Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22Apr
    Digər Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb üçün şərhlər bağlıdır

    Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.

    Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır

    Görüş zamanı qeyd olunub ki, Azərbaycanla Qırğız Respublikası münasibətlərinin qədim tarixi kökləri var. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir

    Bildirilib ki, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.

    Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var. Daha ətraflı »

  • 21Apr
    Digər Görkəmli aftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib üçün şərhlər bağlıdır

    YAP rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə  görkəmli oftolmoloq, akademik  Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunan   tədbir keçirilib.

    Tədbiri giriş sözü ilə  rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  açıb, Zərifə xanım Əliyevanın və Vətən müharibəsi şəhidlərinin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məruzə edib. O qeyd edib   ki, akademik Zərifə xanım Əliyeva 1942-ci ildə orta məktəbi bitirdiktən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib. Zərifə  Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və o, orada həkim-ordinator kimi işə başlamışdır. Zərifə  xanım 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdiktən sonra respublika Oftalmoloqiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir.   Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. O zaman xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi və onunla mübarizə təkçə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir. Konkret müalicə təcrübəsindən başqa o, Azərbaydanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Daha ətraflı »

  • 21Apr
    Digər Ulu Öndər Heydər Əliyevin Ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi üçün şərhlər bağlıdır

    Dövlətin  milli  dəyərlərinin qorunmasında,  inkişaf etməsində  ana dilinin rolu xüsusi əhəmiyyət kəs edir . Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca şərtlərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Ana dilini hifz etmədən, onun inkişafı, zənginləşməsi üçün zəruri tədbirlər həyata keçirmədən xalqın milli özünəməxsusluğunu, milli ruhunu qorumaq mümkün deyildir. Ana dili xalqın keçdiyi bütün tarixi mərhələlərdə  yaşayıb,  müasir dövrə gəlib çatan ən böyük mənəvi sərvətlərdəndir. Dilimizin keçdiyi ən çətin dövr məhz  Sovetlər dönəmində olub. Belə ki,  sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev tarixi faktları gerçəkləşdirdi.  Ulu Öndər Heydər Əliyevin sonsuz  qayğısı və diqqəti nəticəsində  Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdir.

    Dahi şəxsiyyətin  birbaşa təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi yazılıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Daha ətraflı »

  • 20Apr
    Xəbərlər Səmimi şəraitdə keçən görüş üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Azadqaraqoyunlu kən-dində keçirilib. Vaxtaşırı keçirilən bu cür görüşlər rayon rəhbərinə əhalinin problemləri ilə daha yaxından tanış olmağa və onların həlli üçün operativ tədbirlər görməyə kömək edir.
    Budəfəki görüşdə də Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov kənddəki mövcud vəziyyət barədə məlumat verəndən sonra, kənd sakinlərinin müraciətləri dinlənilib.
    Vətəndaşlar səmimi şəraitdə keçən görüşün nəticələrindən razı qalıblar.
    Kənd ağsaqqalları Arif Hüseynov, Vəli Mehdiyev və başqaları Azərbaycanda sülh və əmin-amanlıq şəraitinin yaradılmasına, hər bir vətəndaşa qayğı və diqqətlə yanaşılmasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

  • 20Apr
    Xəbərlər Təlim keçirilib üçün şərhlər bağlıdır

    Rayon Gənclər Mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” mövzusunda təlim keçirilib.
    Təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Ərazi məşğulluq filialına müraciət edən Tərtər rayonundan olan şəhid ailələrinin üzvləri və Qarabağ Müharibəsi iştirakçıları iştirak ediblər.
    Qarşılıqlı diskussiya şəklində keçirilən təlimdə iştirakçılara fərdi sahibkarlıqla məşğul olmaq və peşə seçiminə dəstək göstərmək üçün müvafiq təlimatlar verilib və onların sualları cavablandırılıb.

     

  • 20Apr
    Xəbərlər Rayonumuzda çiyid səpininə başlanılıb üçün şərhlər bağlıdır

    Bu il rayonda 3446,9 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumla-nıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
    Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC tərəfindən 633 istehsalçı və “Azərpambıq” MMC tərəfindən isə 460 istehsalçı ilə müqavilə bağlanılıb. Bağlanan müqaviləyə əsasən pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
    Rayonda bu kampaniyaya 22 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 10-15 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.
    Səpin işlərinin gedişi ilə tanış olan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fermerlərə müvafiq tövsiyələrini verib. Qaraağacı kənd sakini, 2-ci də-rəcəli “Əmək” ordenli İlkin Qurbanovun və Qazyan kənd sakini Suliddin Ələkbərovun sahələrində səpin işlərinin gedişini iz-ləyib.
    Qeyd edək ki, 2021-ci ildə Tərtər rayonunda 3440 hektar sahədə pambıq becərilib və hər hektardan 31,1 sentner olmaqla, 10701,5 ton məhsul tədarük edilib.

     

  • 20Apr
    Xəbərlər SOSİAL MƏSƏLƏLƏRƏ DİQQƏTLƏ YANAŞILIB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakmiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Əvvəlcə şəhid ailələri və qazilərin müraciətləri dinlənilib və problemləri həll edilib.
    Qəbula gələn digər vətəndaşlar Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyan, təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən verilən maddi yardımla bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.
    Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20Apr
    Xəbərlər İl mərasimi keçirilib üçün şərhlər bağlıdır

                                                                  Şəhidlər unudulmur

    Bərdə şəhərində keçirilən il mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının, ağsaqqallar şurasının sədrləri, şəhidlərin ailə üzvləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Qeyd edək ki, Təbriz Cəfərov 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda dünyaya göz açmışdır. Əslən Tərtər rayonu-nun Çardaqlı kəndindəndir.
    Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cəfərov Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bu döyüşlərdə itkin düşmüşdür. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Şəhidin nəşi 2021-ci ilin aprel ayının 6-da tapılaraq Bərdə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Təbriz Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” , “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
    Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik.

     

  • 20Apr
    Xəbərlər MURAD ALLAHVERDİYEV RAYONUMUZUN FƏXRİDİR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov boks idman növü üzrə 7 qat Azərbaycan çempionu, 2 dəfə Avropa üçüncüsü, 1 dəfə Avropa çempionu olmuş idman ustası Murad Allahverdiyevi qəbul edib.
    Rayon rəhbəri Murad Allahverdiyevi idman sahəsində əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni nailiyyətlər arzulayıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin bəhrələri, ölkəmizdə idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.
    Görüşdə Murad Allahverdiyev gələcək planlarından danışıb, idmanın inki-şafına və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
    Sonda idmançıya rayon rəhbəri tərəfindən fəxri fərman və qiymətli hədiyyə təqdim edilib.

     

  • 20Apr
    Xəbərlər Yaşlı sakinlərə qayğı göstərilir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid və qazi ailələri ilə yanaşı tez-tez rayonun yaşlı sakinlərinin də ailələrində olur, onların qayğıları ilə maraqlanır. Növbəti dəfə rayon rəhbəri Hüsənli kənd sakini, 86 yaşlı Mirzə Mirzəyevin ailəsində olub, onun səhhəti və qayğıları ilə maraqlanıb, ağsaqqala ərzaq sovqatı aparıb.
    Mirzə Mirzəyev dövlətimiz tərəfindən yaşlı və qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.