02Avq



Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.
Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasınım Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.
Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.
01Avq
Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir.
Ulu Öndər Heydər Əliyev deyib: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.
Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Daha ətraflı »
01Avq
Bildiririk ki, rayon icra hakimiyyəti başçısının 2022-ci ilin avqust ayında aşağıda adları göstərilən yaşayış məntəqələrində səyyar qəbulları keçiriləcəkdir.
S/№ |
Yaşayış məntəqəsinin adı |
Ayın tarixi |
Saat |
Görüşün keçiriləcəyi yer |
1 |
Seydimli kəndi |
04.08.2022 |
11:00 |
Seydimli kənd tam orta məktəbinin ərazisi |
2 |
Əskipara kəndi |
11.08.2022 |
11:00 |
Əskipara kənd tam orta məktəbinin ərazisi |
3 |
Buruc kəndi |
18.08.2022 |
11:00 |
Buruc kənd tam orta məktəbinin ərazisi |
4 |
Səhlabad kəndi |
25.08.22 |
11:00 |
Səhlabad kənd ümumi orta məktəbinin ərazisi |
01Avq

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkisaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin əməkdaşlıği ilə 1 Avqust – Azərbaycan dili və Azərbaycan əlifbası günü ilə əlaqədar olaraq “ Doğma dilim” adlı görüş təşkil edilib.
Tədbirdə Tərtər rayon Mədəniyyət müəssisəsinə tabe olan təşkilatların əməkdaşları , Gənclərin İnkişaf və Daha ətraflı »
30İyl
Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə Aparat müşavirəsi keçirilib. Müşavirədə aqrar sahədə aparılan mövsümi işlər, biçilmiş taxıl sahələrində yanğınların qarşısının alınması, o cümlədən pambığın becərilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatı, vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və qazilərin problem və sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Vətən müharibəsi şəhidlərinin ailələrinin və əlilliyi təstiq edilmiş qazilərin sosial rifahının yaxşılaşdırılması üçün bələdiyyələr tərəfindən əlavə torpaq sahəsi ilə təmin edilməsi, qəbullarda vətəndaş məmnunluğunun təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, yaşayış məntəqələrinin ərazisində mütəmadi olaraq təmizlik işlərinin aparılması, Məhərrəm ayının gəlişi ilə əlaqədar olaraq kənd qəbrsitanlıqlarının və ziyarətgahların ətrafının təmzilənməsi, səliqə-sahmana salınması ilə bağlı məsələlər müzakirə olunub.
Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr verilib.
30İyl
29 iyul 2022-ci il tarixdə Tərtər rayon İcra Hakimiyyəti başçısı yanında Məhərrəm ayının başlanması ilə bağlı müşavirə keçirilib.
Müşavirədə rayon prokuroru Əli Qurbanov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin əməkdaşı Kamal Rəsulov, rayon polis şöbəsinin rəis müavini Həsən Məmmədov, başçının birinci müavini Elvin Umudov, rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev və Tərtər cümə Məscidinin imamının müavini Saleh Ədilov iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müşavirəni açaraq Məhərrəm ayı ərəfəsində rayonda dini durumun vəziyyəti barədə danışıb və keçiriləcək dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə uyğun aparılmasını tövsiyyə edib. Daha ətraflı »
30İyl
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev ilə birlikdə rayonun Xoruzlu kəndində Xoruzlu və Kəbirli kəndlərindən olan şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb, ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün rayonda görülən işlərdən söhbət açıb. Bu istiqamətdə ölkə rəhbəri cənab İlham Əliyevin və birinci vitse Prezident Mehriban xanım Əliyevanın bütün dövlət qurumlarına nümunə olduğunu bildirib.
Qeyd olunub ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi onların ailə üzvlərinə bir təskinlik verir, onların heç vaxt unudulmadığını əks etdirir.
İcra başçısı şəhid ailələri ilə Respublika Prezidentinin sərəncamı ilə yeni tikilən Xoruzlu kənd tam orta məktəbinin həyətində şəhidlərin xatirəsinə inşa ediləcək şəhidlər abidə kompleksi ilə də bağlı söhbət aparıb, onların fikirlərini öyrənib. Daha ətraflı »
30İyl
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ müharibəsinin ikinci qrup əlili, 26 iyul 2022-ci il tarixdə özünü yandırmağa cəhd edən Vəliyev İlqar Qabil oğlunu qəbul edib. Qazi Tərtər şəhər 5 saylı körpələr evi-uşaq bağçasında musiqi müəllimi işləyən qızı Fəridə Əliyevanın analıq məzuniyyəti pulunun gecikdirilməsindən əsəbləşərək, özünü yandırmağa cəhd etdiyini və bunun səhv hərəkət olduğunu bildirib.
İlqar Vəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2007-ci ildə Tərtər Şəhəri Elman Səfərov küçəsində 2 mərtəbəli yaşayış evində 2 otaqlı mənzillə və “Nazlifan” markalı minik avtomobili ilə təmin olunub, dövlət tərəfindən müharibə əlillərinə göstərilən bütün imtiyazlardan istifadə edir.
İcra başçısı əlaqədar qurumlarla danışaraq qazinin problemini həll edib.
29İyl
Bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumu və təkrar əkinlərin aparılması prosesi davam edir.
Kənd təsərrüfatı naziri İnam Kərimov Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) yay şumu və təkrar qarğıdalı əkini prosesini izləyib, Ağdam, Bərdə, Yevlax, Tərtər, Goranboy rayonlarından olan fermerlərlə görüşüb.
Tədbirdə bir neçə əməliyyatı eyni zamanda aparmağa imkan verən yeni aqreqatlardan istifadənin əhəmiyyətinə toxunulub. Tədbir iştirakçılarına innovativ becərmə texnologiyaları – şum aparılması, reperləmə, torpağın ağır disk-li mala ilə üzlənməsi və təkrar əkin prosesi əyani nümayiş olunub.
Kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılığın inkişafı üçün subsidiya verilir, texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Bu günlərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzaladığını xatırladan nazir İnam Kərimov qeyd edib ki, yeni qərar ölkədə ərzaqlıq buğdanın istehsalını daha da stimullaşdıracaq: “Bildiyiniz kimi, bütün dünya ölkələrində, qlobal səviyyədə ərzaq təhlükəsziliyi ilə bağlı çağırışlar mövcuddur. Bu sahədə risqlərin qarşı-sının alınması üçün cənab Prezident tərəfindən ərzaqlıq buğda əkinlərini təşviq etmək məqsədilə müvafıq Fərman imzalanıb. Daha ətraflı »
29İyl
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov iyulun 23-də Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tərtər, Bərdə və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə nazir İnam Kərimov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra nazir İnam Kərimov Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 63 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən subsidiyaların ödənişi, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Daha ətraflı »
Yeni ismarıclar