Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan
    Xəbərlər Ulu Öndər faciəni törədənləri kəskin ittiham edib üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində Qanlı Yanvar hadisələri haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərin roluna həsr olunmuş tədbir keçirilib.
    Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkənin digər rayonlarında sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədilib. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını məhv etmək idi. Ümummilli Lider Moskvada özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra – 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda baş verən qırğını dünya ictimaiyyətinə çatdırdı. Mətbuat konfransında Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M. Qorbaçovu kəskin ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.
    Sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini–dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Mərkəzi Kitabxana Sisteminin müdiri Reyhan İsmayılova, Mədəniyyət Mərkəzinin əməkdaşı Sadiq Quliyev çıxış edərək 33 il əvvəl Bakıda törədilmiş qanlı faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən da-nışıb, qanlı hadisəni Azər-baycan xalqının azadlıq mübarizəsinin parlaq səhifəsi adlandırıblar.

     

  • 31Yan
    Digər Rəsm sərgisi üçün şərhlər bağlıdır

    20 Yanvar faciəsi”nin 33-cü ildönümü münasibətilə Tərtər rayonu üzrə təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini–dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Tərtər rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov iştirak ediblər.
    Çıxış edənlər xalqımızın azadlıq mübarizəsindən, 33 il əvvəl Bakıda törədilən qanlı hadisənin səbəbləri və ağır nəticələrindən danışıblar. Bildirilib ki, 20 Yanvar xalqımızın tarixinin həm hüzn, həm də şərəf günüdür. Çıxışlardan sonra sərgiyə baxış keçirilib.

  • 31Yan
    Digər HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və təhsil sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli və gənc müəllimlər iştirak ediblər.
    Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
    “Dəyirmi masa”nı giriş sözü ilə açan Zabil Paşayev bildirib ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə – Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük səyi olmuşdur. Ulu Öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Bu gün isə cənab Prezidentimiz bu siyasəti uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir, ölkənin idarə olunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir. Müasir Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və məqsədyönlü gənclər strategiyasına sadiqdir. Daha ətraflı »

  • 31Yan
    Digər ERMƏNİ QƏDDARLIĞI İLƏ ÜZLƏŞƏN TALELƏR üçün şərhlər bağlıdır

    Bu gün hər bir Qərbi azərbaycanlının ürəyi sevinc hissi ilə çırpınır. Buna səbəb Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı xarici və daxili siyasətdir. Onlar əmindirlər ki, ən böyük dərdimiz olan Qarabağ məsələsini həll edən dövlətimizin başçısı Qərbi azərbaycanlıların da hüquqlarının dünya miqyasında tanınmasına nail olacaq. Gün gələcək, vaxtilə öz qədim yurdlarından didərgin düşən, zorla çıxarılan insanlar, onların övladları, nəvələri həmin yerlərə qayıdacaqlar. Redaksiyamızın qonağı –rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovun ailəsi də vaxtilə Qərbi Azərbaycanda yaşayıb. İndi onlar Tərtərin İrəvanlı kəndində məskunlaşıblar. Faiq müəllimlə söhbətimiz də elə bu barədədir. O, nənələrindən, babalarından eşitdikləri xatirələri bizimlə bölüşüb.

    QÜDRƏT NƏNƏNİN FACİƏSİ

    Faiq müəllimin dediklərindən: “Qüdrət Şirinova mənim ana nənəm olub. Onun ailəsi Dərələyəz mahalının Ağkənd kəndində yaşayırdı. Ailədə ata-ana və 7 uşaq olublar. 1918-ci il qırğınında kənddən qaçıblar. Uşaqlıqdan daim ailəmizdə bu barədə söhbət düşəndə, qadınların ağladığını görürdüm. Qüdrət nənəmin adı çəkiləndə məni də qəhər böğur”.
    …Həmin gün bu insanların gözləri ətrafdakı gözəlliyi görmürdü. Evlərindən də heç nəyi götürə bilməmişdilər. Yalnız uşaqların əllərindən tutaraq var güclərilə qaçırdılar. Hələ qırxı çıxmamış körpəni ana 12 yaşlı qızı Qüdrətin belinə bağlamışdı. Namərdlərin gülləsi isə heç kimə aman vermirdi. Qaçanların sırası getdikcə seyrəlirdi. Güllənin biri Qüdrətin anasına dəydi. Qadının bədəni boşaldı, əllərindən tutduqları uşaqlar qorxudan qaçdılar, o isə var gücünü toplayaraq üzünü qızının kürəyində ağlayan körpəsinə doğru çevirdi. Qüdrət onun bu son istəyini anladı, uşağı kürəyindən açıb, anasının soyuyan sinəsi üzərinə qoydu. Uşaq elə oradaca səsini kəsdi. Ölümün hələ nə olduğunu anlamayan bu yeniyetmə qız isə insan axınına qoşularaq yoluna davam etdi. O, qaçdı, ancaq ömrünün sonuna qədər bu səhnədən qaça bilmədi – qanına boyanmış ana və onun sinəsində sakitcə uyuyan balaca bir uşaq…
    Faiq müəllim deyir ki, Qüdrət nənəmgil evdən 9 nəfər çıxmışdılar, mənzil başına, yəni Azərbaycana onlardan yalnız üçü gəlib çıxa bilib. Bir qardaş, iki bacı. Bu qardaş sonralar 12 ailə ilə birlikdə İrəvanlı kəndinin təməlini qoyan, yumşaqlığına, alicənablığına görə camaatın “İpək Abbas” deyə çağırdığı Abbas Soltanov olub. Digər bacının adı isə Zeynəb imiş. Ata-analarını, bütün əzizlərini itirmiş bu uşaqlar bir müddət Ağdamın Novruzlu kəndində yaşayıblar. Daha ətraflı »

  • 31Yan
    Kənd Təsərufatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır

    4152 ton şəkər çuğunduru istehsal olunub

    2022-ci ildə 193,4 hektar sahədə şəkər çuğunduru səpini həyata keçirən rayonumuzun torpaq mülkiyyətçiləri ilkin çəkidə 4152,4 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 214,7 sentnerdir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.
    Qeyd edək ki, vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

    11 min 385.1 hektarda payızlıq bitkilər səpilmişdir

    Rayonumuzda 15 min 477,2 hektar sahədə payızlıq şum aparılıb, 2023-cü ilin məhsulu üçün 11 min 385,1 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpinlərin 7092,4 hektarı buğda, 4138,7 hektarı dən üçün arpa və 154 hektarı yaşıl yem üçün xəsil arpadır.
    Bundan başqa, cari ilin məhsulu üçün 35,1 hektar sahədə baş soğan, 3 hektar sahədə sarımsaq, 904 hektar sahədə təzə yonca əkilib.

    Tərtər Rayon Statistika İdarəsi

     

  • 31Yan
    Kənd Təsərufatı 90 YAŞIN MÜBARƏK! üçün şərhlər bağlıdır

    Tərtər Bölgə Təcrübə Stansiyası – yüksək məhsuldar dənli bitkilərin yetişdirilməsi ünvanı

    Hörmətli oxucular, Tərtər Bölgə Təcrübə Stansiyası 1933-cü ildə Gəncə Seleksiya Stansiyasının dənli bitkilər şöbəsi əsasında yaradılmışdır. Burada bütün yaşayış şəraiti yaradıldıqdan sonra (körpələr evi-uşaq bağçası, rus dilində 7-illik məktəb, yaşayış üçün ictimai binalar və s.) Rusiya Federasiyasından kənd təsərrüfatı mütəxəssisləri və başqa obyektlərdə işləmək üçün mütəxəssislər gətirilmişdir. Həmçinin yerli azərbaycanlılar da işə qəbul olu-nurdular.

    Bu elmi idarənin əsas məqsədi Azərbaycanda kənd təsərrüfatının yüksəl-dilməsi və yeni dənli bitkilərin növlərinin artırılmasından ibarət olmuşdur. Ən öncə alınan “Arandəni“ bərk buğda sortunun məhsuldarlığı 30-35 sentner idi. Sonra “Şirvandəniz” arpa sortu(məhsuldarlığı 35-40 sentnerdir), “Naxçıvandə-ni” arpa (məhsuldarlıq 35-40 sentner), 1944-cü ildə “Şərq” bərk buğda sortu (məhsuldarlıq 35-40 sentner) olmuşdur. Beləliklə, stansiyada daha yüksək məhsuldar sortların alınması üçün qızğın işlər, elmi axtarışlar aparılırdı.
    1988-ci ildə yeni alınan “Mirbəşir-50” bərk buğda sortu 40-45 sentner məhsul verir.
    Ölkəmiz müstəqillik əldə etdikdən sonra burada güclü elmi təcrübələr aparılmış və nəticədə taxılçılıqda ən yüksək məhsuldarlığa nail olunmuşdur, hətta 2014-cü ildə “Fatimə” arpa sortu 80-90 sentner məhsul vermişdir.
    Bölgə Təcrübə Stansiya-sının elmi fəaliyyəti dövründə burada 50-dən çox bərk və yumşaq buğda, 7 arpa, 1 çovdar, bir tritikali və bir vələmir sortları alınmışdır. Stansiyada yeni dənli bitki sortları alınmaqla yanaşı, eyni zamanda yeni alimlər də yetişdirilib. Bu alimlər sırasında yerli tərtərlilər də vardır. Bəyiş Mirzəyev, Abdulla Abdullayev, Əjdər Sarıyev, Şirin Sarıyev, Fərman Qurbanov, Faiq Məmmədov, Mehman Babayev. Bu alimlər ayrı-ayrı vaxtlarda stansiyada direktor işləyiblər. Hal-hazırda stansiyaya yeni təyin olunmuş direktor Rəşad Familzadə ilk öncə iş rejiminə riayət etmək, məsuliyyətli olmaq, iş vaxtından səmərəli istifadə etmək, səliqə-səhman yaratmaqla qəsəbədə canlanmaya səbəb olmuşdur. İdarə ətrafindakı parkda, meşə zolağında ağacların budanması, gövdələrinin əhənglə ağardılması, yeni parkın salınması, idarə ətrafının və yolların təmiz saxlanılması qəsəbədə rəğbətlə qarşılanıb. Təsərrüfatın hər yerində canlanma gözəçarpandır. Daha ətraflı »

  • 30Yan
    Digər Tərtərdə şəhid Mehdiyev Yasənin qardaşının toy mərasimi keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtər rayonundan olan Vətən müharibəsi şəhidi Mehtiyev Yasənin qardaşı Murad Mehtiyevin toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, Vətən müharibəsi qaziləri, veteranları iştirak ediblər.

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan şəhid Yasən kimi oğlulların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Qeyd edib ki, şəhidlərimizin keçdiyi döyüş yolu gənclərimizə bir örnəkdir.

    Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə can sağlığı, diləyib, vətənpərvər oğullar böyütdükləri üçün şəhid valideynlərinə öz minnətdarlığını bildirib.

    Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Daha ətraflı »

  • 30Yan
    Şəhidlər İcra başçısı Borsunlu kəndində şəhid Elman Məmmədovun ailəsi ilə görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə  Borsunlu kəndində şəhid Məmmədov Elman Bəhmən oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

    Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.

    Azərbaycan Ordusunun əsgəri Məmmədov Elman Bəhmən oğlu 1991-ci il avqustun 17-də Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 2020-ci ilin oktyabr ayının 3-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, oktyabr ayının 4-də yaşadığı Tərtər rayonunun Borsunlu kəndində dəfn olunub. Daha ətraflı »

  • 30Yan
    Xəbərlər Borsunlu kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Borsunlu kəndində keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Rayon rəhbəri möhtərəm Prezidentin  diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan  nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib. O, dövlət başçısı cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclasında uğurla iştirak etdiyini, Forum çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini, Azərbaycanın malik olduğu iqtisadi və siyasi potensial barədə ətraflı məlumat verdiyini qeyd edib. Vurğulayıb ki, indi dünyanın aparıcı şirkətləri Azərbaycanın iqtisadi gücünü real dəyərləndirir və ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. Bütün bu nailiyyətlər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illərdir ölkəmizdə bərqərar olan siyasi və iqtisadi sabitlik, aparılan ardıcıl mütərəqqi islahatlarla birbaşa bağlıdır. Daha ətraflı »

  • 30Yan
    Xəbərlər YAP Tərtər rayon təşkilatında 2 fevral –Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir üçün şərhlər bağlıdır

    YAP Tərtər rayon təşkilatında Tərtər rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının Tədbirlər Planına əsasən 2 fevral –Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.

    Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə əvvəlcə 2 fevral Gənclər Günü münasibətilə Tərtər gənclərini təbrik edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, 2 fevral – Azərbaycan Gəncləri Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci ildə imzaladığı müvafiq Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Sədr Eldar Əsədov bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olub. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Gənclər siyasəti ilə bağlı görülən işlər bir daha onu deməyə əsas verir ki, bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik formalaşdırılır, bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə gələcək inkişafımızın möhkəm əllərdə olacağına böyük əminlik yaradır. Daha ətraflı »