Xalqımız əsrlərdən bəri öz milli dəyərlərinə sadiq qalmış, adət-ənənələrimizi, dinimizi və dilimizi yaşadaraq bu mənəvi sərvəti gələcək nəsillərə ötürmüşdür. Azərbaycanda Sovet hakimiyyəti qurulduğu illərdə rus imperiyası dinimizi, milli bayramlarımızı, milli varlığımızı təşkil edən folklorumuzu və digər özümüzəməxsus adətlərimizi yasaq etməyə çalışsa da, bunu bacarmamışdır. Çünki bunlar hər bir azərbaycanlının şüuru ilə yanaşı ürəyindədir, varlığındadır. Qadağalara baxmayaraq, hətta ateizm dərsləri keçənlərin belə ürəyində Allaha inam həmişə olmuşdur. Çünki kiçik yaşlarından onlara bu cür tərbiyə vermişlər: “Çörək yerə düşərsə, onu qaldırıb öpməlisən. Çörək müqəddəsdir və müqəddəs kitabımız olan Qurani- Kərimə bərabər tutulur”.
Azərbaycanda olan ailə modeli də qədim zamanlardan bu günə kimi digər ölkələrdən fərqlidir. Böyüklərə hörmət, kiçiklərə qayğı bu ailənin əsas qayəsini təşkil edir. Böyüklərə hörmət nə deməkdir? Bu, öz keçmişinə, soykökünə, ailənin və eyni zamanda daha geniş mənada kəndinin, elinin-obanın, şəhəri-nin, bütövlükdə xalqının adət və ənənələrinə hörmət və məhəbbətdir. Bunsuz həyatın davamı yoxdur, varsa da, belə həyatın mənası ola bilməz.
Nənələr bizim canlı tariximizdir. Deyirlər ki, nənə-baba yanında böyüyən uşaqlar tama-milə fərqli olurlar. Bu, həqiqətən də belədir. Valideynlərin övladların tərbiyəsindəki rolunu heç də kiçiltmədən deyə bilərik ki, nənə və babalar böyüyən nəslə daha çox sevgi aşılaya bilirlər-doğma Vətənə, insanlara, təbiətə sevgi. Bu, onların nəvələrə vaxt ayırmaları ilə yanaşı, həm də zəngin həyat təcrübələrindən irəli gəlir.
Bu mənada ulu öndər Heydər Əliyevin ailə ənənələri xal-qımız üçün əvəzsiz xəzinədir.
Adət-ənənələrə bağlılıq insanın harada yaşamasından asılı deyil. Xarici ölkələrə səfərləri zamanı Azərbaycan diasporunun üzvləri ilə görüşlərində ümummilli lider Heydər Əliyev daim onlara xatırladırdı: “Bizim hamımızın bir vətəni var bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.”
Fərəhli haldır ki, bu gün ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılar milli dəyərlərimizi nəinki unutmur, həm də ən yüksək səviyyədə mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı dünyada təbliğ edirlər.
Bu gün Azərbaycan dün-yaya inteqrasiya şəraitində ya-şayır. Xalqların bir-birinə daha çox yaxınlaşdığı zamanda yaxşıları götürüb öz milliliyini saxlamaq xüsusilə vacibdir. Dünya bizim milli adətlərimizə heyranlıqla baxır. Bunu bu günlərdə keçiriləcək I Avropa Oyunlarına hazırlıq mərhələsi bir daha təsdiqlədi. Bütün bölgələrdə möhtəşəm Məşəl Festivalları keçirildi.
Həmin tarixi anları yaşamaq biz tərtərlilərə də nəsib oldu. Tərtər qonaqları öz gözəlliyi ilə valeh etdi. Bir tərəfdən rayonun özünün təbii relyefi, iqlimi, şəhə-rin mərkəzindən keçən arxlar, qocaman çinarlar, digər tərəf-dən isə son illərdə burada görülən tikinti, abadlıq və quruculuq işləri rayonumuzun gör-kəmini füsunkar etmişdir. I Avropa Oyunları məşəlinin yan-dırıldığı möhtəşəm Mərkəzi Meydanın yaxınlığında həmin gün tərtərli qadınlar sac asıb yuxa, kətə bişirir, nehrə çalxayır, yun əyirirdilər. Qədim mis əşya-lar nümayiş etdirilirdi. Yerli aşıq-lar, istedadlı müğənnilər öz bacarıqlarını göstərirdilər. Bütün bunlar Azərbaycan mədəniyyətinin, tarixinin, milliliyimizin bir parçası kimi əcnəbi qonaqlarda xoş təəssüratlar oyatdı və onlar tərtərlilərin qonaqpərvərliyindən razı qaldıqlarını söylədilər.
Son illər şəhərimizin Mər-kəzi meydanı tez-tez tərtərlilərin kütləvi tədbirlərinin şahidi olur. Vaxt var idi ki, Novruz bayramını hər kəs öz evində, ailəsin-də, nəzərəçarpmadan qeyd edirdi. Çünki xalqımızın bu qə-dim adətinə də dini don geyin-dirərək onu yaddaşlardan sil- mək istəyirdilər.
1969-cu ildə ulu öndər Heydər Əliyev birinci dəfə respublikamıza hakimiyyətə gələndə, Azərbaycan xalqına məxsus olan digər milli adət-ənənə-lərimiz kimi, Novruz bayramının da üzərindən bu qadağalar götürüldü. Nəticədə hələ Sovet Birliyi dövründə Novruz bayramı ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunmuşdur. Ötən əsrin 70-80-ci illərində Novruz bayramının təntənəli şəkildə keçirilməsi milli dəyərlərin qorun-ması, milli yaddaşın bərpası baxımından çox mühüm əhəmiyyət daşıyırdı.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqın sevimli bay-ramını dövlət səviyyəsində geniş qeyd etməyə başlamışlar. Bu isə yenə də ümummilli lideri-mizin arzularının gerçəkləşməsi, onun ideyalarının təntənəsi deməkdir. Çünki Heydər Əliyev milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yüksək formasını milli dövlətçilikdə görürdü. Milli dəyərlərimizin elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunub inkişaf etdirilməsinin nümunəsi bu gün Novruzun təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda, beynəlxalq səviyyədə qeyd olunmasıdır.
Cəbhə bölgəsi olan Tərtərdə isə bu bayramın özünəməxsus cəhətləri var. Hələ Novruzdan xeyli əvvəl, eləcə də həmin günlərdə məktəblilər, idarə və müəssisələrin kollektivləri, xüsusən mədəniyyət işçiləri sovqat hazırlayıb yaxınlıqdakı hərbi hissələrdə əsgərlərin qo-nağı olurlar. Düşmənlə üzbəüz mövqelərdə bayram konsertləri təşkil edilir. Belə tədbirlər birliyimizi nümayiş etdirməklə yanaşı, düşmənin gözünə ox kimi batır.
Şəhərin Mərkəzi meydanında nəhəng səməni qurulur. Burada xalqımızın qədim adət-ənənələri nümayiş etdirilir. Bu cür kütləvi tədbirlər zamanı gənc istedadların rəsm əsərlərinin nümayiş etdirilməsi, onların tanıdılması üçün yaxşı fürsət yaranır. Kitab sərgiləri də maraqla qarşılanır.
Ulu öndər deyirdi ki, milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən də milli dəyərlərin qorunmasının və müstəqil inkişafının təmin olunması məqsədini daşıyır. Ölkəmizdə keçmişimizə söykənən yeni adətlər yaranmağa başlayır.
Son illər Tərtərdə yaranan müasir və təqdirəlayiq ənənələrdən biri də Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə yolasalma mərasimləridir.
Sovet İttifaqının tərkibində olduğumuz illərdə, o zamankı hərbi komissarlıqların qarşısında çağırışçıları yola salarkən, müəyyən tədbirlər keçirilir, tövsiyələr verilirdi.
Bu gün gənclərimiz müstəqil Azərbaycanın qüdrətli Ordusu sıralarında xidmətə göndərilirlər. Tərtərdə bu mərasimlər möhtəşəm Bayraq Meydanında təş-kil olunur. Çağırışçılar müqəddəs Qurani-Kərimin altından keçirilir, Azərbaycan bayrağını öpüb, vətənimizi göz bəbəyi kimi qorumağa and içirlər.
Ulu öndərimizin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri də Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırması və dünyaya tanıtmasıdır.
Müstəqil Azərbaycan Res-publikası yaranandan sonra 1992-ci ilin 22 dekabrında ve-rilən fərmanla Azərbaycan Res-publikasının dövlət dili türk dili adlandırıldı. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Kons-titusiyada isə dövlət dilimizin Azərbaycan dili olduğu göstərildi.
2002-ci il sentyabr ayının 30-da 20 maddədən ibarət “Dövlət dili haqqında” qanun qəbul edildi. 2003-cü il yanvarın 2-də isə “Azərbaycan Respublikasının dövlət dili haqqında” fərman imzalandı.
Indi Azərbaycan dili müs-təqil dövlət dilidir. Azərbaycan dili yüksək tribunalardan səslənən bir dil olub. Dövlətlərlə sazişlər bu dildə imzalanır, əsrin müqavilələri bu dildə bağlanır. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran dildir.
Ulu öndər demişdir ki, hər bir xalqın milli mənsubluğunu, mədəniyyətini və incəsənətini inkişaf etdirən onun dilidir.
Biz də fəxr edirik ki, Heydər Əliyev ən yüksək tribunalardan Azərbaycan dilində danışmışdır. Ümummilli liderin siyasi varisi olan, onun ümumbəşəri ideyalarını ləyaqətlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan həqiqətlərini bütün dünyaya öz dilimizdə çatdırır.
Rayonumuzun ümumtəhsil məktəblərində Azərbaycan dilinin şagirdlərə öyrədilməsi, sevdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə dərsdənkənar maraqlı tədbirlər təşkil olunur. Məsələn, şəhər 6 saylı tam orta məktəbində Azərbaycan dili ilə bağlı keçirilən tədbirdə şagirdlər müxtəlif məruzələr dinləmiş, həmin məktəbin müəllimi Xalidə Quliyevanın yazdığı “Azərbaycan dili” şeirini söyləmişlər.
Müasir dövrümüzdə dünyaya inteqrasiya ilə əlaqədar dilimizin təmizliyinin qorunması sahəsində bir sıra problemlərlə üzləşirik. Belə ki, çox dil bilmək dövrün tələbidir və etiraf edirik ki, çox gözəl tələbdir. Müasir insan nə qədər çox dil bilsə, bir o qədər ölkəni öz evi hesab edə bilər. Ancaq əcnəbi dilləri bilmək doğma Azərbaycan dilimizin saflığına xələl gətirməməlidir.
Ulu öndərimiz milli dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edir, dil, adət-ənənə və milli mentalitetin rolunu yüksək qiymətləndirirdi.
Yuxarıda qeyd etdiyimiz kimi, müasir dövrdə yaranmış adət-ənənələrimiz var ki, onlar cəmiyyətdə çox müsbət qarşı-lanır. Ancaq bəzən adətlərimiz elə günə salınır ki, buna nə adət demək olur, nə də ki, müasirlik… Bu, xüsusən toy məclislərimizə aiddir. Əvvəllər toy-nişan məclisləri qohum-əqraba, dost-tanış tərəfindən sevinc hissi ilə qarşılanırdı. Indi bu cür məclislərdəki izafi xərclər, lazımsız dəbdəbə elə vəziyyət yaradıb ki, bəzən adamlar toy dəvətini şadyanalıqla deyil, həyacan hissi ilə qarşılayırlar…
Çünki bir-birinin ardınca düzülən toylar ailələrin büdcə-sinə təsirsiz ötüşmür.
Nədənsə toylarımızda qə-dim Azərbaycan havalarının çalınması da getdikcə unudulur, belə məclislərdə əksər vaxtlarda mənəvi zövq əvəzinə, hədsiz hay-küydən gərginlik yaşanır.
Elə yaslarımızın keçirilmə-sində də islam dininin qayda-qanunları bəzən pozulur, hal- buki belə mərasimlərdə israfçılıq xüsusilə yolverilməzdir.
Gənclərin tərbiyəsində televiziyanın və internet medianın əvəzsiz rolunu göstərməklə arzu edərdik ki, özəl kanallar bu verilişlərə Azərbaycan tama-şaçılarının baxdıqlarını unutmasınlar, bəzi soydaşlarımız isə müasir dövrün qarşımızda açdı-ğı hüdudsuz imkanları tərbiyəsiz-lik yaymağa deyil, xeyirli işlərə sərf etsinlər.
Azərbaycan tolerant ölkədir və bunu bütün dünya bilir. Öl-kəmizdə müxtəlif xalqların və ayrı-ayrı dinlərin nümayəndələri yanaşı mehriban yaşayırlar. Biz həmişə öz milli mentalitetimizi qoruyub saxlamış və onu üstün tutmuşuq. Lakin sirr deyil ki, bəzən mentalitetimizə xələl gətirən hallar da olur, xüsusən gənclər arasında. Qocalar evinə atılmış valideynlər, küçələrə atılmış körpələr haqqında eşi-dəndə inana bilmirsən ki, bunu edənlər azərbaycanlılardır.
Yaxud da din pərdəsi arxasında gizlənərək, əslində məlum olmayan məqsədlərə xidmət edən, böyüməkdə olan gənc nəslin şüuruna zərərli toxumlar səpən insanları da heç cür bağışlamaq olmur. Təəssüf ki, belə hallara rayonumuzda da rast gəlinir.
300-dən artıq şəhid vermiş bir rayonda gənclər üçün vətənpərvərlik nümunələri kifayət qə-dərdir. Buna baxmayaraq, yenə də kiminsə övladının xarici ölkələrdə ekstremistlərə qoşulmaları haqqında xəbərlər eşidilir. Bu məsələdə də xalqımızın qədim adətlərinə-ağsaqqal tövsiyəsinə, ailə tərbiyəsinə, cəmiyyətin birgə mübarizəsinə ehtiyac duyulur.
Qloballaşan dünyamızda milli-mənəvi dəyərlərimizin mühafizə edilərək gələcək nəsillərə ötürülməsi xüsusilə vacibdir. Milli irsimizin mühafizəsi məsələsi Azər- baycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb. Bu məsələ Prezident İlham Əliyevin də daimi diqqət mərkəzindədir. Məhz buna görə də indi Azərbaycanın adı dünyanın ən qüdrətli ölkələri ilə bir cərgədə çəkilir.
Svetlana Bağırova
“Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”
-
28May
Müəllif: Redaktor, 10:30
Teqlər: Digər