Tərtər rayonunda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir. Epidemiya ilə bağlı tibbi-proflaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir. Bununla əlaqədar olaraq rayon ərazisində yerləşən Kapital Bankın, Beynəlxalq Bankın, həmçinin Azərpoçtun binasının qarşısında və bankomatların qarşısında vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi üçün nişanlanma işləri aparılmışdır. Həmçinin mütəmadi olaraq Tərtər Rayon İcra Hakimiyyətində yaradılmış mobil qrupun üzvləri tərəfindən Tərtər şəhərində və rayonun kəndlərində Daha ətraflı »
-
19İynXəbərlər PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır
-
19İynDigər RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır
DÖVLƏT QAYĞISI TƏRTƏRİ ŞÖHRƏTƏ QOVUŞDURUB
Tərtər rayonu cəbhə bölgəsidir, düşmənlə 48 kilometr təmas xətti var. Əhali düşmənlə üz-üzə, göz-gözə yaşayır, bütün risklərə baxmayaraq, təsərrüfat işləri ilə məşğul olur, tikinti-abadlıq işləri aparır. Rayonda dövlət-xalq-ordu birliyi çox güclüdür. 2016-cı ilin aprel hadisələri bunu bir daha sübut etdi. O zaman düşmən Tərtərin yaşayış məntəqələrini atəşə tutdu, Əskipara kəndinə ağ fosforlu bomba atıldı, evlər dağıldı, mülki şəhidlər verildi. Ancaq tərtərlilər öz doğma yurdlarını tərk etmədilər. Belə bir ağır zamanda Prezident İlham Əliyev ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə düşmənin 200 metrliyində müharibədən daha çox zərər çəkmiş Qapanlı kəndinin sakinləri ilə görüşə gəldi.
O həyəcanlı günlərdə güvəndiyi, gücünə, qüdrətinə inandığı dövlət başçısını yanında görən tərtərlilərin ürəyi dağa döndü. Hər bir ölkə vətəndaşının Prezidenti olacağını söyləyən İlham Əliyevin verdiyi tarixi vəd isə beləcə şərəflə doğrulurdu. Top mərmilərinin dağıtdığı yaşayış evlərinin vəziyyəti ilə yerində tanış olan, cəbhə bölgəsinin sakinləri ilə unudulmaz səmimi görüşlər keçirən Prezident İlham Əliyev səfərdən dərhal sonra xüsusi sərəncam imzaladı, rayonda dağılmış evlərin bərpası üçün 3 milyon manat vəsait ayırdı.
Dövlət başçısının qayğısı ilə 17 yaşayış məntəqəsində 256 fərdi yaşayış evinə dəymiş zərər ən qısa zaman kəsiyində aradan qaldırıldı. Müharibədən zərər çəkmiş şəhər 6 saylı tam və Qazyan kənd ümumi orta məktəblər təmir olundu. Dövlət qayğısı sayəsində Tərtərdə aparılan tikinti, abadlıq, Daha ətraflı » -
19İynKənd Təsərufatı SAHİBKARLARA DÖVLƏT QAYĞISI TÜKƏNMƏZDİR üçün şərhlər bağlıdır
İŞ ADAMININ ZƏHMƏT DOLU GÜNLƏRİ
Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan bütün sahələrdə uğurlar qazanıb. Bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə mikroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın inkişafı uğurla təmin olunur, özəl bölmənin, sahibkarlığın tərəqqisi üçün daha əlverişli biznes və investisya mühiti formalaşdırılır. Sahibkarlığın inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqaməti-dir. Son illərdə “Olkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” srateji xəttinə uyğun olaraq biznes və investisya mühitinin davamlı yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşıb. Daha ətraflı »
-
16İynDigər QURTULUŞ GÜNÜ AZƏRBAYCAN XALQININ TALEYİNDƏ HƏLLEDİCİ VƏ DƏYƏRLİ GÜNDÜR. üçün şərhlər bağlıdır
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Ulu Öndər Heydər Əliyev olmuşdur.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Daha ətraflı »
-
11İynXəbərlər MƏNİM ÜÇÜN BİRMƏNALI QAYDADA TƏRƏDDÜDSÜZ İNSANLARIN SAĞLAMLIĞI HƏMİŞƏ BİRİNCİ YERDƏ OLUB–İLHAM ƏLİYEV üçün şərhlər bağlıdır
Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələri sırasında öncül yerlərdən birini tutur. Elə ilk günlərdən, hələ Azərbaycanda bu virusa yoluxan olmadığı halda Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə pandemiyanın geniş yayılmaması üçün qabaqlayıcı tədbirlər həyata keçirildi, ciddi hazırlıq işləri görüldü, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, əhalinin bu yoluxucu xəstəliklə bağlı maarifləndirilməsi diqqət mərkəzində saxlanıldı. Xəstələrin müayinəsi və müalicəsi üçün xüsusi yerlər müəyyən edildi, xəstəxanalar ayrıldı, müasir tibbi avadanlıqlar alınıb gətirildi. Dövlət büdcəsindən bu məqsədlə küllü miqdarda–milyardlarla vəsait ayrıldı. Görülən bu həllivacib tədbirlər, əlbəttə, öz səmərəsini verdi və əhali arasında bu qorxulu epidemiyanın daha geniş yayılmasının qarşısı alındı.
Ölkə başçısı tərəfindən hazırda da koronavirus pandemiyasına qarşı ciddi tədbirlərin görülməsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında onların iştirakları da bu vacib sahəyə diqqətin əsas təzahürüdür.
Prezident İlham Əliyev öz nitqində qeyd etdi ki, Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. Daha ətraflı »
-
10İynDigər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV İYUNUN 3-DƏ TƏRTƏR RAYONUNA SƏFƏRƏ GƏLİB üçün şərhlər bağlıdır
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
-
10İynDigər PREZİDENT SƏRƏNCAMLARI üçün şərhlər bağlıdır
TƏRTƏRİN XORUZLU KƏNDİNDƏ YENİ ÜMUMTƏHSİL MƏKTƏBİ ÜÇÜN BİNA TİKİLƏCƏK
Prezident İlham Əliyev iyunun 3-də “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.TƏRTƏRDƏ 21 SUBARTEZİAN QUYUSU QAZILACAQ
Prezident İlham Əliyev “Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin işməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Tərtər rayonunun əhalisi 28149 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 21 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,47 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Sərəncama əsasən, Azadqaraqoyunlu, Bəyimsarov, Borsunlu, Cəmilli, Evoğlu, Ələsgərli, Hacıqərvənd, Xoruzlu, Kəngərli, Köçərli, Kovdadıq, Qaradağlı, Qaynaq, Mamırlı, Soyulan, Təzəkənd kəndlərinin hərəsində 1 ədəd, Çaylı kəndində 2, Şıxarx qəsəbəsində isə 3 ədəd subartezian quyusu qazılacaq. -
10İynDigər İLHAM ƏLİYEV TƏRTƏRDƏ DÖVLƏT RƏMZLƏRİ MUZEYİNİN AÇILIŞINDA İŞTİRAK EDİB üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verdi.
Bildirildi ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri sərgilənir.
Prezident İlham Əliyev: Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.
Müstəqim Məmmədov: Baş üstə.
Prezident İlham Əliyev: İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər. Daha ətraflı » -
10İynDigər İLHAM ƏLİYEV “TƏRTƏR” ELEKTRİK YARIMSTANSİYASININ YENİDƏNQURMADAN SONRA AÇILIŞINDA İŞTİRAK EDİB üçün şərhlər bağlıdır
İyunun 3-də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verdi.
Diqqətə çatdırıldı ki, bu yarımstansiya İstehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə əsaslı şəkildə yenidən qurulub. Bu qurğu vasitəsilə Tərtər şəhərində olan sosial-iqtisadi təyinatlı obyektlərin, həmçinin bütün ətraf kənd və qəsəbələrin, cəbhəyanı hərbi hissələrin, meliorasiya və suvarma sistemlərinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın istis-mara verilməsi ilə 17 min 103-ü əhali, 1290-ı qeyri-əhali olmaqla, ümumilikdə, 18 min 393 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq.
Yarımstansiya 110 kilovoltluq Naftalan və 110 kilovoltluq Bərdə hava xətləri vasi-təsilə əlaqələndirilməklə, “Azərbaycan” İstilik Elektrik Stansiyası və 330 kilovoltluq “Gəncə” yarımstansiyası arasında dairəvi elektrik təchizat sxeminə qoşulub. Bundan başqa, həmin yarımstansiya Tərtər və Bərdə rayonlarında, habelə Naftalan şəhərində yerləşən 110 kilovoltluq yarımstansi-yalararası 35 kilovoltluq dairəvi elektrik təchizatı sxeminin etibarlılığını və təhlükəsizliyini təmin etməklə, regionda olan bütün istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını daha da artıracaq.
Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Burada növbətçi heyət üçün lazımi iş şəraiti yaradılıb, müvafiq xidmət otaqları, o cümlədən mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib. Prezident İlham Əliyev yarımstansiyanı işə saldı -
10İynDigər İLHAM ƏLIİYEV “AZƏRXALÇA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN TƏRTƏR FİLİALININ AÇILIŞINDA İŞTİRAK EDİB üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib.
Dövlətimizin başçısı filialın açılışını bildirən rəmzi lenti kəsdi.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, burada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və əsas üstünlük orijinal Qarabağ xalça çeşnilərinə veriləcəkdir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
Diqqətə çatdırıldı ki, bina toxuculuq emalatxanası, konfrans zalı, tibb otağı, anbar, yeməkxana, xalça və xalça məmulatlarının sərgilənməsi və satışı üçün xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Filialda 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub və hazırda 85 nəfər, o cümlədən 71 nəfər toxucu və 14 nəfər inzibati-təsərrüfat işçisi işlə təmin edilib.
Toxucular bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin olunacaq. Cəmiyyətin digər filiallarında olduğu kimi, Tərtər filialı da işçilərin daşınması üçün avtobusla təmin edilib. Daha ətraflı »
Yeni ismarıclar