Narkomaniya bəşəriyyətin ən ağır problemlərindən biridir.Hazırda bəşəriyyət qarşısında duran ən mü-hüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır. Narkobiznes nəticəsində əldə edilən gəlirlər başqa transmilli cinayətlərə, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilir. Bu da öz növbəsində onun təhlükəliliyini daha da artırır. Dünyanın müxtəlif qaynar bölgələrində həyata keçirilən terror aktları, qırğınlar, dağıntılar, günahsız insanların, xüsusən də uşaqların ölümü ilə nəticələnən qorxunc hadisələrin çoxu beynəlxalq narkobiznes hesabına həyata keçirilir və günü bu gün də davam etməkdədir.
Qeyd etmək lazımdır ki, son illər respublikamızda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə digər bihuşedici maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün səviyyələrdə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatlarının da fəallığı nəzərəçarpacaq dərəcədə artmışdır. Bunu hüquq-mühafizə orqanlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə digər bihuşedici maddələrin qanunsuz dövriyyəsinə qarşı apardıqları mübarizənin vəziyyətini əks etdirən statistik məlumatlarda əyani şəkildə görmək mümkündür.
Xalqımızın Ümummilli Lilideri Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz döv- riyyəsinə qarşı mübarizəni ümum-dövlət vəzifəsi elan edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və beləliklə, cəmiyyət və dövlət üçün təhlükəli olan bu problemin həlli məqsədi ilə dövlət səviyyəsində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. 28 iyun 2005-ci ildə isə Milli Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi-nə qarşı mübarizə haqqında» Qa-nun qəbul olunmuşdur. Bu qanunun başlıca əhəmiyyəti ondan iba-rətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. Onu da qeyd etmək lazımdır ki, hazırkı mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac vardır. Narkomanlıq da narkotiklərin qanunsuz dövriy-yəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial və-ziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Bu onunla izah oluna bilər ki, narkomaniya öz-özlüyündə cinayətkarlığı, zorakılığı və korrupsi-yanı yaradır, qazanılmış immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyir. Təəssüflə qeyd olunmalıdır ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib. Ən acınacaqlı və haqlı narahatlıq doğuran hal gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçiliyin artmasıdır. Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənc-lərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısının alınması döv- lətimizin daimi nəzarətindədir. Məhz bu məqsədlə 2007-ci il 28 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın (2007-2012) təsdiq edilməsi barədə imzaladığı sərəncam insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış mühüm addımdır. Ölkə rəhbərinin narkomaniyaya qarşı mübarizəyə dair sərəncamından sonra insanları, xüsusilə, gəncləri sağalmaz xəstəliklərə düçar edən narkotik vasitələrdən istifadənin qarşısını almaq məqsədilə respublikamızın müxtəlif bölgələrində maarifləndirici layihələr həyata keçirmək, orta və ali tədris müəssisələrində vaxtaşırı bu dəhşətli bəlanın törətdiyi fəsadlar haqqında elmi söhbətlər aparmaq, xüsusi bukletlər hazırlayıb əhali arasında yaymaq, “Narkomaniyaya yox deyək!” başlığı altında inşa yazı müsabiqələri keçirmək, narkomaniyadan əzab çəkən insanların faciəli həyatından bəhs edən kinosüjetlər nümayiş etdirmək artıq bir ənənəyə çevrilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidenti cənab İl-ham Əliyevin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
İnamla qeyd etmək olar ki, bir sıra başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də geniş yayılmamışdır. Məlumdur ki, keçmiş sovetlər məka-nında yaşadığımız 70 il ərzində narkomaniya problemi ilə məşğul olmaq, ona qarşı mübarizə apar-maq əvəzinə sovet ideologiyasının təsiri altında sovet dövləti və cəmiyyəti daha çox bu problemi gizlətməyə, narkotizmin cəmiyyətdə mövcudluğunu inkar etməyə çalışırdı. Lakin Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminin üzərindən də pərdələr götürüldü və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxdı. Bir sözlə, problemə münasibətdə yeni mərhələ başlanıldı. Şərti olaraq «yeni» adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradıldı.
-
28May
Müəllif: Redaktor, 10:17
Teqlər: Digər