanılıb. Şəhəri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün ümumi məhsuldarlığı saniyədə 200 litr olan 9 subartezian quyusu qazılıb, 3,6 kilometr uzunluğunda quyulararası xətt inşa edilib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
06DekXəbərlər İLHAM ƏLİYEV YENİ AZƏRBAYCAN PARTİYASI (YAP) TƏRTƏR RAYON TƏŞKİLATININ YENİ İNZİBATİ BİNASININ AÇILIŞINDA İŞTİRAK ETDİ üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etdi.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə tanış oldu.Məlumat verildi ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Binanın foyesində Ulu Öndər Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Binanın foyesində “Rəşadətli Azərbaycan Ordusu” fotostendi quraşdırılıb. Fotostenddə erməni işğalçılarının təxribatları zamanı dinc əhaliyə, onların əmlakına, həmçinin təsərrüfatlarına dəyən ziyanı əks etdirən fotolar var. Stenddəki fotolar aprel döyüşlərində düşmənə layiqli cavab verən Azərbaycan Ordusunun qüdrətini, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin bu hadisələr zamanı xalqın və ordunun yanında olduğunu, onlara dəstəyini nümayiş etdirir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
06DekXəbərlər İLHAM ƏLİYEV TƏRTƏRDƏ İNŞA EDİLMİŞ UŞAQ-GƏNCLƏR ŞAHMAT MƏKTƏBİNİN YENİ BİNASININ AÇILIŞINDA İŞTİRAK ETDİ üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının
açılışında iştirak etdilər.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Şahmat idmanının Azərbaycanda sürətli inkişafı və kütləviləşməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın əksər şəhər və rayonlarında şahmat məktəbləri inşa edildi. Bu gün beynəlxalq şahmat yarışlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bu ilin sentyabrında 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsi bunu bir daha sübut etdi. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində respublikamızın müxtəlif bölgələrində yeni şahmat məktəbləri inşa edilib. Bu məktəblər bütün zəruri avadanlıqla təchiz edilib. Tərtərdə yüksək zövqlə inşa edilən Uşaq-Gənclər Şahmat Məktəbinin binası da bu qəbildəndir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
06DekXəbərlər İLHAM ƏLİYEV TƏRTƏR ŞƏHƏRİNDƏ İNŞA EDİLMİŞ 100 YERLİK KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASININ AÇILIŞINDA İŞTİRAK ETDİ üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtər şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak etdilər.
Hazırda ölkəmizdə uşaqların təlim-tərbiyəsinin təşkili və onların sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində mühüm layihələr icra olunur. Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyümələri naminə gördüyü işlər çərçivəsində mövcud körpələr evi-uşaq bağçalarının əsaslı təmiri ilə yanaşı, çoxlu sayda yeni belə müəssisələrin yaradılması geniş vüsət alıb. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi işinə dövlətimizlə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində həyata keçirilən layihələr bu baxımdan çox mühüm rol oynayır. Uğurla icra edilən bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
06DekXəbərlər İLHAM ƏLİYEV TƏRTƏR RAYONUNUN SARICALI KƏNDİNDƏ TƏRTƏR ÇAYI ÜZƏRİNDƏ İNŞA EDİLMİŞ YENİ KÖRPÜNÜN AÇILIŞINDA İŞTİRAK ETDİ üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonunun Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün açılışında iştirak etdilər.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Bərdə-İstisu avtomobil yolunun 10-cu kilometrliyində inşa edilmiş körpü barədə məlumat verdi. Bildirildi ki, körpünün inşası Tərtər rayonunun strateji əhəmiyyətli ərazidə yerləşməsi və bu ərazidə 1947-ci ildə tikilən mövcud körpünün istismar müddətini başa vurması nəzərə alınaraq həyata keçirilib. Körpünün tikintisinə 2016-cı ilin iyununda başlanılıb və qısa müddətdə başa çatdırılıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 metrdir. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdir. Piyadaların körpüdə rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər bir istiqamət üzrə 1,75 metr enində səkilər də tikilib. Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr uzunluğunda yanaşma yolları və ümumi uzunluğu 56 metr olan beş dairəvi borunun tikintisi aparılıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar