Tərtər Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayon Gənclər Mərkəzində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umudov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon “Cümə” Məscidi Dini İcmasının sədri Sadiq Cəfərov, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Elvin Umudov “Şəhadət” sənədli filmi haqqında danışaraq bildirib ki, film gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir.
Sadiq Cəfərov çıxışında İslamda şəhidlik məqamından danışıb. Bildirib ki, başqa dövlətlərdə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmağın dinimizlə heç bir əlaqəsi yoxdur.
“Yeni Tərtər”