Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2014-cü ildən başlayaraq hər il fevral ayının 12-dən mayın 1-dək əhali pulsuz olaraq tibbi müayinədən keçirilir.
Bununla bağlı mərkəzi rayon xəstəxanasında baş həkimin müavini Sevda Əliyeva ilə əlaqə saxladıq. Həkim bildirdi ki, ötən illərdə olduğu kimi bu il də pulsuz tibbi müayinəyə insanlar həvəslə gəlir, bu kampaniyada yaxından iştirak edirlər.
Rayon icra hakimiyyəti tərəfindən təsdiq edilmiş cədvələ əsasən rayon mərkəzi xəstəxanasında vətəndaşların pulsuz müayinəsi davam edir.
Ümumiyyətlə, rayon üzrə əhalinin kütləvi müayinə olunması üçün 6 həkim briqadası fəaliyyət göstərir. Bununla yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da əhalinin tibbi müayinədən keçirilməsi işləri mütəşəkkilliklə təşkil olunub.
Rayon ərazisində yaşayan, müayinəyə gələ bilməyən xəstə, qoca insanları səyyar 6 həkim biriqadasının üzvləri tibbi müayinədən keçirirlər.
Rayon ərazisində məskunlaşan qaçqın və məcburi köçkün soydaşlarımız da diqqətdən kənarda qalmırlar.
Hər il olduğu kimi, yenə də pulsuz tibbi müayinədən keçən vətəndaşlar ölkə Prezidentinə öz dərin təşəkkürlərini bildirirlər.
Əhalinin kütləvi tibbi müayinədən keçirilməsi kampaniyası davam edir.
Əvəz NƏSİROV