Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Avq

    DSC_4562DSC_4546Bizim nümayəndəlik Kəbirli və Bayandurlu kəndlərini əhatə edir. Rayonumuzun əksər təsərrüfatlarında olduğu kimi bu kəndlərin də əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Kəbirlidə təsərrüfatların sayı 225, Bayandurluda isə 119-dur.
    Kəbirli kəndinin torpaq sahəsi 670 hektar, Bayandurluda isə 350 hektardır. Ərazimizdə 14 subartezian quyusu işləyir. 9-u Kəbirli kəndi ərazisindədir.
    Kənd əməkçiləri bütün təsərrüfat sahələrini, o cümlədən əkinləri subartezianların suyu ilə suvarırlar.
    Bu il Kəbirli kəndində 70 hektarda buğda, 15 hektarda arpa, 160 hektarda günəbaxan, 31 hektarda qarğıdalı, 20 hektarda tərəvəz, 130 hektarda yonca, 6 hektarda kartof əkib becərmişlər. Kənddəki fermer və ailə-fermer təsərrüfatlarının başcıları ölkə prezidenti cənab İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barədəki tapşırığına əməl edərək təsərrüfatın bütün sahələrində nəzərdə tutulandan xeyli çox məhsul götürmüşlər.
    Elə sovet dönəmində də bizim camaat torpaqdan yaxşı məhsul götürürdü. İndi kəndliyə dövlət tərəfindən göstərilən dəs-tək, subsidiyaların ayrılması bu sahədə çalışanların işə olan həvəsini qat-qat artırıb.
    Fermerlərimiz pambıq, günə-baxan, qarğıdalı və yonca sahə-lərində də son becərmə işlərini yüksək keyfiyyətlə davam etdirirlər.
    Kənd sakinləri həm də həyətyanı sahələrində mal-qara, qoyun-keçi, ev quşları bəsləyirlər. Kəbirli kəndində mal-qaranın sayı 619 baş, qoyun-keçilərin sayı 659 baş, quşların sayı isə 2631 başdır. Kənd əhalisi ailə büdcələrini möhkəmləndirmək üçün bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayırlar.
    Görülən yaxşı işlərimizlə yanaşı ərazidə nöqsan və çatışmazlıqlar da var. Bunların ən əsası Kəbirli və Bayandurlu kəndlərinə gələn yolun asfaltlanmamasıdır. Ərazidə təsərrüfatların suvarma suyuna olan tələbatını ödəmək üçün 4 ədəd, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 1 ədəd subartezian quyusunun qazılmasına, Kəbirli kəndində uşaq bağçasının açılmasına, kəndlərdə elektrik xətlərinin “SİP” kabellə əvəzlənməsinə ehtiyac var. Elektrik naqilləri illər öncə çəkildiyi üçün, külək əsən kimi naqillər qısa qapanma verir, işıqlar sönür. Əminəm ki, bu çatışmazlıqlar yaxın vaxtlarda öz həllini tapacaqdır.

    Azər YAQUBZADƏ,
    Kəbirli kənd İƏD üzrə icra nümayəndəsi

    Müəllif: Redaktor, 16:32

    Teqlər:

İsmarıclar bağlıdır.