Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,747
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Dek
    Xəbərlər Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri Tərtərə səfər edib üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Səfər çərçivəsində səfir Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri səfirə rayonun infrastrukturu, sosial-iqtisadi göstəriciləri, istehsal olunan kənd təsərrüfatı məhsulları, sahibkarlığın inkişafı üçün investisiyaların cəlb olunması barədə məlumat verib, Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə danışıb.
    Səfir mərkəzi meydanda Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtərə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıb, rayonun infrastrukturuna dəymiş ziyanı əks etdirən fotostendlərlə tanış olub.
    Sonra o, şəhərin Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun ermənilərin atdığı “Smerç” tipli raketin nəticəsində dağılmış evində olub. Bir tərəfdə açıq havada dağılmış ev müzeyinə, digər tərəfdə dövlətin həmin dağılmış evin yanında öz vətəndaşına tikdiyi evə baxıb.
    Sonra səfir Şıxarx qəsəbəsində böyük hissəsi ermənilər tərəfindən dağı-dılmış ”Marağa-150” abidəsində olub. İcra başçısı səfirə abidə haqqında məlumat verib. Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

  • 09Dek
    Digər Dekabrın 12-si Ümummilli Lider Heydər Əliyevin anım günüdür üçün şərhlər bağlıdır

    Ulu Öndərin müdrik kəlamları

    .Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz və qiymətli nailiyyətdir, bu nailiyyəti, dövlət müstəqilliyimizi daim qoruyub sax-layacağıq.
    .Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
    .Əgər hər hansı bir dövlətin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
    .Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.
    .Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır.
    .Həyatda hər kəsin öz mövqeyi olmalıdır– istər yaxşı, istərsə də pis. Ən təhlükəli adam şəxsi mövqeyi olmayandır.
    .Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi ilə tanınmışdır.

  • 09Dek
    Digər Heydər Əliyev haqqında demişlər üçün şərhlər bağlıdır

    Heydər Əliyevin zəngin təcrübəsi və müdrikliyi sayəsində əldə edilmiş nəticələr yeni müstəqillik qazanmış digər ölkələr üçün də gözəl nümunədir.

    Alkirdas Brazauskas,
    Litva prezidenti

    Türkiyəlilərin Atatürk kimi bir lideri vardır, azərbaycanlılar da xoşbəxtdirlər ki, onlar Heydər Əliyev kimi bir liderin ətrafında sıx birləşmişlər. Məhz buna görə də həm türkiyəlilər, həm də azərbaycanlılar öz talelərinə minnətdar olmalıdırlar. Aysel Köksoy,

    Türkiyə Böyük Millət
    Məclisinin millət vəkili

    Prezident Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycanda yəhudilər üçün yaradılan şərait dünyadakı bütün müsəlmanlar və yəhudilər üçün nümunə olmalıdır.

    Avraam Burq,
    Ümumdünya Yəhudi Agentliyi
    Direktorlar şurasının sədri Daha ətraflı »

  • 09Dek
    Ədəbiyyat VƏTƏN OĞLU üçün şərhlər bağlıdır

    Müasir Azərbaycanın əsas qurucularından olan və tarixə öz imzasını atan dahi şəxsiyyət Heydər Əliyev bu gün də xalqın yaddaşında və ürəyində yaşayır. Onun ali bir rəhbər kimi Azərbaycan üçün etdikləri xalq tərəfindən unudulmur, şeir və nəğmələrə, film və kitablara mövzu olur. Xalq onun üçün yaşayanları unutmur.

    Vətən oğlu, ata oldun bizə sən,
    Ata kimi qayğımızı çəkirdin.
    Şair kimi həssas idin sözə sən,
    Danışıqda sözdən sözü çəkirdin.
    Sənin rəmzin Azərbaycan bayrağı,
    Baş qoymağa, can verməyə hazırıq.
    Dan ulduzum – yurdumuzun mayakı,
    Şeir də bir təsəllidir, yazırıq.
     

    Ölkə olduq sən arzuna çatanda,
    Bir əlin od, bir əlin su olurdu.
    Millət rahat xumarlanıb yatanda,
    Yuxun bir an quş yuxusu olurdu.

     

    Adın-sanın yenilməz bir ordudu,
    İndi odlar diyarının özüsən…
    Azərbaycan Heydərlərin yurdudu,
    Gələcəyə baxanların gözüsən.

    Fikrət Qoca

    Yurdumuzda şan-şöhrətli hər nə var
    Yatmadığn günlər, aylar, illərdi;
    Ziyarətə gəlir səni bu yollar…
    Göz yaşımız məzarında güllərdi.
  • 09Dek
    Ədəbiyyat HEYDƏR ATAMIZ üçün şərhlər bağlıdır
    Azərbaycan adını,
    Azərbaycan xalqını,
    Dünyaya tanıtdıran,
    Heydər atamız oldu.
    Sinəndə köz də yansa,
    Dilində söz də yansa,
    Qarşında kim dayansa,
    Yaşa, ey odlar yurdu.
    Tanrı sənə yetirib,
    Heydər kimi bir oğlu.
    Keşiyində dayanıb
    Basılmaz, igid ordu.
    Damarında türk qanı
    Axan Heydər özüdür.
    Bütün türk dünyasında,
    Atatürklə özüdür.

    Zəminə Bayramova

  • 09Dek
    İdman Boks turniri üçün şərhlər bağlıdır

    Tərtər şəhər 1 saylı tam orta məktəbin idman zalında boks idman növü üzrə turnir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışaraq, yarışın keçirilmə məqsədləri haqqında məlumat verib.
    Yarışda ümumilikdə müxtəlif yaş qruplu 30 idmançı iştirak edib.
    20-27 noyabr tarixlərdə Bakı şəhərində keçirilmiş boks idman növü üzrə yeniyetmələr arasında ölkə birinciliyində çempion olmuş Məhəmmədəli Məmmədli və yarışın qalibləri Tərtər rayon Gənclər və İdman İdarəsinin Fəxri fərmanları ilə təltif ediliblər.

     

  • 09Dek
    Milli-mənəvi dəyərlər Azərbaycan və yəhudi xalqlarının dostluğu tarixin sınaqlarından keçib üçün şərhlər bağlıdır

    Xalqıımızın belə bir deyimi var: “Dost dar gündə tanınar”. Bu sözləri yəhudi xalqı haqqında da deyə bilərik. Həm tarixi faktlar, həm də yaxın keçmişimizdə yaşadıqlarımız sübut edir ki, bizi bir-birimizə dost edən cəhətlər çoxdur.

    AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Antropologiya Mərkəzinin doktorantı kimi tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyim “Azərbaycanda yaşayan Avropa yəhudilərinin müasir etnomədəni dinamikasının xüsusiyyətləri” adlı dissertasiya işimdə bu mövzunu hərtərəfli araşdırmağa çalışmışam. Müxtəlif vaxtlarda isə ölkəmizdə və xaricdə nəşr olunan çap mediasında “Aşkenaz yəhudilərinin adət və ənənələri haqqında”, “Aşkenaz yəhudilərinin Azərbaycan ərazilərinə gəlmələrinin tarixi”, “Aşkenaz yəhudiləri icmasının ictimai təşkilatları”, “Azərbaycan elminin, mədəniyyətinin və incəsənətinin inkişafında yəhudilərin rolu”, “Azərbaycanda yaşayan yəhudilərin subetnik qrupları haqqında”, “İkinci Dünya müharibəsi zamanı azərbaycanlıların yəhudilərə münasibəti haqqında” və s. elmi məqalələrlə çıxış etmişəm.
    Apardığım araşdırmalar nəticəsində belə qənaətə gəlmişəm ki, yəhudilərin Azərbaycana güclü axını tariximizdəki bir neçə mühüm mərhələyə təsadüf edir. Götürək elə Xalq Cümhuriyyəti dövrünü. Məlumdur ki, ömrü az olan, lakin bu az müddətdə azadlığımız, istiqlaliyyətimiz yolunda tarixi işlər görən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibində yəhudilər də vardı. XIX əsrin əvvəllərində Bakıda neft mədənlərinin işə düşməsi ilə əlaqədar Azərbaycana gələn bu millətin nümayəndələri müxtəlif sahələrdə azərbaycanlılara yaxından kömək göstərmişlər.
    Yəhudilərin Azərbaycana gəlməsinin sonrakı böyük dalğası İkinci Dünya müharibəsi illərinə təsadüf edir. Məhz bu zaman xalqımızın humanistliyi, qonaqpərvərliyi, tolerantlığı sayəsində alman faşizminin işgəncələrindən qurtulmağa can atan çoxsaylı yəhudi ailələri respublikamıza pənah gətirmişlər. Daha ətraflı »

  • 09Dek
    Xəbərlər Peşə və sahə assosiasiyalarının yaradılması dəstəklənir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, aidiyyəti dövlət qurumlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
    İclası Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq bildirib ki, peşə və sahə assosiasiyalarının yaradılması sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir.
    Rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədov çıxış edərək bildirib ki, Tərtər rayonu üzrə 2022-ci ilin 9 ayı ərzində rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 36 milyon 421,6 manat olub ki, bunun sayəsində 88 yeni iş yeri yaradılıb. Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə, bank və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur. Daha ətraflı »

  • 09Dek
    Şəhidlər Vətən yolunda sağlamlıqlarını itirənlər unudulmur üçün şərhlər bağlıdır

    Kəşfiyyatçı Elşadın ailəsində olub, qayğıları ilə maraqlanıblar

    Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri ilə birlikdə Zolgəran kəndində 3-cü dərəcəli Vətən müharibəsi əlili Elşad Orucovun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
    Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Elşad kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
    Qeyd edək ki, “N” saylı əlahiddə kəşfiyyat taborunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Elşad Orucov Talış-Suqovuşan və Murovdağ istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
    Onun xoşbəxt ailəsi, 2 övladı var.
    Qazi şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 09Dek
    Xəbərlər Narkomaniyaya qarşı ən güclü silah maariflənmədir üçün şərhlər bağlıdır

    Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Yuxarı Sarıcalı kənd tam orta məktəbində şagirdlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
    Tədbirdə Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, mərkəzi rayon xəstəxanasının narkoloq həkimi Rima Axundova, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbirdə çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb. O deyib ki, bu işdə hüquq mühafizə orqanları ilə yanaşı, ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşür. Yalnız birgə səylərlə bu dəhşətli bəlanın yayılmasının qarşısını almaq olar. Elçin Qasımov həmçinin uşaqların tərbiyəsində ailənin rolunu xüsusi vurğulayıb. Daha ətraflı »