Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Sen

    14890593315818035388_1000x669Mehriban xanım Əliyevanı bütün Azərbaycan sevir. Tərtərdə də ölkənin Birinci vitse-prezidentinə xüsusi doğma münasibət var. Deyirlər ki, əsl doğmalıq çətin gündə bilinir. Ötən ilin aprel hadisələri zamanı biz bunun şahidi olduq. Erməni quldurlarının açdıqları artilleriya atəşləri nəticəsində evləri dağılmış, böyük çətinliklərlə üzləşmiş insanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı Tərtərdə öz həyətlərində görəndə, inandılar ki, onlar tək deyillər. Hər bir şey əvvəlkindən də yaxşı olacaq. Prezident İlham Əliyevin və Mehriban xanımın sakinlərlə görüşü zamanı təlaş, həyəcan hissləri sevinclə əvəz olunurdu.
    Həmin unudulmaz gündə qızı Elmira Səfərovanın zəhmət bahasına tikdirdiyi evin qalıqlarının yanında Maya nənə əsl övlad məhəbbəti ilə onu qucaqlayan bu böyük, xeyirxah insanlara demişdi:
    –Düşmənimiz çox qəddar və məkrlidir. Ancaq onlar eşitsinlər ki, evimizi dağıda bilərlər, bizə maddi ziyan vurarlar, lakin ürəyimizdəki inam hissini, dövlətimizə, ölkəmizin başçısına, Mehriban xanıma olan məhəbbəti azaltmaq mümkün deyil.
    Elə bu inam və məhəbbətin nəticəsi olaraq Tərtər şəhərində və rayonun kəndlərində aprel hadisələri zamanı dağılmış evlər Prezident İlham Əliyevin sərəncamı əsasında ayrılmış vəsait hesabına çox qısa bir zamanda bərpa olundu.
    Həmin ilin dekabr ayında Tərtərə ikinci səfərləri zamanı Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva Maya nənə ilə artıq yenidən tikilmiş, çox yaraşıqlı bir evdə görüşdülər. Sadə, zəhmətkeş bir ailənin üzvləri dövlət rəhbərləri ilə bir süfrədə əyləşib onların xeyir-duasını aldılar. Bu ailə kimi minlərlə tərtərli üçün, milyonlarla azərbaycanlıdan ötrü Mehriban xanım nəcibliyin, xeyirxahlığın, humanizmin timsalıdır.
    Apreldə baş verən 5 günlük müharibədə Tərtər rayonu da şəhid verdi. İsgəndərovlar ailəsi ilə birlikdə hamımız bu itkinin acısını yaşadıq. Həmin günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva aprel hadisələri zamanı həlak olanların ruhlarına hörmət olaraq Heydər Məscidində ehsan verdi, burada şəhid ana və bacıları, həyat yoldaşları ilə görüşdü. Mərasimdə iştirak edən şəhid Nicat İsgəndərovun anası Maya İsgəndərova deyir ki, Mehriban xanım bu dərdi öz dərdi kimi qəbul edir, o, həlak olan hər bir şəhidin anası, bacısıdır. Çətin gündə insana mənəvi dayaq, yerinə düşən təsəlli dünyanın bütün maddi nemətlərindən üstündür.
    Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkün ailələrində də böyük bir məhəbbətlə sevilən insandır. Rayonumuzun Şıxarx qəsəbəsində, Çaylı, Həsənqaya kəndlərində bu təbəqədən olan və aprel hadisələri zamanı evləri dağılan insanlarla görüşlərimiz zamanı biz bunun şahidi olduq. Yeni evlərə köçən ailələrin hər birində dövlət başçısına, ölkənin Birinci vitse-prezidentinə minnətdarlıq etdilər, razılıqlarını bildirdilər.
    Körpə yaşlarından ata-ana qayğısından məhrum olan uşaqlar onu öz anaları, həyatının ixtiyar ça-ğını qocalar evində keçirənlər övladı, şəhid anaları bacı hesab edirlər. O, hər birimizin, xalqımızın qüruru, fəxridir.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 12:29

    Teqlər:

İsmarıclar bağlıdır.