“Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 20-21 oktyabr 2022-ci il tarixində Tərtər şəhər 6 saylı tam orta məktəbin binasında “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində tədbir keçirib.
Tədbiri giriş sözü ilə təşkilatın sədri, layihə rəhbəri Telman Dadaşov açaraq donor və icraçı təşkilat haqda iştirakçılara məlumat verib, layihənin məqsədini açıqlayıb. Bildirib ki, “layihənin məqsədi zərərli vərdişlərin fəsadları barədə yeniyetmə və gəncləri məlumatlandırmaqla sağlam həyat tərzini təbliğ etməkdir. İnsanın sağlam həyat tərzinə təhlükə yaradan zərərli vərdişlərdən ən çox yayılanı narkomaniyadır. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə mənbəyidir. Bu problem vətəndaş cəmiyyəti olaraq bizi də narahat edir. Ona görə bu mövzuya müraciət etmişik. Layihə 3 ay müddətində 4 rayonda (Ağdam, Ağcabədi, Tərtər və Bərdə) həyata keçiriləcək.”
Ekspert Səadət Feyziyeva mövzu ətrafında iştirakçılara geniş məlumat verərək bildirib ki, “Narkomaniya – bəşərin ən qorxulu bəlasıdır. Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar”. S.Feyziyeva Azərbaycan gələcəyi olan Gəncləri Vətəni sevməyə, fiziki və mənəvi cəhətdən sağlam olmağa, sağlam olmaq üçün isə sağlam həyat tərzi seçməyi və zərərli vərdişlərdən uzaq olmağı tövsiyə etdi. Daha ətraflı »
Yeni ismarıclar