Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11İyl

    “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Bir Uşaq–Bir Dünya” adlı layihə çərçivəsində növbəti tədbirini Tərtərdə keçirib.
    Layihə rəhbəri Anar Yusifzadə bildirib ki, əsas məqsəd cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltməkdir.
    “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru, təlimçi Günel Səfərova uşaq zorakılığının formaları, zorakılıq vasitələri, zorakılıqdan qorunma mexanizmləri haqqında məlumat verib. İcraçı direktor ailənin müasir dünyada dəyər olduğunu qeyd edib.O bildirib ki, uşaqlar təkcə gələcəyimiz deyil, həm də indimizdir, bunu unutmayaq! Uşaqların təhsil almasının vacibliyini qeyd edən Günel Səfərova Azərbaycanın ailə modelinin nümunə olduğunu da xatırladıb.
    Millət vəkili Sahib Alıyev uşaq hüquqlarının müdafiəsinin dövlətin prioritet istiqaməti olduğunu qeyd edərək bu sahədə ciddi addımlar atıldığını vurgulayıb. O qeyd edib ki, ailə dəyərlərinin kökündə uşaga sevgi durmalıdir və valideynlər öz məsuliyyətlərini anlamalıdırlar.
    Mediada ailə dəyərlərinə xələl gətirən halların daha çox işıqlandırılmasından narahatlıq ifadə edən Sahib Alıyev bunu təhlükəli hal, mənəvi virus kimi qiymətləndirib.
    Tərtərdə gözəl nəsil yetişdiyini diqqətə çatdıran Sahib Alıyev aprel döyüşləri zamanı tərtərli gənclərin vətən sevgisindən də danışıb.
    Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 23 yaşayış məntəqəsi təmas xəttində yerləşən Tərtərin qəhrəman şəhər, əhalisinin cəsarətli olduğunu vurğulayıb. O qeyd edib ki, Ermənistanın təcavüzü, əraziyə Sərsəng su anbarından gələn suyun kəsilməsi və tez-tez torpaqlarımızın yandırılması zorakılığın ən böyük formasıdı. Onun fikrincə, belə hallar əhalinin psixoloji vəziyyətinə təsir edir ki, bu da zorakılıqdı.
    Müstəqim Məmmədov son zamanlar cənab Prezident İlham Əliyevin regiona göstərdiyi diqqət və qayğıdan da danışıb, qeyd edib ki, bu, uşaq müdafiə sisteminə müsbət təsir edir.

    Müəllif: Redaktor, 10:49

    Teqlər:

İsmarıclar bağlıdır.