Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 01İyn
    Xəbərlər İcra başçısı Qaynaq kənd ümumi orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 117 şagirdin təhsil aldığı Qaynaq kənd ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb edilməsini və gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.

    Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

  • 01İyn
    Xəbərlər Rayon rəhbərinin Qaynaq kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Qaynaq kəndində keçirilib.

    Qəbulda Rayon Prokuroru Əli Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub. Daha ətraflı »

  • 30May
    Digər Laçının müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olacaq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 28 may tarixində Laçın şəhərində

    çıxış edib. O bildirib ki, Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir.

    Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır.

    Laçın şəhərinin Baş planı hazırlanıb. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.

    Qeyd olunub ki, Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq.

    Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək. Daha ətraflı »

  • 30May
    Digər Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

     

    Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirildi. Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı edib.

    Ölkə başçısı çıxışında qeyd edib ki, sülh gündəliyi öz aktuallığını qoruyur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var.

    Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub.

    Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir.

    Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.

    Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.

    Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır.

    Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir. Daha ətraflı »

  • 26May
    Digər, Mədəniyyət “Heydər Əliyev İli-2023”: Tərtərlilərə “Nurlu ömrün anları” tamaşası təqdim olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon Mədəniyyət Mərkəzinin səhnəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət  Azərbaycan Dram Teatrının atyorları Ümummilli Lider Heydər Əliyevin 100 İllik  yubileyi münasibəti ilə  tərtərlilərə “Nurlu ömrün anları”  tamaşasını təqdim ediblər.

    Tamaşanın quruluşçu rejissoru, rəssam və musiqi tərtibatçısı İftixar Piriyevdir.  Tamaşada “Əməkdar artist” Esmiralda Şahbazova, Aktyorlardan Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Sevinc Hüseynova, Bəhruz Cabarzadə, Arzuman Tarverdi, Güney Əliyeva, Pərvin Dadaşova, Xədicə Məmmədova, Sevinc Bəxtiyar və Zəki Fətəliyev  iştirak ediblər. Aktyorlar dahi rəhbərin ömrünün yaddaqalan anlarını tamaşaçılara poetik ifadələrlə çatdırıblar. Onların çıxışları alqışlarla qarşılanıb.

    Sonda Tərtər  Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov      Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması və 28 noyabr 2022-ci il  tarixdə “Azərbaycan Respublikasında 2023-cü ilin  “Heydər Əliyev İli” elan edilməsi ilə  bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında  imzaladığı   sərəncamlar və rayonda həmin sərəncamların icrası ilə bağlı  icra hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq keçirilən və keçiriləcək tədbirlər barədə məlumat verərək, Ulu Öndərin mədəniyyət və incəsənət adamlarına göstərdiyi diqqət və qayğını dilə gətirib.

    Rayon rəhbəri  teatr kollektivini ugurlu çıxışlarına görə səmimi qəlbdən təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayaraq, kollektivə rayon icra hakimiyyətinin təşəkkürnaməsini və xatirə hədiyyəsi təqdim edib.

     

     

     

     

  • 26May
    Digər Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi qaydalarına əməl edək! üçün şərhlər bağlıdır

    Kənd təsərrüfatında məsul bir dövrün – dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir.

    Əlbəttə, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir. Ona görə də, dənli və texniki bitkilərin tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu əhəmiyyətli məhsulun, xüsusən strateji əhəmiyyətli taxılın yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmalı, bütün zəruri tədbirlər həyata keçirilməlidir.

    Birinci növbədə qeyd  edilməlidir ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil,  həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümdə vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur.

    Qeyd edək ki, hər il ot və taxıl yığımı mövsümünə hazırlıq dövründə Dövlət Yanğın Nəzarəti Xidməti bütün regionlarda yerli icra hakimiyyətlərinin, bələdiyyə sədrlərinin, fermerlərin, aqroservis, meşə mühafizəsi və bərpası idarələrinin, eləcə də digər aidiyyəti müəssisə rəhbərlərinin iştirakı ilə seminarlar, yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirir. Amma hər il bu tədbirlərin keçirilməsinə baxmayaraq, təəssüf ki, taxıl sahələrində, meşələrdə yanğın hadisələri baş verməkdədir. Daha ətraflı »

  • 26May
    Xəbərlər “Heydər Əliyev İli-2023”: Tərtərdə “Xalq Cümhuriyyətinin varisi müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyevdir” adlı “dəyirmi masa” keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının  təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin   100 illik yubileyinə həsr olunmuş “Xalq Cümhuriyyətinin varisi müasir, müstəqil Azərbaycan dövlətinin banisi  ümummilli lider Heydər Əliyevdir” mövzusunda “dəyirmi masa” keçirilib.

    “Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və rayon içtimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha ətraflı »

  • 26May
    Digər 28 MAY MÜSTƏQİLLİK GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan, ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.
                                                                                            İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    Uğurlarımızı artırmağa çalışırıq

    Azərbaycan Demokratik Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu müddət ərzində böyük işlər görə bilmişdir.
    Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Onların arasında qadınlara səsvermə hüququnun verilməsi xüsusi yer tututr. Cümhuriyyət qurucuları ölkədə savadlı kadrların yetiş-məsinə də böyük önəm vermişlər. Məhz həmin dövrdə Bakı Dövlət Universiteti yaradılmışdır.
    Azadlıq fədailərinin istəyi Vətənimizi azad, xoşbəxt və müstəqil görmək idi. Bu gün onların bütün arzuları ölkəmizin həyatında öz əksini tapır.
    Xüsusən 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra Azərbaycanın gücü və qüdrəti daha da artıb. İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə start verilib.
    Biz gənclər müstəqil, suveren Vətənimizlə fəxr edir və Azərbaycanın layiqli vətəndaşları olmaq, onun gələcək inkişafına öz töhfələrimizi vermək üçün daha yaxşı oxumağa, uğurlarımızı artırmağa çalışırıq.

    Səbinə ELXANQIZI,
    Naxçıvan Dövlət Universitetinin
    jurnalistika ixtisası üzrə I kurs tələbəsi

  • 26May
    Digər TARİXİMİZİN ƏN ŞANLI VƏ PARLAQ SƏHİFƏSİ üçün şərhlər bağlıdır

    Yüz beş il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən – Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
    Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tari-xi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
    Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir döv-lət kimi dünyanın siyasi xəritəsindən si-linməsinin qarşısını aldı. Daha ətraflı »

  • 26May
    Təhsil TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI – ŞUŞA üçün şərhlər bağlıdır

    Ş-ərəf, U-ğur, Ş-əhadət, A-zadlıq və daha nələ-nələr yaza biləcəyimiz ecazkar şəhər.
    İgid oğullarımızın şərəflə uğur qazanmaq üçün şəhadət şərbəti içib azadlığa qovuşdurduğu qədim şəhər. Adı çəkilən zaman izahı olmayan qürur bürüyür insanın qəlbini, ruhunu. Necə də gözəl, necə də fərəhlidir azad Şuşadan yazmaq.
    2023-cü ilin Şuşanın Türk Dünyasının Mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar təhsil müəssisələrində keçirilən tədbirlərə məktəbimiz də özünəməxsus şəkildə qoşuldu. Fərqli və maraqlı formatda təşkil olunmuş tədbirimizdə Şuşaya – o füsünkar diyara xəyali səyahətə yollandıq. Vacibdir ki, səyahət edəcəyimiz yerin tarixi, iqlimi, mədəniyyəti, mətbəxi, tanınmış şəxsiyyətləri haqqında məlumatlı olaq. Elə bu səbəbdən də məktəbimizin fənn müəllimləri səyahətimizə bələdçilik etdilər. Belə ki, məktəbimizin tarix müəllimi Yavər Abbasova Şuşanın tarixi, yaranması, işğalı və azad edilməsi haqqında tədbir iştirakçılarına əhatəli və dolğun məlumat verdi.
    Bizə bu səyahətdə bələdçilik edən məktəbimizin biologiya müəllimi Raya Əliyeva Şuşanın flora və faunası haqqında geniş və maraqlı məlumatları iştirakçıların diqqətinə çatdırdı. Daha ətraflı »