Bu günlərdə Tərtər Rayon Gənclər və İdman İdarəsi tərəfindən Ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında “Heydər Əliyev mənim üçün kimdir?” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov açdı.
Müsabiqə 2 akademik saat davam etmişdi.Yarışda 18 məktəbin XI sinif şagirdləri öz bilik və bacarıqlarını sınamışlar. Şəhər 2 saylı məktəb liseyin şagirdi Zöhrə Qasımzadə birinci, Səhlabad kənd tam orta məktəbin şagirdi Aysel Mahmudlu ikinci, Hüləbətlı kənd tam orta məktəbinin şagirdi Əsmər Şükürlü isə üçüncü yerə layiq görülmüşdür.
-
30Apr
Müəllif: Redaktor, 15:39
Teqlər: Xəbərlər