Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,487
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Apr

    Aprelin 13-də Tərtər rayo-nunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəb- büsü ilə ”Ermənilərin Qarabağa köçürülməsi: tarix və faktlar-Marağa 150” mövzusunda konfrans keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra tədbiri rayon Gənclər Mərkəzində davam etdirmişlər.
    Gənclər Mərkəzində keçirilən tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları, Milli Elmlər Akademiyasının alimləri, DSC_1552Bakı Slavyan Universitetinin müəllim və tələbələri, Bakı Elitar Gimnaziyasının, Qəbələ rayonu Nic kənd tam orta məktəbinin məktəbliləri və rayon ziyalıları iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə Azərbaycan Respublikası Millətlərarası Multikultura- lizm və Dini Məsələlər üzrə Dövlət müşaviri akademik Ka-mal Abdullanı, sayılıb-seçilən, elmə öz töhfələrini vermiş alim və ziyalıları, tədbirdə iştirak edən, Qəbələ, Xocəvənd, Beyləqan və Bakı şəhər Elitar gimnaziyasının məktəblilərini salamlayaraq, rayonumuza “xoş gəlmisiniz” dedi. Sonra rayon rəhbəri Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa-150” abidəsi haqqında danışdı. O qeyd etdi ki, 1828-ci ildə İrandan Azərbaycana köçürülmüş ermənilər Qarabağ regionunda, ən yaxşı torpaqlarda yerləşdirilmişlər. İranda yaşadıqları yerin adı ilə ermənilər Ağdərə rayonunda məskunlaşdıqları bu kəndi də Marağa adlandırmışlar. Onlar 1978-ci ildə köçüb gəldiklərinin 150 illiyi münasibətilə bayram etmiş, abidə qoymuş- lar. Həmin abidənin dövrəsində Marağa-150 yazmışlar. Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələr zamanı ermənilər tez tələsik ucaltdıqları abidəni sökərək izi itirməyə çalışmışlar. Bu əməlləri ilə onlar yenə də unutmuşlar ki, tarixi həqiqətləri heç vaxt saxtalaşdırmaq olmaz, bu ancaq erməni xislətidir.
    Sonra dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməniləri akademik Kamal Abdulla tarixi faktlarla ifşa etmişdir.” Marağa-150” abidəsinin də onların Azərbaycana köçürülməsinin bir etirafı olduğunu qeyd etmişdir.
    Konfransda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər
    Arxivinin baş elmi işçisi professor Həcər Verdiyeva, AMEA tarix institutu Qarabağ tarixi şöbəsinin mü-diri professor Qasım Hacıyev, Prezident Administrasiya- sının ictimai-siyasi şöbənin böyük məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva, AMEA tarix institutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, Prezident yanında Dövlət İdarəçilik Akademiyası-nın kafedra müdiri Firdovsiyyə Əhmədova, professor Həvva Məmmədova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi abidələrin toplusu şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, Tərtər rayon ağsaqqal- lar şurasının sədri Qədir Allahverdiyev, tarixçi Türkan Qasımova, “Yeni Tərtər” qəzetinin redaktoru Tofiq Yusif və başqaları ermənilərin müxtəlif dövrlərdə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda məskunlaşmasından, “Böyük Ermənistan” yaratmaq ideyası ilə həyata keçirdikləri etnik təmizləmə siyasətindən, kütləvi qırğınlardan danışıblar. Bildirilib ki, müxtəlif vaxtlarda, eləcə də, XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməni əhalisinin köçürülməsi nəticəsində onların bu bölgədə süni surətdə çoxaldılması sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırması ilə nəticələnib.
    Qeyd olunmuşdur ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, 1 milyondan çox Azərbaycan vətəndaşının öz ölkəsində işğal nəticəsində məcburi köçkünə çevrilməsi Ermənistan –Azərbaycan müharibəsinin ağır nəticələridir. Bu situasiyanı beynəlxalq birlik qəbul etmir, beynəlxalq təşkilatlar bu təcavüzü pisləyir, təəssüflər olsun ki, ikili standartlar bu məsələnin həllinə ciddi zərər vurur. Lakin biz əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində dədə-baba torpaqlarımız yağı düşməndən azad olunacaq, həmin torpaqlarımızda Azərbaycanımızın üçrəngli bayrağı dalğalanacaqdır.
    Konfransın sonunda aparılan müzakirələrin kitab halında çap olunması və bir neçə dilə tərcümə olunaraq yayılması, konfransda iştirak edən alimlərdən ibarət təşkilat komitəsinin yaradılması və bu möv zuda silsilə tədbirlərin keçirilməsi qərara alınıb.

    Müəllif: Redaktor, 15:09

    Teqlər:

İsmarıclar bağlıdır.