Azərbaycan Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Tərtər şəhər “Cümə” məscidi dini icması “Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, dini icmanın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər rayonunda dini qurumlarla işin təşkilatçısı Elvin Umudov tədbiri giriş sözü ilə açaraq son illər rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.
Sonra çıxış edən DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Tərtər şəhər “Cümə” məscidinin axundu, dini icmanın sədri Sadiq Cəfərov və rayon ağsaqqalı İman Almuradov rayondakı dini durumdan, maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti, dini ekstremizm və radikalizmlə mübarizədən bəhs ediblər.
“Yeni Tərtər”