Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Fev

    DSC_9012 (Копировать)Tərtər rayonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyilə həyata keçirdiyi “Regionlarda məcburi köçkün gənclərin Vətəndaş Cəmiyyəti quruculuğunda iştirakının dəstəklənməsi” layihəsinin bağlanış tədbiri keçirilib.
    Rayona səfər edən qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Rayon rəhbəri cəbhə xəttində yerləşən Tərtər rayonunun sosial—iqtisadi inkişafı haqqında onlara geniş məlumat verib. BAMF-ın Tərtər rayonunda gördüyü sosial-humanitar işləri də yüksək qiymətləndirib. Rayon rəhbəri ölkədə kənd təsərrüfatına göstərilən qayğının nəticəsində Tərtərdə pambıqçılığın, baramaçılığın, meyvə-tərəvəz istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib.
    İcra başçısı tədbir iştirakçılarına may ayından başlayaraq noyabrın əvvəllərinə kimi işğal altındakı Sərsəng su anbarından Tərtər rayonu istiqamətində axan Tərtər çayının qarşısının ermənilər tərəfindən bağlanması səbəbindən bölgədə əkin sahələrinin suvarılmasında problemlərin yaranması, çaylarla partladıcı maddələrin axıdılmasına dair də məlumat verib.
    Tədbirdə Tərtər rayonunun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, BAMF-ın prezidenti Umud Mirzəyev, Amerika səfirliyinin nümayəndələri-siyasi şöbənin əməkdaşı Villiam Solley və qaçqınlarla iş üzrə regional koordinator Conatan Heys, eləcə də layihənin əhatə etdiyi Bərdə, Tərtər, Ağdam rayonlarından olan məcburi köçkün gənclər, müxtəlif icra strukturu nümayəndələri iştirak ediblər.
    Tədbirdə layihə çərçivəsində görülən işlərə dair, eləcə də BAMF-ın humanitar proqramların həyata keçirilməsində Amerika hökuməti ilə 15 ildən çox davam edən əməkdaşlığına, Amerikanın Azərbaycandakı səfirliyinin, Amerikanın Tədqiqat Əməliyyat Mərkəzinin, İREX-in dəstəyi ilə həyata keçirilən müxtəlif layihələrə dair videoçarx nümayiş olunub, təqdimatlar keçirilib. Daha sonra ətraf mühitin və dayanıqlı inkişaf hədəflərinin təşviqi, erkən nikah və onun fəsadları, narkomaniya və tütün istehsalına qarşı maarifləndirmə, sülhü təbliğ etməklə zorakılıq və ekstremizmə qarşı mübarizə, tariximizin və mədəniyyətimizin təbliği mövzularında gənclərin iştirakı ilə hazırlanan forum teatrlar təqdim edilib.
    Tədbir sonrası Amerika səfirliyinin nümayəndələri BAMF-ın regionda gördüyü işlərlə tanış olub, Tərtər Peşə Təlim Mərkəzini ziyarət ediblər.

    Müəllif: Redaktor, 13:56

    Teqlər:

İsmarıclar bağlıdır.