Tərtər şəhərində təşkil edilən satış-yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib. Məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılıb. Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin öz məhsullarını bazara çıxarmasına kömək etmək, bazarlarda süni qiymət artımının qarşısını almaq, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaqdır.
Şəhərin Mehdi Hüseynzadə küçəsində, əhalinin gediş-gəlişinin sıx olduğu yerdə təşkil edilən yarmarkaya alma, mandarin, apelsin, qoz və fındıq ləpəsi, yerli soğan, kartof, pendir və şor, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb. Alıcılar yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər. Satış-yarmarkanın hər həftənin şənbə və bazar günləri təşkil edilməsi nəzərdə tutulur.
-
23Fev
Müəllif: Redaktor, 11:32
Teqlər: Xəbərlər