Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 23Apr

    Prokurorluq (1083 x 1083)Azərbaycanın dövlət müstəqilliyinin ən dəyərli nəticələrindən biri bizim milli ordumuzun yaranması, təşkil olunması, onun müasir tələblərə uy-ğun hazırlanmasıdır. Hər hansı bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır. Biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, tarixi baxımdan çox qısa bir zamanda Azərbaycanda güclü milli ordu yaranıbdır.                                                                                                                                                                                                                                 Heydər Əliyev ordu dövlətin polad dayağı, ölkənin sarsılmazlığının və əbədi-yaşarlığının simvolu, xalqın təhlükəsizliyinin, dinclik və əmin- amanlığının qarantıdır. Bu gün xalqımızın ağır zəhmət bahasına qazanıb ərsəyə gətirdiyi müstəqilliyi göz bəbəyi kimi qorumaq qüd-rətinə malik, ən müasir silahlar və hərbi-texniki qurğularla təchiz edilmiş, hərbi biliklərə mükəmməl bələd olan güclü kadr potensialı ilə komplektləşdirilmiş, beynəlxalq əlaqələri xeyli genişləndirilmiş güclü, sarsılmaz ordumuz var.

    Qədim və zəngin dövlətçilik tari-xinə malik Azərbaycan hər zaman özünün görkəmli sərkərdələri, hər-bi xadimləri ilə seçilib, tanınıb. Bu anlamda Azərbaycan özünün tari-xi hərbi uğurları ilə fəxr edə bilər. Əlbəttə, bu, təkzibedilməz faktdır ki, mərkəzləşdirilmiş ordunun yaradılması, nizami hissələrin ixtisaslaşdırılması və dövrün tələb-lərinə cavab verən silah-sursatla təmin edilməsi ölkənin müstəqilliyinin verdiyi və iqtisadi qüdrətin-dən doğan imkanlara söykən- məlidir. Bu mənada Azərbaycanın XX əsrdə ordu quruculuğu sahə-sində əldə etdiyi nailiyyətlər böyük tarixi şəxsiyyət, Ulu Öndər, gör-kəmli siyasi xadim Heydər Əliye-vin adı ilə bağlıdır.
    1993-cü il noyabrın 1-də Azərbaycanda Müdafiə Şurası yaradıl-mış, noyabrın 2-də isə Prezident Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı televiziya ilə xalqa müraciət etmişdir. Bu müra-ciət Azərbaycan Silahlı Qüvvələri quruculuğunda yeni mərhələnin – Heydər Əliyev mərhələsinin baş-lanğıcı olmuşdur.
    Dövlət idarəçiliyi sahəsində bö-yük təcrübəyə malik olan Ümummilli lider Heydər Əliyev torpaq- larımızın işğalının başlıca səbəb-lərindən birinin də nizami ordumuzun olmamasından, mühari- bənin ayrı-ayrı silahlı birləşmələr tərəfindən, vahid ordu komandanlığı olmadan aparılmasından iba-rət olduğunu bilirdi. Odur ki, döv- lətimizi və xalqımızı xarici müdaxi-lələrdən müvəffəqiyyətlə qoruyan, müstəqilliyimizin təminatı ola bilə-cək güclü bir nizami ordu yaradılması istiqamətində gərgin işə baş- ladı. Onun gərgin zəhməti nəticə-sində Azərbaycan Respublikasın-da düşmənə layiqli zərbə endirə biləcək nizami ordu yaradıldı və orduda xidmət etmək ən şərəfli vəzifə oldu. Heydər Əliyevin sədrliyi və bilavasitə rəhbərliyi ilə layihəsi hazırlanmış, 1995-ci il noyabr ayının 12-də keçirilən referendumda qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyasının 9-cu maddəsində qeyd olunmuşdur ki, « Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.
    Əsas Qanunun 76-cı maddəsində isə göstərilmişdir ki, « Vətəni müdafiə hər bir vətəndaşın borcudur».
    Lakin bu müqəddəs borcu dərk etməyən “vətəndaş”larımız da az deyil və məhz belə şəxslərə münasibətdə qanun daha sərtdir.
    Belə ki, Azərbaycan dövləti vətəndaşların bu vəzifəni yerinə yetirməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsi-nin 321-ci maddəsində «hərbi xidmətdən boyun qaçırmağa görə» cinayət məsuliyyəti müəyyən edil-mişdir. Cinayət Məcəlləsinin 321. 1-ci maddəsinldə qeyd olunur ki, «qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma- iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır». Cinayət Məcəlləsinin 321.2-ci maddəsində isə «eyni əməllərin müharibə vaxtı törədilməsi»nə görə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həqiqi hərbi xidmətə növbəti çağırışdan boyun qaçırmağa görə məsuliyyət nəzər-də tutulan Cinayət Məcəlləsinin 321-ci maddəsinin müddəalarının izahına ehtiyac olduğunu düşü-nərək həmin hüquqi terminlərin anlayışını qeyd etməyi lazım bilir-əm.
    Cinayət Məcəlləsinin 321-ci maddəsinin mənasına görə «hərbi xidmət keçməkdən boyun qaçır-ma dedikdə, çağırışçının(həqiqi hərbi xidmətə çağırılanadək və ehtiyata keçirilənədək çağırışçı-ların uçotunda olan şəxslərin) çağırış vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan qəsdən hərbi komissarın əmrində və ya fərdi çağırış vərəqəsində (bildirişdə) müəyyən olunmuş yerə, səfərbərlik əmrində isə göstərilən tarixdə müəyyən olunmuş çağırış və ya səfərbərlik məntəqəsinə (təlim-toplanış məntəqələrinə) gəlmə-məsi, yaxud aldatma yolu ilə çağırışdan boyun qaçırması başa düşülür”.
    Həmçinin qeyd etmək yerinə düşərdi ki, çağırışçının hərbi xidmət keçməkdən boyun qaçırmaq məqsədilə fərdi çağırış vərəqəsi-nə imza etməkdən imtina etməsi və ya yayınması müvafiq sübutlarla təsdiq olunarsa, təkcə çağırış vərəqəsində imzanın olmaması onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas götürülə bilməz.
    Azərbaycan Respublikası Cina-yət Məcəlləsinin 334-cü maddəsində göstərilir ki, “Fərarilik, yəni hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi his-səni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yeri-nə qayıtmaması (gəlməməsi)” cinayət məsuliyyətinə səbəb olur.
    Azərbaycan Respublikası Cina-yət Məcəlləsinin 12-ci bölməsi (327-353-cü maddələr) hərbi xidmət əleyhinə olan cinayətləri özündə əks etdirir.
    11 fevral 2012-ci il tarixdə qüvvəyə minmiş “Hərbi vəzifə və hərbi xidmət haqqında”Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin inkişafı sahəsində atılmış ciddi addımlardandır.
    Fikrimcə hazırki dövrdə, yəni torpaqlarımızın 20 faizinin erməni işğalı altında olduğu, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin olduğu bir dövrdə hərbi xidmətə çağırışdan boyun qaçır- manın qarşısının cinayət məsuliyyətinə cəlb olunma qorxusu ilə alınmasına ehtiyac olmamalı, özünü vətənpərvər bir insan hesab edən, xalqımızı və dövlətimizi ürəkdən sevən hər bir Azərbaycan vətəndaşı vətənimizi sevərək xidmət etməlidir. Vətənpərvərlikdə, xalqı və dövləti sevmək-də Ulu Öndərimizdən nümunə götürməli, onun min bir əziyyətlə qurub bizə bəxş etdiyi dövlətimizi şərəflə qorumaq, onun ordumu- zun güclənməsində və vətənimizin inkişafında az da olsa payımızın olması üçün hərbi xidmətə ürəklə yollanmalı, şərəfli borcumuzu ləyaqətlə verməliyik. Bu gün düşmənin qəddarlığını ən çox hiss etmiş, 228 nəfər şəhid vermiş Tərtər rayonunun sakinləri isə hərbi xidmətə çağırışda daha fəal olmalı, hərbi xidmət zamanı nümunəvi davranışı, hərbi biliklərə dərindən yiyələnmək istəyi ilə fərqlənməlidirlər.
    Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv-vələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli çıxışından bir parcanı qeyd etmək istəyi-rəm: “Bizim ordumuz daha da güclü, daha da nizamlı olmalıdır. Bunu etmək üçün biz hamımız çalışmalıyıq. Azərbaycanda ordu quruculuğu ümumxalq işidir. Dövlət buna öz qayğısını, diqqətini göstərir. Azərbaycan xalqı, Azərbaycanda yaşayan, işləyən bütün insanlar, bütün qurumlar da bu məsələyə böyük diqqətlə yanaşmalıdırlar. Mən əminəm ki, bizim ordumuz bundan sonra da öz potensialını gücləndirəcək və qarşıda duran bütün vəzifələri yeri-nə yetirəcək, Azərbaycan torpaqlarını işğaldan azad edəcək- dir”.
    Odur ki, çağırış yaşlı gənclərimi-zin hər birini vətənə olan şərəfli borclarını layiqincə verməyə, hərbi xidmətə çağırışda fəal iştirak etməyə çağırıram.

    Nicat Şahverdiyev,

    Tərtər rayon prokurorluğunun böyük

                                                                                                                    müstəntiqi vəzifəsini icra edən,

                                                                                                                                     III dərəcəli hüquqşünas                                                                                                                                 

    Müəllif: Redaktor, 14:31

    Teqlər:

İsmarıclar bağlıdır.