Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev

    010001Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı sərəncamı Tərtər rayonunun sakinləri tərəfindən də ruh yüksəkliyi ilə qarşılanıb. Illər uzunu düşməlnə üz-üzə yaşayan insanlar inanırlar ki, bu gün erməni tapdağı altında olan bütün torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil.

    Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdur. Ulu Öndər Heydər Əliyevin döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində 1994-cü il yanvarın 6-na kimi davam edən uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi. Lakin ətraf yüksəkliklərin düşmən nəzarətində olmasından kənddə yaşamaq mümkün deyildi. Ötən ilin aprel ayında Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alaraq əks hücumla min hektarlarla ərazini işğaldan azad etdi. Həmin əməliyyatlar zamanı ordumuzun strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi.
    000jpBundan sonra cocuq mərcanlıların da torpaq həsrətinə son qoyuldu.
    Ölkə başçısının sərəncamına əsasən Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 fərdi yaşayış evinin və məktəb binasının tikilməsi nəzərdə tutulub. Əraziyə köçürüləcək ailələr üçün lazım olan bütün şərait yaradılacaq. Bu məqsədlə Azərbaycan Pespublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Pespublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 4 milyon manat vəsait ayrılıb.
    Hazırda Cocuq Mərcanlı kəndində ANAMA-nın əməkdaşları çalışırlar. Ərazilər minalardan təmizlənir. Kənd sakinləri isə yenidən doğma yurdda məskunlaşacaqları günü səbirsizliklə gözləyirlər.
    Aprel hadisələrindən sonra bu ərazilərə yaxın yerləşən kəndlərdən erməni əhalisi qacmağa başlayıb. Ermənistanda böyük köç müşahidə olunur. Xalqımız isə Qarabağa “Böyük Qayıdış”ın sevincini yaşayır. Belə bir günlərdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir: “Ruhları şad olsun !”–deyirik.

    Müəllif: Redaktor, 15:09

    Teqlər:

İsmarıclar bağlıdır.