Elektrotravma-elektrik cərəyanının insan orqanizminə təsiri nəticəsində yaranan və dərhal tibbi yardım göstərilməsi lazım olan ağır zədələnmədir.
Elektrik naqilləri ilə, elektrik cihazları ilə işləyərkən təhlükəsizlik qaydalarına riayət et mədikdə, həmçinin qəzalar və texnogen fəlakətlər zamanı elektrik cərəyanı ilə zədələnmə baş verə bilər. Bundan başqa ildırım və son illər yaranmış yeni bir faktorlazer şüalanması da elektrotravma kimi insanların sağlamlığına təhlükə yaradır.
Elektrik cərəyanının insan orqanizminə təsiri əsasən iki tərkib hissədən ibarətdir.
-elekrik cərəyanının ümumi təsiri; yəni mərkəzi sinir siste-minə, ürək fəaliyyətinə, tənəffüs sisteminə və.s.
-elektrik cərəyanının yerli təsiri; yəni müxtəlif dərəcəli ya-nıqlar, toxumaların aralanması və hətta ətrafın bədəndən qopması.
Elektrotravmanın mənbəyi əsasən texniki elektrik cərəya-nıdır. İnsanların elektrik cərəyanı ilə zədələnməsi ən çox aşağıdakı variantlarda olur:
–elektrik cərəyanı keçiricisi ilə birbaşa təmas zamanı;
–elektrik qövsü ilə (yüksək gərginlikli cərəyan sahəsində). Elektrik qövsü alışması zamanı ən çox bədənin açıq yerləri sifət və əllər zədələnir.
-“addım gərginliyi”ilə. Elektrikləşmiş torpaq üzərində addımlayan zaman iki ayaq arasında potensial fərq yaranır və insan elektrik zədəsi alır.
Elektrotravmanın ağırlığına təsir edən amillər:
-elektrik cərəyanının növü (sabit və ya dəyişən cərəyan)
-elektrik cərəyanının gücü (ölçü vahidi-amper)
-elektrik cərəyanının gər-ginliyi (ölçü vahidi-volt)
-cərəyanın təsir etmə müddəti
-bədənin hansı hissəsindən keçməsi
-dərinin nəm, yaxud quru olması
-orqanizmin ümumi vəziyyəti.
Elektrotravma zamanı zərərçəkmiş şəxsdə aşağıdakı hallar müşahidə olunur:
-huşun qaranlıqlaşması, ağır hallarda huşun itməsi;
-əzələ qıcolmaları;
-hərəki oynaqlıq;
-ürək döyüntüsü-artimiyalar;
-tənəffüs pozuntuları;
-yaddaş pozğunluğu (retroqrad amneziya);
-baş ağrısı;
-ümumi zəiflik;
-işıqdan qorxma;
-ölüm qorxusu və s.
Elektrik zədələnməsi ilə zədələnmə zamanı ilk yardım:
İlk növbədə təcili olaraq cərəyanın təsirini dayandırmaq lazımdır. Bunu rubilniki (elektrik cərəyanını kəsən açar) söndürməklə etmək olar. Hər hansı səbəblərə görə bu mümkün deyilsə, yadda saxlamalıyıq ki, cərəyan keçən şəxsə əllə toxunduqda siz də zərərçəkənə çevriləçəksiniz! Ona görə də, zərərçəkənə köməklik göstərərkən rezin əlcəklərdə və ayaq-qabıda olmaq lazımdır.Yardım göstərən öz təhlükəsizliyini təmin etmək üçün ayağı altına quru taxta lövhə, yaxud rezin parçası atmalıdır. Elektrik cərəyanının təsirini dayandırmaq üçün naqili taxta saplı balta ilə kəsmək olar. Bu da mümkün deyilsə, əl altında olan quru taxta parçası ilə, plastik əşya və s. ilə naqili kənarlaşdırmaq, yaxud zərərçəkəni kənara itələmək gərəkdir. Zərərçəkəni cərəyan mənbəyi ilə təmasdan azad etdikdən sonra ona müvafiq yardım göstərməklə bərabər eyni zamanda dərhal təcili yardıma zəng edin. İlk yardımın xarakteri zərərçəkənin elektrik cərəyanından ayırdıqdan sonrakı vəziyyətindən asılıdır. Bu vəziyyəti qiymətləndirmək üçün:
-zərərçəkəni arxası üstə rahat uzandırın;
-tənəffüsə mane olan sıx paltarlarını açıb boşaldın;
-nəfəs alıbalmamasını yoxlayın;
-nəbzini yoxlayın.
Əgər tənəffüsü dayanıbsa, ağızdan-ağıza metodu ilə süni tənəffüs verin. Əgər ürək fəaliyyəti dayanıbsa, ürəyin qapalı masajını edin. Süni tənəffüs verilməsi və ürəyin qapalı masajı zərərçəkəndə bu funksiyalar bərpa olanadək (1-2 saat ərzində) və ya təcili yardım həkimi gələnədək davam etdirilməlidir. Zərərçəkənin vəziyyəti yaxşı olsa belə, yenə də həkimə müraciət edilməlidir. Çünki hadisədən bir müddət keçdikdən sonra da vəziyyət dəyişə, zərərçəkənin halı pisləşə və hətta ölə də bilər. Ona görə də elektrik cərəyanı ilə zədələnmə hallarında həmişə təcili yardım çağırmaq mütləq göstərişdir.
-
16May
Müəllif: Redaktor, 09:35
Teqlər: Digər